Axtarış
The search found 105756 results in 0.064 seconds.
Search results
ƏRDOĞAN VƏ BAĞÇALI ŞUŞAYA GƏLİR - Türk məktəbinin təməli birlikdə atılacaq!
"Ermənistanın işğalından azad olunan Şuşa şəhərində Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MPH) Ülkü Ocaqlarının Təhsil və Mədəniyyət Fondunun tikəcəyi məktəbin təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Bağçalının iştirakı planlaşdırılır".
Bunu MHP sədrinin müşaviri, memar Ziya Günaydın deyib.
Muxalifet2 - 20-02-2021
“Amerika qayıtdı, biz demokratiyanı müdafiə edəcəyik...” - BAYDEN
ABŞ prezidenti Cozef Bayden ənənəvi Münhen təhlükəsizlik konfransında çıxışı zamanı Birləşmiş Ştatların Avropa ilə müttəfiqlik münasibətlərinə sadiqliyini təsdiqləyib. O, habelə əminlik ifadə edib ki, ancaq əməkdaşlıq və demokratik prinsiplərin dəstəklənməsi sayəsində transatlantik cameəsi müasir çağırışlara tab gətirə bilər.
Muxalifet2 - 20-02-2021
"Hesab etmirəm ki, Türkiyənin Böyük Turan yaratmaq məqsədi var" - SERGEY LAVROV
Rusiya xarici işlər naziri Sergey Lavrov belə hesab etməyə meylli deyil ki, Türkiyənin millətlərüstü quruluş kimi Böyük Turan yaratmaq məqsədi var.
Bu barədə Lavrov RBK agentliyinə müsahibəsində danışıb. Onun sözlərinə görə, keçmiş SSRİ-nin türkdilli ölkələri çətin ki, Türkiyənin bu ideyasını dəstəkləyərdi.
Muxalifet2 - 20-02-2021
ABŞ-ın Gürcüstanda dövlət çevrilişi planı - YAXUD İVANİŞVİLİNİN İKİ SEÇİMİ: PİS VƏ DAHA PİS...
Fevralın 18-də Bakıda planlaşdırılan Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının 9-cu üçtərəfli görüşü Gürcüstanın baş naziri Giorgi Qaxariyanın və ardınca hökumətin qəfil istefası səbəbindən təxirə düşdü. Çünki artıq xarici işlər naziri David Zalkalianinin Azərbaycana səfərinin mənası yox idi.
Əslində, baş nazirin istefa məsələsi qəfildən ortata çıxa bilməzdi, Saakaşvilinin “Milli Hərəkat” partiyasının lideri Niki Meliyanın həbsinə etiraz olaraq ortaya qoyulan mövqe bir-iki gün əvvəl götür-qoy edilə bilərdi və qərar da görüşdən əvvəl açıqlana bilərdi.
Muxalifet2 - 20-02-2021
Berdıməhəmmədovu sərt tənqid edən cəsarətin sahibi kimidir? – Aşqabadda yaşayır
71 yaşlı türkmən jurnalist Soltan Açilova ölkəsinin avtoritar prezidenti Qurbanqulı Berdıməhəmmədovu kəskin tənqid edib. Maraqlıdır ki, prezidenti və onun hökumətini YouTube kanalında tənqid edən xanım Açilova xaricdə yox, paytaxt Aşqabadda yaşayır. O videomüraciətində prezidenti qış aylarında sakinləri istilik və içməli su ilə təchiz edə bilməməkdə ittiham edir. Açilova bildirir ki, Berdıməhəmmədova “hörmətli” sözü ilə müraciət etməyəcək, çünki o milyonlarla türkmənin hörmətini artıq çoxdan itirib.
Muxalifet2 - 20-02-2021
“Qələbə Bakının Mərkəzi Asiyadakı çəksini artırıb” – “Türkmənistanla Azərbaycan arasında anlaşma təsadüf deyil”
Qafqaz məsələləri üzrə tanınmış politoloq Pol Qobl “Ceymstaun” fondunun dərc edilmiş məqaləsində yazıb ki, Azərbaycanın İkinci Qarabağ Müharibəsindəki qələbəsi Bakının təkcə Cənubi Qafqazda deyil, Mərkəzi Asiyadakı çəkisini artırıb: “Azərbaycan, qismən də Türkiyənin sayəsində Qafqazlarda və Mərkəzi Asiyada hesablaşılmalı qüvvə olduğunu göstərib”.
