Axtarış

The search found 105739 results in 0.053 seconds.

Search results

  1. TƏBİB RƏHBƏRLİYİNDƏ GECƏ HƏBSLƏRİ! - Korrupsiya İdarəsi baş həkimləri saxladı / Yeniləndi

    Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu gecə TƏBİB-də əməliyyat keçirib, həbslər var.

    Bu barədə mötəbər mənbədən məlumat daxil olub.

    Muxalifet2 - 22-04-2021

  2. Hüseynbala Mirələmov ADNSU-dakı vəzifəsindən azad edildi

    "Biz də bu hadisə barədə görüntüləri əksəriyyət kimi sosial şəbəkələrdə gördük və izlədik".

    Bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov deyib.

    Sözçü bildirib ki, Hüseynbala Mirələmov ADNSU-nun Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib:

    "O öz ərizəsi ilə işdən azad olunub".

    Muxalifet2 - 22-04-2021

  3. Ermənistanda müxaliflər özlərini hökumət binasına qandalladılar - VİDEO

    Ermənistanda “Azataqrum” (“Qurtuluş”) hərəkatından olan bir qrup müxalifət fəalı Baş nazir Nikol Paşinyanın və Nazirlər Kabinetinin digər üzvlərinin hökumət binasına girişinin qarşısını almaq üçün özlərini qapıya qandallayıblar.

    TASS-ın məlumatına görə, polis aktivistləri saxlamağa başlayıb.

    Etirazçılardan biri “Paşinyan və tərəfdarları binaya girməməlidir”, - deyə bildirib.

    Muxalifet2 - 22-04-2021

  4. BAŞ HƏKİMİN SAXLANILMASI HAQDA BAŞ PROKURLUQDAN NÖVBƏTİ AÇIQLAMA - "Qulu Orucov və İmanlı Talehlə qabaqcadan əlbir olub..."

    Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkiminin qanunsuz əməlləri ifşa edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, dünyada və ölkəmizdə koronavirus xəstəliyinin geniş yayıldığı dövrdə əhalinin pandemiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən müfəssəl dövlət siyasətinə və bu sahədə mövcud olan qanunvericiliyə zidd olaraq öz qanunsuz əməlləri ilə əhalinin sağlamlığını təhdid altına alan vəzifəli şəxslərə, habelə onların yaratdıqları korrupsiya şəbəkələrinə qarşı prokurorluq orqanları tərəfindən t

    Muxalifet2 - 22-04-2021

  5. NAZİRLİYİN VƏZİFƏLİ ŞƏXSİ HƏBS EDİLDİ - Əlilliyi rüşvətlə təyin edənlərdən biri saxlanıldı

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri Oruc Məmmədovun qanunsuz olaraq əlillik dərəcəsinin təyin edilməsi üçün vətəndaşdan 2 min 500 manat məbləğdə pul vəsaitini rüşvət qismində alması faktı ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet2 - 22-04-2021

  6. Saakaşvili Ukraynadakı vəzifəsindən azad olunacaq

    Ukrayna Prezidenti Volodimir Zelenski və ölkənin İslahatlar üzrə Milli Şurasının rəhbəri, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili arasında münasibəltər gərginləşib.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.

    Bildirilib ki, Ukrayna lideri M.Saakaşvilinin fəaliyyətindən narazıdır və onun vəzifəsinin öhdəsindən gəlməməsinə işarə edib.

    Muxalifet2 - 22-04-2021

  7. ERMƏNİ HƏRBÇİLƏR BÖLMƏLƏRİMİZİ ATƏŞƏ TUTDU - Rusiya tərəfi cavab atəşi açmamağı xahiş edib

    Ermənistanın Baş naziri Nikol Paşinyanın cari ilin aprel ayının 21-də Zəngəzur vilayətinə məlum səfərindən sonra Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlar törədilib.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib.

    Muxalifet2 - 22-04-2021

  8. Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq

    Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun ötən gün sosial şəbəkələrdə yayılmış videogörüntülərdə yol verdiyi qeyri-etik hərəkət cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.

