Axtarış
The search found 105739 results in 0.088 seconds.
Search results
KORONAVİRUSA YOLUXAN SƏRDAR CƏLALOĞLU DANIŞDI - “Nəvəm məktəbdən gətirdi...”
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və ailə üzvləri koronavirusa yoluxub. 20 günlük müalicədən sonra vəziyyəti yaxşılaşan partiya sədri hazırda ev şəraitində müalicəsini davam etdirir.
Partiya sədri bildirib ki, ailəni məktəbə gedən nəvəsi yoluxdurub.
Muxalifet2 - 20-04-2021
SADIKOVUN HƏBSİ NİYƏ GECİKİR? - “O və Rövşən Əkbərov bir mərkəzdən idarə olunan adamlardır”
General-leytenant Rövşən Əkbərovun həbsindən sonra onun “məslək yoldaşı”, MN-in sabiq qərargah rəisi Nəcməddin Sadıkovun da qandallanacağı proqnozlaşdırılırdı. Amma hələ də baş qərargahın sabiq rəisi azadlıqdadır. 44 günlük Vətən müharibəsinin qızğın çağında Rövşən Əkbərovla Nəcməddin Sadıkovun vəzifələrindən uzaqlaşdırılması da təsadüfi deyildi.
Muxalifet2 - 20-04-2021
HƏBS EDİLƏN İCRA BAŞÇISININ ƏMLAKINA DA HƏBS QOYULUB - Müsadirə ediləcək
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı olmuş Ceyhun Cəfərov və digər vəzifəli şəxslərin ciinayət işinin ibtidai istintaqı zamanı vurulan maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib. Xüsusi müsadirəni təmin etmək məqsədilə məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə məxsus olan daşınmaz əmlak üzərinə həbs qoyulub.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Muxalifet2 - 20-04-2021
FAZİL MƏMMƏDOVUN XARİCƏ ÇIXARDIĞI MİLYARDLAR... - "Geri qaytarmaq üçün həbs edilməlidir"
Xəbər verdiyimiz kimi, sabiq vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyevin adına İngiltərədə yeni mülklərin alındığına dair məlumatlar, sənədlər yayılıb.
Muxalifet2 - 20-04-2021
Azərbaycan Ermənistanla sərhəddə daha bir hərbi hissə yaradıb - FOTOLAR
Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və dövlət sərhədlərinin işğaldan azad olunmasından sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması davam etdirilir.
Muxalifet2 - 20-04-2021
Sərhədboyu cəmləşdirilən qoşunların sayı 150 mini keçir... - PUTİN QƏRBİ QORXUTMAĞA NAİL OLDU?
Rusiyanın Ukrayna sərhədləri boyu cəmləşdirdiyi qoşunların sayı daha əvvəl açıqlandığı kimi 90-110 min nəfər yox, daha çoxdur. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin ötən gün Brüsseldə keçirdiyi mətbuat konfransında açıqladığına görə, 150 min nəfərdən çoxdur. Brifinq Jozep Borrelin Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə videokonfrans rejimində keçirilmiş danışıqlarının yekunu olaraq keçirilib.
Muxalifet2 - 20-04-2021
“Putinlə yaxşı yola gedirdim, onu bəyəndim” - TRAMP DEYİB
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiyanın dövlət başçısı Vladimir Putinlə arasında qarşılıqlı rəğbət olduğunu bildirib. Bu barədə sabiq prezident “Fox News”a müsahibəsində deyib.
"Prezident Putinlə yaxşı yola gedirdim, mən onu bəyəndim, o da məni bəyəndi".
Tramp bunun pis deyil, yaxşı olduğunu əlavə edib.
Muxalifet2 - 20-04-2021
"ERMƏNİSTAN ORDUSUNDA “İSĞƏNDƏR-M” RAKETLƏRİ OLA BİLMƏZDİ..." - Prezidentdən sensasiyalı açıqlamalar / VİDEO
"Bizə rəsmi cavab verilməlidir, bu raketləri bizə atan Ermənistandan və Rusiyadan!"
"Rusiya mətbuatında “İsgəndər-M” raketləri ilə bağlı cəfəng versiyalar irəli sürülür... Mən bunu, sadəcə olaraq, təsadüfi versiyalar hesab etmirəm..."
Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibəni təqdim edirik.
Muxalifet2 - 20-04-2021
AĞSAQQAL… - Fuad Biləsuvarlıdan daha bir şeir
Ali təhsil aldığım, məzunu olduğum Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetində mənim kimi yüzlərlə, minlərlə tələbənin müəllimi olan, qayğımıza qalan, bizə əsil ata nəvazişi göstərən dəyərli ziyalımız, ideal ailə başçısı, gözəl ata, sevimli baba, əsl vətənpərvər pedaqoq Zakir müəllim növbəti doğum günün qeyd edir. Əziz müəllimimizə sağlam canla 100 il ömür arzu edirik, işlərində uğurları bol olsun!
Bu şeirimi də əziz müəllimimiz Zakir müəllimə həsr edirəm.
Ağsaqqal...
Şəmkirdəki günlər, gəzdiyi bağlar,Muxalifet2 - 20-04-2021
“Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan istəsə də, istəməsə də...” - İLHAM ƏLİYEV QƏTİ MESAJ VERDİ
“Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”.
Bu sözləri Prezident İlham Əliyev Hacıqabul rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində deyib.
“Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq.
