Axtarış

The search found 105739 results in 0.04 seconds.

Search results

  1. Kompüteri beynindəki çiplə idarə edən meymun nümayiş olundu – VİDEO

    İlon Maskın “Neuralink” şirkəti yeni nəsil neyron interfeysinin praktiki fəaliyyətini nümayiş etdirib.

    Müvafiq video şirkətin youtube səhifəsində yerləşdirilib.

    Videoda beyninə xüsusi çip yerləşdirilmiş meymun əks olunub. O, əvvəlcə coystik, sonra isə beynindəki çip vasitəsilə kompüterdə oyun oynayır. Bu zaman meymun kompüteri heç bir əlaqələndirici vasitə olmadan, öz fikirlərilə idarə edir.   

    Şirkətdən verilən məlumata görə, sözügedən çip beynin strukturuna mənfi təsir etmir.

    Muxalifet2 - 10-04-2021

  2. Rusiya Dağlıq Qarabağı de-fakto bizdən ayırıb

    Bəli, biz onlara status verməmişik, amma ötən 30 il ərzində də status yox idi...

    Qarabağdakı 44 günlük müharibədən sonra, 10 noyabr tarixində gecə saatlarında Rusiya, Azərbaycan və Ermənistan arasında atəşkəs bəyanatı imzalandı. İmzalanan bəyanatın mürəkkəbi qurumamış, 30 idən sonra Rusiya silahlı qüvvələri “sülhməramlı” adı altında Azərbaycan ərazisinə daxil oldu.

    Muxalifet2 - 15-11-2020

  3. AZƏRBAYCANA "İSGƏNDƏR" ATILMAYIBSA... - Prezidentin bu faktı inkar etməsi nə ilə bağlı ola bilər?

    26 fevral tarixində Xocalı faciəsinin anım günündə cəmiyyətimiz daha bir hadisəyə şahidlik etdi. İlham Əliyev 18 illik hakimiyyəti dövründə ilk dəfə yerli və beynəlxalq KİV-lərinin iştirakı ilə geniş mətbuat konfransı keçirdi. Görəsən 18 illik hakimiyyəti dönəmində 1 dəfə də olsun mətbuat konfransı keçirməyən və buna heç bir lüzum görməyən ölk başçısı birdən-birə nə baş verdi ki, belə bir mətbuat konfransı keçirməyə məcbur oldu. Sözsüz ki, bununla bağlı cəmiyyətdə müxtəlif rəylər və fikirlər dolaşmaqdadır.

    Muxalifet2 - 2-03-2021

  4. Ərdoğan və Zelenskinin birgə mətbuat konfransı - CANLI

    Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında Huber Köşkündəki görüş başa çatıb.

    Prezidentlərin təkbətək görüşündən sonra iki ölkənin nümayəndə heyətləri arasında geniş tərkibli müzakirələr aparılıb.

    Muxalifet2 - 10-04-2021

  5. Kim Çen In təhsil nazirini edam etdirdi - ŞOK SƏBƏB

    Şimali Koreya lideri Kim Çen Inın öz nazirini edam etdirdiyi iddia olunur. Bu barədə “Mirror” və “New York Post”da məlumatlar dərc olunub. Bildirilib ki, Kim Çen In təhsil nazirini “kifayət qədər görüntülü zəng həyata keçirmədiyi” üçün edam etdirib.

    Nazir rejimin prinsiplərini tətbiq etməkdə uğursuz hesab olunub, bundan başqa, o, nazirliyin iş yükündən də şikayətçi olub.

    Nazirin adı yayımlanan xəbərlərdə Park olaraq keçib və 50 yaşında olduğu vurğulanıb.

    Muxalifet2 - 10-04-2021

  6. Azərbaycanlı iş adamaı Almaniyada dəbdəbəli otel tikintisinə başladı, amma... - ÖLKƏ MEDİASI BU HAQDA YAZIR

    Almaniyanın Sosial Demokrat Partiyasının sözçüsü, Baden-Vürttemberg federal əyalətindəki Manheymdan olan memar Ralf Eysenhouver bildirib ki, əgr sahibləri öz binalarından istifadə etməsələr və dağılmasına icazə verməsələr bələdiyyələr üçün daha çox hüquqi vasitə istəyəcək.  Bunu alman nəşri "Mannheimer-Morgen" yazıb.