    Muxalifet2 - 22-04-2021

  9. “ONUN YERİNƏ UTANIB XƏCALƏT ÇƏKİRƏM...” - Ağsaqqallar Şurasının sədri

    Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovla bağlı internetdə yayılan qeyri-etik video günün əsas müzakirə mövzularından biridir.

    Sosial şəbəkələrdəki müzakirələrdə 76 yaşlı sabiq deputatın ağsaqqal adına yaraşmayan əməli - xanım köməkçisinə qarşı qeyri-əxlaqi hərəkəti qınanılır.

    Hüseynbala Mirələmovu qınayanlar eyni zamanda, Azərbaycan Ağsaqqallar Şurasından da hadisəyə susqun qalmaqda narazılıq edirlər.

    Muxalifet2 - 22-04-2021

  10. "Bilirik ki, Azərbaycan xalqı Pakistanı sevir, ona böyük sevgisi var" - SƏFİR

    “Əgər Hindistan sülhə doğru bir addım atarsa, Pakistan iki addım atacaq”

    Muxalifet.az Pakistan İslam Respublikasının Azərbaycandakı Səfiri Bilal Hayenin “AzPolitika.info”-ya müsahibəsini oxucularına təqdim edir:Səfirlə söhbətdə dost ölkənin 44 günlük Vətən Müharibəsində Azərbaycana açıq dəstək nümayişinə, hərbi sahədə aparılan müzakirələrə, Pakistanın Ermənistanla münasibətlərinə, son zamanlar Pakistanla Hindistan arasında “buzların əriməsinə” və digər mövzulara toxunmuşuq.

    Muxalifet2 - 22-04-2021

  11. AZƏRBAYCANDA DAHA 39 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ - Son sutka ərzində 2047 yeni yoluxma faktı qeydə alınıb

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 047 yeni yoluxma faktı qeydə alınıb, 2 610 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 307 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 272 575 nəfər müalicə olunaraq sağalıb, 4 274 nəfər vəfat edib, aktiv xəstə sayı 31 131 nəfərdir.

    Muxalifet2 - 22-04-2021

  12. RAMİN BAYRAMLININ MƏSULİYYƏTİ... - TƏBİB rəhbəri bu cinayətlərdən xəbərsiz ola bilərdimi?

    Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin TƏBİB-də keçirdiyi əməliyyat Azərbaycanın səhiyyə sisteminin və onun başında duranların rüşvət, korrupsiya, vicdansızlıq adlı “xroniki xəstəlik”dən heç cür sağala bilmədiklərini, əksinə, koronavirus pandemiyası dövründə bu “xəstəliyin” daha da şiddətləndiyini göstərdi. 

    Muxalifet2 - 23-04-2021

  13. CƏLİLABADDA SƏLƏMÇİ MÜĞƏNNİNİN ÖLDÜRÜLMƏSİNİN TƏFƏRRÜATI - İcra nümayəndələri qətli Türkiyə vətəndaşı ilə birgə törədiblər

    Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri Cəlilabada rayonunda baş verən qətllə bağlı birgə məlumat yayıblar.

    Birgə məlumatda deyilir:

    Muxalifet2 - 23-04-2021

  14. Türkiyənin “Akıncı” pilotsuz təyyarəsi Rusiya “Pantsir”ini 30 kilometr məsafədən “darmadağın edir” - ROKETSAN-DAN ZARA-YA CAVAB / VİDEO

    Ötən gün Türkiyənin “Baykar Savunma” şirkəti “Bayraktar Akıncı” döyüş pilotsuz təyyarəsinin “ağıllı” raketlərlə ilk döyüş atışları həyata keçirdiyini elan edib. Sınaq atışları əvvəlcə “ROKETSAN” şirkətinin işləyib hazırladığı, 94 kiloqram ağırlığındakı MAM-T qanadlı raketi ilə həyata keçirilib. Daha sonra “Akıncı” MAM-T raketinə daha əvvəl “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin arsenalına daxil edilən MAM-L və MAM-C raketlərini də əlavə etməklə  tam döyüş təchizatı ilə uçub, bu raketlərlə də hədəfə dəqiq zərbələr endirib.

