Bir qrup silahlı şəxs Bəşər Əsədin atasının məzarını yandırıb
11-12-2024 21:14
Baxış sayı:
199
Bir qrup silahlı şəxs Bəşər Əsədin atasının məzarını yandırıb.
Bu barədə Britaniyanın "The Sun" qəzeti məlumat yayıb.
Qeyd edək ki, Bəşər Əsədin atası Hafiz Əsəd 1971-2000-ci illərdə Suriyanın prezidenti olub.
Bəşər Əsəd dekabrın 8-də ölkəni tərk edərək Rusiyaya gedib və oradan sığınacaq alıb.