    "Şəhərsalma aspektləri mülkiyyətin əhəmiyyətli dərəcədə qorunmasından asılıdır", - siyasətçi müsahibəsində deyib. Siyasətçinin sözlərinə görə, Almaniya federal orqanları bu sahədə müəyyən məsələləri əhəmiyyətli dərəcədə dəyişdirməlidirlər.

    Muxalifet2 - 10-04-2021

  7. ABŞ dövlət katibi NATO-da görüş keçirəcək - Rusiya ilə Ukrayna arasındakı gərginlik müzakirə ediləcək

    Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Entoni Blinken gələn həftə Brüsseldə ABŞ-ın NATO üzrə həmkarları ilə Rusiyanın hərbi fəallığı fonunda təkrar görüşəcək. Bu barədə aprelin 9-da «Bloomberq» agentliyi xəbər verib.

    Agentlik səfərin tarixini dəqiqləşdirmir, ancaq qeyd edir ki, dövlət katibinin görüşləri qeyd olunduğu kimi, demək olar bütün həftə boyu davam edəcək.

    Muxalifet2 - 11-04-2021

  8. “Ukraynaya dəstək verməyə hazırıq” - ƏRDOĞAN

    Türkiyə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Vladimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

    “Krımın ilhaqını tanımama qərarımızı bir daha təsdiqlədiq", - deyə Ərdoğan vurğulayıb ki, Qara dəniz sülh və sabitlik dənizi olmalıdır.

    Muxalifet2 - 11-04-2021

  9. AZƏRBAYCANDA DAHA 36 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ - Son sutka ərzində yoluxma sayında ciddi artım qeydə alınıb

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 414 yeni yoluxma faktı qeydə alınıb, 1 695 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 36 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 285 993 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan250 708 nəfər müalicə olunaraq sağalıb, 3 915 nəfər vəfat edib. Aktiv xəstə sayı 31 370 nəfər təşkil edir.

    Muxalifet2 - 11-04-2021

  10. Türkiyə koronavirusa yoluxan biznesmen üçün Bakıya təyyarə göndərdi - BURADA MÜALİCƏ ALMAQ İSTƏMƏYİB

    Türkiyənin Səhiyyə Nazirliyi Azərbaycanda koronavirusa yoluxan iş adamının dalınca Bakıya təyyarə göndərib. 

    Muxalifet2 - 11-04-2021

  11. SEPARATÇILAR PUTİNƏ 3 VARİANTDA MƏKTUB HAZIRLAYIB - “Ya bizi Rusiyaya birləşdir, ya dövlət kimi tanı...”

    Ukraynanın şərqindəki qondarma “Donetsk xalq respublikası”nın rəhbərliyi regionda gərginləşməkdə olan vəziyyət və mümkün irimiqyaslı hərbi əməliyyatlar fonunda Rusiya prezidenti Vladimir Putinə üç variantda məktub hazırlayıb.

    Bu məktubların surəti Ukrayna xüsusi xidmət orqanlarının əlinə keçib. Məlumatı “Zerkalo nedeli” nəşri yayıb.

    Muxalifet2 - 11-04-2021

  12. Rusiyanın kəşfiyyat gəmisi Sudana yan alıb - Ərazidə HDD bazası tikilir

    Rusiyanın «İvan Xurs» kəşfiyyat gəmisi Port-Sudandakı (Qırmızı dəniz) buxtaya gəlib və orada lövbər salb. Asian OSİNT resursu «Tvitter»də uyğun foto da yerləşdirib.

    Qeyd edək ki, Sudanda Rusiya Federasiyası hərbi-dəniz donanması (RF HDD) bazasının yaradılması üzrə işlər gedir. Xəbər verildiyi kimi, fevralın 28-də Qara dəniz donanmasının «Admiral Qriqoroviç» adına 11356R layihəli baş freqatı Port-Sudana gəlib. Bu gəmi «Kalibr-NK» raket kompleksi ilə təchiz edilib.

    Muxalifet2 - 12-04-2021

  13. “BU İŞİN BAŞINDA DA PUTİN DURUB...” – “Xalqı xamlayıb, vətənpərvərlik nağılları danışırlar və...”