Muxalifet2 - 20-04-2021
Çində dünyanın ən böyük 5G şəbəkəsi yaradılır
Çində dünyanın ən böyük 5G rabitə şəbəkəsinin qurulmasında ilkin nəticələr əldə olunub.
Bu barədə ölkənin Sənaye və İT Nazirliyinin nümayəndələri bildirib. Belə ki, nazir müavini Liu Liehonq ötən gün mətbuat konfransında bildirib ki, cari ilin sonunadək ölkədə 5G rabitə standartına uyğun 792 min baza stansiyası qurulub, indiyədək şəbəkəyə 260 milyon terminal qoşulub. Nazirliyin hesablamalarına görə, ilin ikinci yarısında mobil telefon satışlarının 80 faizi 5G rabitəsini dəstəkləyən cihazlar təşkil edəcək.
Muxalifet2 - 20-04-2021
“Rus sülhməramlılarının fəaliyyəti Azərbaycan suverenliyinə qarşıdır”
Samir Əsədli: “Qarabağda parad keçirməyə mənəvi və hüquqi haqqı olan tək hərbçi Azərbaycan əsgəridir”
Muxalifet2 - 21-04-2021
AZƏRBAYCANDA DAHA 32 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ - Son sutka ərzində 2075 yeni yoluxma faktı aşkarlanıb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 075 yeni yoluxma faktı qeydə alınıb, 2 480 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 32 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 305 933 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 269 965 nəfər müalicə olunaraq sağalıb, 4 235 nəfər vəfat edib. 31 733 nəfər aktiv xəstə sayını təşkil edib.
Muxalifet2 - 21-04-2021
Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat etdi - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin 20 saylı Ərazi Məşğulluq Mərkəzinin direktoru Qoşqar Həsənov vəfat edib.
“Report” xəbər verir ki, o, bu gün koronavirus infeksiyasından dünyasını dəyişib.
Qeyd edək ki, Q.Həsənov 1972-ci ildə Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. O, 23 il ərzində bir sıra sığorta şirkətlərində çalışıb.
Muxalifet2 - 21-04-2021
Azərbaycanda nazir koronavirusa yoluxdu - FOTO
Azərbaycanın mədəniyyət naziri Anar Kərimov koronavirusa yoluxub.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
"Nazirdə yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddətdir karantinə alınıb. Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur və hazırda vəziyyəti stabildir.
Muxalifet2 - 21-04-2021
ELDAR MAHMUDOV İSTİNTAQA ÇAĞIRILIR - Hərəkət trayektoriyası məhdudlaşdırılıb
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı qeyri-müəyyənlik arxa plana keçmək üzrədir. 2015-ci ilin oktyabrında, parlament seçkilərinə 2 həftə qalmış vəzifəsindən qəfil alınan Eldar Mahmudovun taleyi bir neçə dəfə çox ciddi şəkildə müzakirə mövzusu olub. Bu günə qədər sabiq nazirin həbs ediləcəyi ilə bağlı xeyli məlumat yayılıb. Eldar Mahmudovun hələ “MTN işi”nin ilk günlərində dövlət çevrilişinə hazırlaşdığı barədə iddialar yayılmışdı. Onun bu səbəbdən işdən çıxarıldığı və komandasının zərərsizləşdirildiyi deyilirdi.
Muxalifet2 - 21-04-2021
Nazirin töhmət verdiyi direktor necə şöbə müdiri olub? - "Əmrini həbsdəki icra başçısı verib..."
"Mən 2017-ci ildə Göytəpə şəhər 1 nömrəli tam orta məktəbə direktor təyin olunmuşam. Ailəliyəm, 4 övladım var. II qrup Qarabağ əlili olan hər iki valideynim mənim himayəmdə yaşayır".
Muxalifet2 - 21-04-2021
“İcra başçısının qardaşı korrupsiya şəbəkəsi yaradıb” - Şilyan kəndinin sakinləri susuzluqdan əziyyət çəkir
Ucar rayonu Şilyan kənd sakinləri Əhmədov Behbud Abbas oğlu və Əhmədov Yaşar Bəhlul oğlunun adından Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılova ünvanlanmış məktubda Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovdan şikayət olunur.
Muxalifet2 - 21-04-2021
Hüseynbala Mirələmovun biabırçı görüntüsü yayıldı - VİDEO
Sabiq deputat Hüseynbala Mirələmovun əlxaqsız hərəkət etdiyi görüntülər sosial şəbəkələrdə yayılıb.
Muxalifet.az xəbər verir ki, həmin görüntülər qısa zaman ərzində geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri “Bu da “ziyalımızın” işi” tipli şərhlər yazıblar.
Oxucularımızın əfvinə sığınıb, həmin görüntüləri təqdim edirik:
Muxalifet2 - 21-04-2021
Hüseynbala Mirələmovun biabırçı videosu ilə bağlı YAP-dan AÇIQLAMA
Ötən gün sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayılıb.
Məsələ ilə bağlı YAP-ın Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Unikal.org-a bildirib ki, Hüseynbala Mirələmovun bu əməli ilə bağlı YAP-dan münasibət bildiriləcək:
“Mən hansı qərarın qəbul ediləcəyi barədə xəbər verə bilmərəm. Hər halda bu Azərbaycan ziyalısı, cəmiyyətdə sayılıb-seçilən bir insan və keçmiş millət vəkili üçün xoşagəlməz və yolverilməz bir hadisədir.
Muxalifet2 - 22-04-2021