Axtarış

The search found 105739 results in 0.032 seconds.

Search results

  1. ZELENSKİ PUTİNƏ MÜRACİƏT ETDİ - "...Ümid edirik ki, bu, dialoqdan imtina deyil”

    “Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin şərqində gərginləşən vəziyyətlə bağlı danışıqlar aparmaq üçün Rusiya Prezidenti Vladimir Putinə müraciət edib”.
    “Reuters”in verdiyi xəbərə görə, bunu Ukrayna Prezidentinin mətbuat katibi Yuliya Mendel deyib.
    “Prezidentin ofisi Vladimir Putinlə danışıq aparmaq üçün müraciət edib. Hələ bir cavab almamışıq. Ümid edirik ki, bu, dialoqdan imtina deyil”, - deyə Y. Mendel bildirib.
    O qeyd edib ki, ki, Rusiya Ukraynanın şərq sərhədinə 40 min, Krıma isə 40 mindən çox hərbçi yerləşdirib.

    Muxalifet2 - 12-04-2021

  2. ​AZƏRBAYCANDA DAHA 29 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ – Son sutka ərzində 1151 yeni yoluxma faktı qeydə alınıb

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1151 yeni yoluxma faktı qeydə alınıb, 1052 nəfər müalicə olunaraq sağalıb.
    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.
    Azərbaycanda indiyədək ümumilikdə 287144 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 251760 nəfər müalicə olunaraq sağalıb, 3944 nəfər vəfat edib, aktiv xəstə sayı 31440 nəfərdir.
    Ölkədə son sutka ərzində 7687, hazırkı dövrədək isə 3026132 test aparılıb.

    Muxalifet2 - 12-04-2021

  3. “Hardandır Ermənistanda “İsgəndər-M” raketləri? Bu suala hələ cavab almamışıq...” - İLHAM ƏLİYEV

    “Ermənilər Şuşanı bu “İskəndər M” raketlərindən atəşə tutmuşdular. Hardandır bu raketlər Ermənistan ordusunda?! Bu raketlər olmamalı idi”.

    Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edən zaman belə deyib. 

    Muxalifet2 - 12-04-2021

  4. “Nar” paytaxt və regionlarda yenilənmiş xidmət mərkəzlərini təqdim edir - FOTOLAR

    Müştərilərin ehtiyaclarını qarşılamaqla keyfiyyətli xidmətlər təklif edən “Nar” satış və xidmət mərkəzlərini yeniləməyə davam edir. Mükəmməl müştəri təcrübəsi təqdim etmək məqsədilə mobil operator Fəvvarələr meydanı, “Elmlər Akademiyası”, “Sahil”, “Əhmədli” metrostansiyaları yaxınlığındakı, eləcə də Lənkəran, Şəki, Quba da daxil olmaqla 22 “Nar” xidmət mərkəzini tamamilə yeni konsepsiyada müştərilərin ixtiyarına verib.
     

    Muxalifet2 - 12-04-2021

  5. "MƏNƏ QARŞI ÇEVRİLİŞ CƏHDLƏRİ OLMUŞDU..." - "Bəzi xarici paytaxtlarda qərar verildi ki, İlham Əliyevi devirməliyik" / VİDEO

    "Məqsəd satqınları hakimiyyətə gətirmək, onların əli ilə Qarabağı ermənilərə verməkdi..."

    "Müharibə gedə-gedə bizə qarşı sanksiyalar tətbiq etmək istəyirdilər"

    "Ermənistan bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq. Onların törətdikləri vəhşilikləri görəndə adam dəhşətə gəlir"

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib.

    Muxalifet2 - 12-04-2021

  6. Azərbaycanlı “qanuni oğru” qətlə yetirildi - VİDEO

    Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan “Albert Rıjiy” ləqəbli kriminal avtoritet Əli Heydərov öldürülüb. Virtualaz.org Rusiya mediasına istinadən xəbər verir ki, Ə.Heydərov idman zalında qətlə yetirilib

    Hadisə bu gün günorta saatlarında baş verib. "Albert Rıjiy"ın qətlində bir neçə nəfər iştirak edib və onlar cinayəti törətdikdən sonra qaçıblar. Qətl zamanı yaxınlıqda kriminal avtoritetin mühafizəçisi olub. Hazırda hadisə yerində polis əməkdaşları araşdırmalara başlayıb.

    Muxalifet2 - 12-04-2021

  7. Avtomobili hərbçi və polisin üzərinə sürən şəxslər həbs edildi

    Aprelin 9-da saat 18 radələrində Füzuli rayonu ərazisində polis əməkdaşı və onunla birlikdə xidmət aparan hərbi qulluqçuya qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

    Muxalifet2 - 12-04-2021

  8. Sürücülərə şad xəbər - Bu qayda pozuntusuna görə 1 gündə təkrar cərimə yazılmayacaq

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiqləyib. APA xəbər verir ki, qanuna əsasən, dayanma və durma qaydalarının pozulmasına görə cərimənin tətbiq edilməsi qaydası dəyişib.