    Zərdüşt Əlizadə: “Rusiya kimi dövlət qonşuları üçün nümunə ola bilməz...Onlar Rusiyanı qarət edirlər...”

    “Paşinyan seçkiləri uda bilsə, Qarabağdakı ordunu çıxarmağa başlayacaq”

    10 noyabrda imzalanan üçtərəfli sazişlə müharibə dayandırılsa da, Ermənistan tərəfi üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyini hər gün nümayiş etdirir. Bura xüsusilə, Ermənistan ordusunun Qarabağdan çıxarılması, habelə Zəngəzur dəhlizinin açılması məsələsi daxildir.

    Muxalifet2 - 12-04-2021

  14. "ŞUŞA" RESTORANINDA TOY EDƏNLƏR SAXLANILDI / VİDEO

    Paytaxtın Nərimanov rayonunda xüsusi karantin rejim qaydalarına əməl edilməyən şadlıq saraylarının birində toy mərasiminin keçirilməsi aşkalanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin və 18-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

    Muxalifet2 - 12-04-2021

  15. Hadı Rəcəblinin restoranında toy məclisi təşkil edilib - Saxlanılanlar var

    Lənkəranda toy mərasimləri keçirilən 3 obyekt aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayon ərazisində yerləşən “Riva Hill Resort”, “Palıdlı Sahil”, “Rahat Məkan” istirahət mərkəzlərində sanitar-gigiyena və karantin rejim qaydalarının pozulması ilə müşahidə olunan toy mərasimlərinin keçirilməsi müəyyən edilib.

    Muxalifet2 - 12-04-2021

  16. Rusiya generalının qızı İrəvanda güllələndi - MEYİTİ TAPILDI

    Ermənistanın İstintaq Komitəsi meyiti tapılan bir qadının ölümü ilə bağlı “intihara sövq etmə” maddəsi üzrə cinayət işi qaldırıb. Yerli KİV həmin qadının rusiyalı sərhəd xidməti generalının qızı olduğunu yazır.

    Muxalifet2 - 12-04-2021

  17. ABŞ-ın dövlət katibi və müdafiə naziri Avropaya gəlir - Gündəm Ukraynadır

    ABŞ-ın dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin bu həftə Belçikanın paytaxtı Brüsselə səfər edəcək.

    Bu barədə məlumatı “Reuters”ə ABŞ administrasiyasından bildiriblər.

    Səfərdə məqsəd Avropa İttifaqının rəhbərliyi ilə Rusiyanın Ukraynaya qarşı fəaliyyətini, eləcə də İran və Əfqanıstandakı vəziyyəti müzakirə etməkdir.

    Muxalifet2 - 12-04-2021

  18. Bakıda "Kalaşnikov"la gəzən şəxs saxlanıldı

    Paytaxtın Nizami rayonunda qanunsuz odlu silah-sursatının aşkar edilməsi istiqamətində əməliyyat keçirilib.

    DİN-in Mətbuat xidmətindən verilən məluumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əmakdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz AKM tipli avtomat gəzdirməkdə şübhəli bilinən 27 yaşlı paytaxt sakini Renat Həmzəyev müəyyən olunaraq tutulub.

    Muxalifet2 - 12-04-2021

  19. Sabiq icra başçısının həbs müddəti uzadıldı - MƏHKƏMƏ QƏRARI

    Səbail rayon Məhkəməsində Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
    APA xəbər verir ki, prosesdə qərar elan edilib. Qərara əsasən, N. Zeynalovun barəsindəki həbs qətimkan tədbiri 3 ay uzadılıb.

    Muxalifet2 - 12-04-2021

  20. Lukaşenko Azərbaycana səfərə gəlir...

    Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana səfər edəcək.
    “BelTa” agentliyinin verdiyi xəbərə görə, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.
    Bildirilib ki, səfər aprelin 13-də baş tutacaq.
    İki gün davam edəcək səfər çərçivəsində Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə iki görüş keçirəcək. İlk görüş səfərin birinci günü baş tutacaq. Bu qeyri-formal görüşdə prezidentlər Azərbaycanla Belarus  arasındakı münasibətlərin əsas istiqamətlərini və strateji qarşılıqlı münasibətləri müzakirə edəcəklər.

    Muxalifet2 - 12-04-2021

Pages