    Muxalifet2 - 23-04-2021

  15. İcra başçısı birinci müavini və baş memarı işdən çıxardı

    Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ceyhun Həsənov və Baş memar Rüstəm Mehdiyev vəzifədən azad ediliblər.

    Bu barədə icra başçısı Məhərrəm Quliyev əmr imzalayıb.

    Hər iki vəzifəyə hələlik təyinat yoxdur.

    Qeyd edək ki, C.Həsənov karyerası ərzində Goranboy Rayon İcra Hakimiyyətində ikinci dəfə idi ki, birinci müavin postunu tuturdu.

    Hazırda həbsdə olan Nizaməddin Quliyev Goranboy rayonuna icra başçısı təyin edilən zaman - 2009-cu ildə eks birinci müavini vəzifədən  azad etmişdi.

    Muxalifet2 - 23-04-2021

  16. “Vətəndaş vergi ödəyirsə, pullu müalicə almalı deyil” - FAZİL MUSTAFA

    “İcbari tibbi sığorta ilə bağlı layihə artıq pilot layihə olmaqdan çıxıb. Aprelin 1-dən bütün respublika üzrə tətbiq edilir”.
    Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

    Muxalifet2 - 23-04-2021

  17. Çexiya Rusiya səfirliyinin 63 əməkdaşını ölkədən çıxarır

    “Rusiyanın Praqadakı səfirliyinin 63 əməkdaşı Çex Respublikasını tərk etməlidir”.

    Bu barədə cümə axşamı Çex televiziyasında ölkənin Xarici İşlər naziri Yakub Kulqanek bildirib.

    Nazir deyib ki, söhbət ailə üzvləri ilə birlikdə Çexiyanı tərk edəcək Rusiya səfirliyinin 63 əməkdaşından gedir: “Rusiyanın Praqa səfirliyindəki rus diplomatların sayı Çexiyanın Moskvadakı diplomatlarının sayına qədər azaldılacaq”. 

    Muxalifet2 - 23-04-2021

  18. YAP-ın MSK üzvlüyünə namizədləri məlum olub - SİYAHI / YENİLƏNİB

    Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri məlum olub.
    Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında hakim partiyadan MSK üzvlüyünə Məzahir Pənahov, Rövzət Qasımov, 
    Hüseyn Paşayev, Şaiddin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Surəddin Hümbətov (ehtiyat üzv) və Nailə Əsgərovanın (bitərəflərin YAP-la razılaşdıracağı) namizədliyi müəyyənləşib.
    Qeyd edək ki, yeni seçilən Milli Məclisdə çoxluq YAP-dadır. Hakim partiya parlamentdə 70 deputatla təmsil olunur.
    ***

    Muxalifet2 - 23-04-2021

  19. Hüseynbala Mirələmov YAP-dan çıxarıldı

    Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasının (YAP) üzvlüyündən çıxarılıb.
    Bu barədə qərar bu gün YAP İdarə Heyətinin iclasında qəbul edilib.
    H. Mirələmov eyni zamanda YAP Veteranlar Şurasının üzvlüyündən də çıxarılıb.

    Qeyd edək ki, YAP Xətai rayon təşkilatının da sədri olan H. Mirələmovun xanım işçisinə qarşı qeyri-əxlaqi hərəkətini əks etdirən video yayılıb. 

    Muxalifet2 - 23-04-2021

  20. ​“Nar” məktəblilər üçün “Oxu Saatı” layihəsinə start verir

    23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Nar” və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyilə məktəblilər üçün “Oxu saatı” layihəsinə start verilir. Layihənin əsas məqsədi pandemiya dövründə məktəblilərin maarifləndirilməsi və mütaliə vərdişlərini inkişaf etdirərək səmərəli vaxt keçirmələrinə dəstək olmaqdır. Layihə çərçivəsində Azərbaycanın ədəbiyyat və incəsənət sahəsinin tanınmış simaları uşaqlar üçün “Zoom” platforması üzərindən müxtəlif bədii əsərlərdən parçalar səsləndirəcəklər.
     

    Muxalifet2 - 23-04-2021

Pages