    Qanuna əsasən, şəxs dayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.
    Qeyd edək ki, dayanma və ya durma qaydalarını pozmağa görə 20 manat məbləğində cərimə edilir.

    Muxalifet2 - 12-04-2021

  9. “Qanuni oğru” Əli Heydərovu Taleh Orucov güllələyib... - "LOTU QULİ"NİN QİSASI ALINIB / Video, Yenilənib

    Bu gün Moskvada azərbaycanlı “qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən killerin kimliyi məlum olub. Rusiya mənbələri xəbər verir ki, həmin şəxs Taleh Orucovdir. Onun şəxsiyyətini “112” Telegram-kanalı açıb və şübhəlinin fotosunu dərc edib.

    Xəbər verildiyi kimi, killer Əli Heydərovu Moskvada yaşadığı binanın birinci mərtəbəsində yerləşən idman zalında haqlayıb. Heydərov qaçış cığırında idman edərkən killer ona yaxın məsafədən bir neçə atəş açıb, sonuncu kontrol atəşini başından açaraq hadisə yerini tərk edib. Hazırda onun axtarışları davam edir.

    Muxalifet2 - 12-04-2021

  10. ZELENSKİ BAYDENDƏN KÖMƏK İSTƏDİ - "Bunu birbaşa deyin..."

    Ukrayna Prezidenti Vladimir Zelenski Ağ Evin rəhbəri Co Baydenə müraciət edib. 

    Bu barədə CNN məlumat yayıb. Məlumata əsasən, Ukrayna prezidenti ölkəsi ilə ABŞ-ın “yaxşı dost” olduğunu bəyan edib. O, qeyd edib ki, ABŞ Rusiyanın aqressiv hərəkətlərinin qarşısını almaq və münaqişəyə son qoymaq üçün daha çox iş görməlidir.

    Dövlət başçısı vurğulayıb ki, Ukraynanın daha çox pula, silaha və ən əsası, NATO-ya üzv olmaq üçün daha böyük dəstəyə ehtiyacı var.

    Muxalifet2 - 13-04-2021

  11. “Qarabağa “İsgəndər-M” raketlərinin atılmasını Putinlə müzakirə etmişəm...” - İLHAM ƏLİYEV AÇIQLADI

    Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakıda, ADA Universitetində keçirilən beynəlxalq konfransdakı çıxışı zamanı bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə Qarabağda “İsgəndər-M” raketlərinin qalıqlarının tapılmasını müzakirə edib. Və Azərbaycanın Müdafiə Nazirliyi Rusiyanın Müdafiə Nazirliyinə bu məsələ ilə bağlı rəsmi məktub göndərib.

    Muxalifet4 - 13-04-2021

  12. RUSİYA İLƏ UKRAYNA ARASINDA "ƏSƏB SAVAŞI" - Kreml Ukraynaya hərbi müdaxiləyə bəhanə əldə etmək istəyir

    Rusiyanın Ukrayna sərhədləri yaxınlığına cəbbəxana yığması ötən həftə də davam etdi. Buna paralel olaraq, Rusiyanın yüksək rütbəli rəsmiləri və dövlət mediasının vəziyyəti daha da alovlandıran ritorikası bütün dünyanın müharibə qayğılarını daha da artırıb.

    Muxalifet4 - 13-04-2021

  13. "İSKƏNDƏR -M" RAKETİ "BARAK- 8"-LƏ VURULUB - Görüntülər yayıldı / VİDEOLAR

    Sosial şəbəkələrdə, Azərbaycan hərbçilərinin telegram-qruplarından birində 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın atdığı “İskəndər” raketinin ordumuzun silahlanmasında yer alan, İsrail istehsalı “Barak-8” zenit-raket kompleksi ilə vurulmasına aid olduğu bildirilən görüntülər yayılıb. Virtualaz.org xəbər verir ki, bu görüntülərin yayılması Şuşa ətrafında “İskəndər-M” raketinin qalıqlarının aşkar edilməsi məsələsinə görə Azərbaycanın Rusiya tərəfindən izahat istədiyi bir vaxta təsadüf edir.

     

    Muxalifet2 - 13-04-2021

  14. AZƏRBAYCANDA KORONAVIRUSA YOLUXANLARIN SAYI YENƏ ARTDI - Son sutka ərzində daha 34 nəfər ölüb

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 457 yeni yoluxma faktı qeydə alınıb, 2 002 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək cəmi 289 601 nəfər koronavirus infeksiyasına yoluxub.

    Onlardan 253 762 nəfər müalicə olunaraq sağalıb, 3 978 nəfər vəfat edib, aktiv xəstə sayı 31 861 nəfərdir.

