“UNİBANK”-IN SAHİBİNİN DEPUTAT OĞLU İLƏ BİRGƏ "SƏHM ƏMƏLİYYATI"... - Fransanın yaxın dostu Avropa bankını aldadıb? / FOTO

Baxış sayı:
4234

"Unibank"-ın əsas səhmdarı Eldar Qəribov ötən il bankda səhmlərini 7.31 faiz artıraraq 91 faizə yüksəldib”.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, bu işdə ona yaxın dostu, Fransanın Nisada şəhərində qapı qonşusu olan iş adamı Bəylər Məmmədov kömək edir.

C.Həsənli idia edir ki, Bəylər Məmmədov və kürəkəni Kamal Hacıyev (deputat Sabir Hacıyevin oğlu) Maltada təsis etdiyi LENSTOR ENTERPRISES LTD şirkəti üzərindən Lüksemburqda sahib olduğu "Canley Finance SA" maliyyə şirkəti vasitəsilə bankın səhmlərinin 7.31 faizini digər səhmdardan alıb. Sonra isən Lüksemburq şirkəti adından əsas səhmdara satıb.

“Yəni sol əlini boynunun arxasından aparıb sağ qulağını qaşıyıb. İctimaiyyətə elə təqdim olundu ki, guya Eldar Qəribov səhmləri xarici şirkətdən alıb. Ola bilsin ki, Eldar Qəribov bununla təkcə ictimaiyyəti deyil, bankın digər səhmdarı olan Avropa Yenidənqurma və İnkişaf Bankını və Almaniyadakı tərəfdaşını da aldadıb”, - araşdırmaçı jurnalist yazıb.

Cavanşir Həsənli xatırladır ki, Eldar Qəribov "Unibank"-ın əsas səhmdarı, Müşahidə Şurasının sədridir, Malta vətəndaşlığı var, Fransa Prezidentinin fərmanı ilə bu ölkənin ali mükafatı - “Fransanın Fəxri Legion Kavaleri ordeni” ilə təltif olunub.

“Azərbaycanla Fransa arasında dərin çatlar bankirin bu ölkədəki lüksünə təsir göstərməyib. Onun dəyəri bir neçə milyon avro olan "Floriana" adlı sevimli villası və əmlak şirkəti "siyasətə qarışmır", - jurnalist vurğulayıb.

Onun iddiasına görə, Eldar Qəribovun oğlu İlkin Qəribli 2015-ci ildən birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır və dünyanın ən məşhur kazinolarının daimi müştərisidir.

“O zaman ailəsi ilə Baham adalarında istirahət edərkən dostları İlkini kazinoya aparıblar. "Poker News"un məlumatına görə bankirin oğlu o zaman 25 min "stavka" ilə 1.105.040 dollar və bir ədəd lüks "Style" saatı udub. O vaxtdan Eldar Qəribov oğunu qumardan ayıra bilməyib”, - Cavanşir Həsənli yazıb./azpolitika