“HAMINIZ MİNDİYİNİZ GƏMİDƏ BOĞULACAQSINIZ” – Partiya başqanından “paralel dövlət”çilərə sərt xəbərdarlıq

Baxış sayı:
1435

“Cənablar, artıq gecdir, sizin kimliyiniz bəllidir. Dövleti-Ali sizi bağışlaya bilməz. Hamınız mindiyiniz gəmidə boğulacaqsınız”.
Muxalifet.az
xəbər verir ki, bunu Turan Partiyasının başqanı Cahandar Bayoğlu "paralel dövlət”çilərə sərt mesajında bildirb. O, daha sonra qeyd edir:
“Son günlər “paralel dövlət” haqda açıqlamalarımda, əsas istəyim bu çirkli güclə bağlı sizlərin gerçək düşüncələrinizin aydınlaşması olub. “Paralel dövlət” bir siyasi termin deyil, o Azərbaycanı Rusiya İmperiyasına kukla etmək istəyən, ordumuzda, iqtisadi quruluşlarımızda, icra, qanunvericilik, məhkəmə strukturlarında söz sahibinə çevrilen gizli regional təşkilatlanmaların bir ittifaqıdır. Bu ittifaq isə dövlət içində “paralel dövlət”in özüdür. Regional gizli teşkilatların hamısı federal dövlət strukturundadır. Hər biri milyardlarla gəlir qaynaqları olan, dövlətin bütün quruluşlarında kök salmış bir yapılanmadır. Millətin, dövlətin oğurlanan milyardları bu gizli regional və erməni qanlıların təşkilatları tərəfinden ələ keçirilib və Moskovada olan havadarları ilə bölüşülüb. Gizli regional və erməniqanlıların birləşdiyi təşkilatların ittifaqı isə “boz kardinal” tərəfindən koordinasiya edilərək, dövlətə paralel olaraq, Moskvanın əmrini gerçəkləşdirib. “Paralel dövlət”in oğurluq, talançılıq yolları ilə əldə etdiyi büdcənin böyük qismi Moskovaya göndərilib. Ermeni ordusunun güclənməsində bu maliyyənin ola bilməsi bir həqiqətə çevrilib.
Bu çirkli gizli təşkilatlar ittifaqı olan “paralel dövlət” Moskvanın istəyi üzrə Azərbaycan və Türk düşməni olan bir sıra “İran”, Ermənistan, Yunanıstan və. s dövletlərlə, əməkdaşlıq edib. Yeri gələndə müstəqil olaraq bütün Türk düşmənlərinə qucaq açıb, FETÖ ilə dərin ilişkilər qurublar. Əzilən Türk, istismar olan Azərbaycan xalqı və dövləti olub. Bu paralel dövletin gücüylə dəfələrlə dövləti tam mənada ələ keçirmək cəhdləri olub, Azərbaycan aydını dilsiz edilib, iqtidara yaxın veəmüxalifət partiyaları yaradılıb.
44 günlük müharibədə xalqımızın savaş, torqaqlarımızı azad etmək eşqi və Ali baş komandanla birliyi, Türkiyənin tam manada Azərbaycanla olması bu çirkli qaniçən “paralel dövlət”i neytraılaşdıra bilib ki, Azərbaycan ordusu Zəfər qazanıb. Azərbaycan dövlət qururunu yaşayıb. Bu gün belə bir ittifaq halında olan dövlətimiz, “paralel dövlət”lə üz-üzədi.
Olayların gedişatı onu göstərir ki, “paralel dövlət” yerləşdirildiyi gəmidə boğulacağının fərqindədir. Təpədən çökmə başlayıb, gizli regional təşkilatlar arasındakı ittifaq kövrəkləşib. Öləcəklerini bildiklərinden, gəmidən qaçmaq istəyirlər. Siyasi ayaqlarını hərəkətə gətirib, özlərini günahsız göstərməyə çalışırlar.
Cənablar, artıq gecdir, sizin kimliyiniz bəllidir. Dövleti-Ali sizi bağışlaya bilməz. Hamınız mindiyiniz gəmidə boğulacaqsınız”.
Muxalifet.az