    Muxalifet2 - 13-04-2021

  15. Azərbaycana kartofun içərisində 213 kq-dan çox heroin keçirmək istədilər / VİDEO, FOTOLAR

    Dövlət Gömrük Komitəsinin (DGK)  əməkdaşları tərəfindən 213 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.

    Muxalifet2 - 13-04-2021

  16. Rusiyadan Şuşaya atılan "İskander-M"lə bağlı RƏSMİ AÇIQLAMA

    "Rusiya və Azərbaycan hərbçiləri Bakının Dağlıq Qarabağda “İskəndər-M” raketlərinin qalıqlarının tapılmasına dair yaydığı məlumatlara bağlı müzakirələr aparırlar".

    "RİA Novosti" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya və Azərbaycan prezidentləri arasında telefon danışığında “İskəndər”in qalıqlarının tapılması mövzusunun qaldırılıb-qaldırılmadığına dair sualı cavablandırarkən bildirib.

    "Hərbçilərin xətti ilə sıx dialoq aparılır. Bütün müvafiq məsələlər müzakirə olunur”, - o deyib.

    Muxalifet2 - 13-04-2021

  17. Əli Heydərovun qətli: silahlı cangüdən çölə çıxıb, az sonra killer atəş açıb - QANQSTERLƏR VƏ “FOOD CİTY”DƏN GƏLƏN PULLAR

    Aprelin 12-də Moskvanın Aviasiya küçəsində yerləşən “Al Yelkənlər” elit yaşayış kompleksinin fitnes-zalında baş vermiş səs-küylü qətl Rusiya mediasında Ukrayna mövzusundan sonra az qala ikinci yerdə qərarlaşıb. Belə ki, bütün federal və yerli KİV-lər, telekanallar “Albert Rıjiy” ləqəbli azərbaycanlı kriminal avtoritet, 19 yaşında Gəncədən Rusiyanın Arxangelsk vilayətinə yollanan və orada reketliyə başlayan, özünə babat kriminal karyera quran və azı 3 sui-qəsddən salamat qurtara bilmiş Əli Heydərovun nümayişkarənə qətli barədə geniş reportajlar yayır.

    Muxalifet2 - 14-04-2021

  18. "Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə öz dəmir yolunu Naxçıvan və Türkiyə ilə birləşdirəcək" - İLHAM ƏLİYEV

    "Bu görüş üçün vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm, cənab Prezident. Mən təşkilatçılara Sizə sual vermək məqsədilə məni buraya dəvət etdikləri üçün minnətdarlığımı ifadə etmək istəyirəm. İcazə verin, regional əməkdaşlığa qayıdaq. Müharibə bitəndən sonra Türkiyə Prezidenti Ərdoğan Bakını ziyarət etmiş və bir daha 3+3 formatı kimi məlum olan regional əməkdaşlığı qeyd etmişdir. Bu əməkdaşlıq on ildən çoxdur ki, mövcuddur. Hesab edirəm ki, o, bu məsələnin qaldırılması üçün düzgün vaxtın olduğunu düşünürdü".

    Muxalifet2 - 14-04-2021

  19. Gürcüstanda Ukrayna ilə həmrəylik aksiyası keçirilib - "Ukraynaya göstərmək istəyirik ki..."

    Tiflisdə Ukrayna səfirliyinin qarşısında həmrəylik aksiyası keçirilib. Tədbir müxalif "Daha çox azadlıq" partiyası tərəfindən təşkil olunub.

    Aksiya iştirakçıları bəyan ediblər ki, indki situasiyada «dost ölkə ilə həmrəyik ifadə etmək çox əhəmiyyətlidir» - həm sıravi vətəndaşlar tərəfindən, həm də Gürcüstan hökuməti səviyyəsində.

    Aksiyanın təşkilatçısı Zurab Qirçi Caparidze hesab edir ki, Ukranada cərəyan edənlər Gürcüstana da aiddir.

    Muxalifet2 - 14-04-2021

  20. Bankı müflis olan azərbaycanlı Avropada maliyyə qalmaqalı yaşayır

    Azərbaycanda 2016-cı ildə özünü müflis elan edərək bağlanan "KredoBank” ASC-nin sədri, əmanət və maliyyə fırıldağı ilə bağlı qalmaqal yaşayan Müşfiq Vəkilovun qardaşı Kamran Vəkilov ilə birgə Almaniyada yeni şirkətlər qurduqları və özünün isə otellər satın aldığı üzə çıxıb.

    "Report"un Avropa bürosunun əldə etdiyi məlumata görə, Vəkilov qardaşları Türkiyədə olduğu kimi Almaniya və Avstriyada da turizm və otel biznesinə girişiblər. Lakin yenə də maliyyə fırıldaqçılığı iddiası ilə qalmaqal yaşayırlar.

    Muxalifet2 - 14-04-2021

Pages