Muxalifet2 - 20-02-2021
ƏLİ HƏSƏNOVA 2 MİLYARDLIQ KORRUPSİYA İTTİHAMI... - İstintaqda dindirildiyi, 15 milyon geri qaytardığı deyilir / FOTOLAR
Vəzifə səlahiyyətindən, tutduğu postdan dövlət malını talamaq, mənimsəmək üçün istifadə edən məmurların cəzalandırılması prosesi davam edir. Təqdirəlayiq haldır ki, bu proses yalnız vəzifədə olan deyil, sabiq məmurları da əhatə etməyə başlayıb.
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdan sonra daha hansı məmurların həbs olunacağı hazırda cəmiyyəti düşündürən əsas məsələlərdən birinə çevrilib. Bununla bağlı redaksiyamıza daxil olan məlumata görə, bir müddət əvvəl daha bir sabiq məmurla bağlı istintaq başladılıb.
Muxalifet2 - 20-02-2021
AZƏRBAYCAN TÜRKİYƏDƏN SOM QANADLI RAKETLƏRİ ALIR... - FOTOLAR
Xəbər verildiyi kimi Azərbaycanın baş naziri Əli Əsədov Türkiyə-Azərbaycan birgə iqtisadi komissiyasının toplantısında iştirak etmək üçün Ankaraya səfər edib. Səfər zamanı iki ölkə arasında bir çox sahələri əhatə edən 10-dan artıq birgə sənəd, o cümlədən qarşılıqlı ticarət-investisiya əlaqələrinə dair sənədlər imzalanıb.
Muxalifet2 - 20-02-2021
Azərbaycanda daha bir həkim koronavirusun qurbanı oldu - FOTO
Azərbaycanda daha bir həkim koronavirusun qurbanı olub. Belə ki, stomotoloq Şahin Əliyev bu xəstəlikdən vəfat edib.
Bu barədə sosial şəbəkələrdə onun yaxınları yazıblar.
Bildirilib ki, uzun müddət COVİD-19-la mübarizə aparan Şahin Əliyev xəstəliyə məğlub olub.
Muxalifet2 - 21-02-2021
“Torpaq necə qorunursa, ana dili də elə qorunmalıdır” - SABİR RÜSTƏMXANLI
Sabah - 21 fevral Beynəlxalq Ana Dili Günüdür. Artıq bir neçə gündür ki, bu mühüm günlə bağlı tədbirlər keçirməkdə, müzakirələr təşkil etməkdədir.
Muxalifet.az "moderator.az"-a istinadla millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı ilə ana dili, onun tarixi və bu günü ilə bağlı mövzuda hazırlanan müsahibəni təqdim edir:
-Sabir bəy, sabah Beynəlxalq Ana Dili Günüdür. Ana dilimizin dünəndən bu günə qədər keçib gəldiyi yol nədən ibarətdir?
Muxalifet2 - 20-02-2021
"WhatsApp" yeni qaydaları qəbul etməyənlərə məhdudiyyətlər tətbiq edəcək
“WhatsApp” sosial şəbəkəsi yeni məxfilik qaydalarını qəbul etməyən istifadəçilər üçün funksiyaları məhdudlaşdıracaq.
Xarici KİV-lər xəbər verir ki, yeni xidmət qaydalarını mayın 15-dək qəbul etməmək mümkündür. Ancaq ondan sonra “WhatsApp” mesajlara baxmaq və tətbiq vasitəsilə mesaj göndərmək funksiyalarını məhdudlaşdıracaq. Bundan başqa, 120 gündən sonra messencer yeni qaydaları qəbul etməyən istifadəçinin hesabını silə bilər.
Muxalifet2 - 21-02-2021
"AKINCI" PİLOTSUZ TƏYYARƏLƏRİNİN MÜDHİŞ İMKANLARI - Səlçuk Bayraktar açıqladı
Türkiyənin dünyada ad çıxarmış və 44 günlük Qarabağ müharibəsindən sonra barəsində dünyanın aparıcı ölkələrinin hərbi mütəxəssislərinin danışdığı “Bayraktar TB2” pilotsuz döyüş təyyarələrini istehsal edən “Baykar” şirkətinin texniki işlər üzrə direktoru Selçuk Bayraktar seriya istehsalı yeni başlayan “Akıncı” taktiki pilotsuz təyyarəsinin müdhiş qabiliyyətlərini açıqlayıb.
Muxalifet2 - 21-02-2021
OQTAY ƏSƏDOVUN DAHA BİR VİLLASI AŞKARLANDI - Özəl meşəlik, meşənin içi ilə çaya çıxış / FOTO
Azərbaycanın sabiq spikeri Oqtay Əsədovun daha bir villası barədə məlumatlar yayılıb.
Musavat.com-un xəbərinə görə, məlumatı araşdırmaçı-jurnalist Cavanşir Həsənli paylaşıb.
Muxalifet2 - 21-02-2021
ABŞ Türkiyə sərhədlərinə hərbi texnika toplayır - RƏSMİ AÇIQLAMA
ABŞ 150-dən çox helikopteri Yunanıstanın Xanti şəhərinə toplayır. ABŞ helikopterlərdən Yunanıstanda və digər Balkan ölkələrində keçiriləcək müxtəlif hərbi təlimlərdə istifadə etmək üçün yararlanacaq.
ABŞ hərbi texnikalarının Yunanıstanın Dədəağac limanına gətiriləcəyi bildirilib. Limana 110 "Blək Havk" və 25 "Apaçi" hücum helikopteri, 10 "Çinuk" ağır nəqliyyat helikopteri və tanklar da daxil olmaqla, ümumilikdə 1800-dən çox hərbi texnikanın gətiriləcəyi elan edilib.
Muxalifet2 - 21-02-2021
Prezident Köçəryana “Salam, Rob” və “Köçəryanoğlu” deyən Poqosyanın qətli - KEÇMİŞ CANGÜDƏNİN İŞİNƏ YENİDƏN BAXILIR...
Ermənistanın eks-prezidenti, bu günlərdə geniş müsahibə verərək Nikol Paşinyana qarşı hücuma keçən və fəal siyasətə qayıtdığını elan edən Robert Köçəryanla bağlı daha bir məhkəmə işi yenidən gündəmə gəlib. Bu dəfə Köçəryan prezident olarkən onun mühafizəçisinin Yerevan restoranlarından birində adam öldürməsi işi təkrar məhkəmə baxışına qaytarılıb. Bu hadisə düz 20 il əvvəl baş verib.
Muxalifet2 - 21-02-2021
“Bir yumruq atdım, tutmadı, ikincisi sifətindən dəydi...” - YOLU KEÇƏN PİYADANI YUMRUQLA ÖLDÜRƏN ABDULLA / VİDEO
Kiyevdə yolu keçən piyadanı ona söydüyü üçün yumruqla vurub öldürən Azərbaycan vətəndaşı Abdulla Əzizli ötən gün çıxarıldığı məhkəmədə həbs olunub. Ukrayna KİV-ləri artıq iki gündür bu səs-küylü hadisə haqda yazır, geniş reportajlar verir.
TSN telekanalının məhkəmədən hazırladığı reportajda deyilir ki, taksi sürücüsü işləyən Abdulla məhkəmədə verdiyi ifadədə piyadanı öldürmək istəmədiyini deyib. Lakin ölən şəxsin yaxınları buna inanmır və ədalət tələb edir.
Muxalifet2 - 21-02-2021
Bakıda qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Muxalifet2 - 21-02-2021
TALANÇILAR VƏ YALANÇILAR
Vəzifədə olduqları müddətdə Azərbaycanın dövlət büdcəsini talan edən məmurlarla bağlı son vaxtlar ölkə mətbuatında sensasion faktlar açıqlanmaqdadır. Hansı ki, bu informasiyalar xalqımıza məxsus sərvətin necə oğurlanaraq, xaricə daşındığını göz önünə sərir.
Muxalifet2 - 15-08-2019
YA ANTİMİLLİ SİYASƏT DƏYİŞMƏLİDİR, YA DA HAKİMİYYƏT...
19 oktyabr etiraz aksiyası iqtidarın uzun illərdən bəri sərbəst toplaşmaq azadlığına qoyduğu süni qadağaları sındırdı və bu aksiya öz xalqından aralı düşən rejimin iç üzünü açıb ortaya qoydu.
Sözdə insan hüquq və azadlıqlarının təməl prinsiplərinin qorunmasını elan edən rejim bu aksiya zamanı minlərlə etirazçının müqavimətini qırmaq üçün amansız şiddətə, görünməyən zorakılığa, adekvat olmayan gücə əl atmaqla dünyanı aldatmağa hesablanmış bəyanatlarında qeyri-səmimi olduqlarını bir daha göstərdi.Muxalifet2 - 1-11-2019
Siz nə qədər də miskin və aciz görünürdünüz...
Son günlərin ən çox yadda qalan və ciddi etirazlarla qaşılanan məsələsi, Yasamal rayonu ərazisində polislərlə vətəndaşlar arasında yaşanan hadisədir.
Muxalifet2 - 10-06-2020