Axtarış
The search found 105705 results in 0.047 seconds.
Search results
“Sosial Müdafiə Fondunun əlindən təngə gəlmişəm” – ŞİRVAN SAKİNİ SOSİAL YARDIM VERİLMƏMƏSİNDƏN ŞİKAYƏTÇİDİR / FOTO
Şirvan şəhər sürücülük məktəbinin yataxanasında yaşayan Batişeva Təranə Kərim qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən narazılığını bildirir:
"Mən, Batişeva Təranə Kərim qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Artıq Sosial Müdafiə Fondunun əlindən təngə gəlmişəm. 5 aydır sosial yardım almıram, gedirəm, deyirlər ki, “bu gun, sabah yoxlama gələcək, qeydə alınacaqsınız”.Muxalifet2 - 1-11-2023
Keçmiş məhbus 1 kiloqram heroinlə yaxalandı - ABŞERON POLİSİNDƏN ƏMƏLİYYAT / VİDEO, FOTO
Abşeron Rayon Polis İdarəsi Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində 1970-ci il təvəllüdlü, əvvəllər də narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş Lənkəran şəhər sakini Məmmədov Tərlan Bahadır oğlu saxlanılıb.
DİN-dən Stopnarkotik.az-a verilən məlumata əsasən, onun üzərinə baxış keçirilən zaman 1 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Abşeron RPİ-də araşdırma aparılır.Muxalifet2 - 2-11-2023
Hakimləri süni intellektin-robotun əvəz etməsi təklifi... – MƏĞRUR BƏDƏLSOY YAZIR
Hər ikisinin vicdanı yoxdur, obyektivlikdə isə robotlar əvəzsizdir
Məhkəmə hüquq sistemindəki özbaşınalıqlar bitmir ki bitmir. Prezident ha sərəncam versə də, kağlz üzərində qalır, hakimlər, vəkillər, icra-ədliyyə məmurları qeyri-prosessual sövdələşmədən əl çəkmirlər. Özbaşınalıq elə həddədir, elə dözülməzdir, hətta Məhkəmə Hüquq Şurası qeyri-prosessual ilişginin subyekti rolunda çıxış edir. Belədə hansı obyektivlikdən, hüquqdan, ədalətdən, vicdandan danışmaq olar?Muxalifet2 - 2-11-2023
“Əmək pensiyaları haqqında” qanun qazi, şəhidlərə tətbiq olunmur
Dövlətin sosial müdafiə siyasəti korrupsiyanın caynağında
Muxalifet2 - 2-11-2023
Rusiya Ermənistanın 600 milyon dollarını aldı, silah verməkdən imtina etdi – İRƏVANDA NARAZILIQ ARTIR
Rusiya Ermənistanın Hindistandan aldığı silahları daşımaqdan imtina edib.
Bu barədə Ermənistan “Telegram” kanalları Respublika Partiyasının sədri Aram Sarkisyana istinadən yazır.
Onun sözlərinə görə, İran artıq Hindistan istehsalı olan silahların böyük hissəsini Ermənistana verib.
O da vurğulanır ki, 400-600 milyon dollarlıq müqavilə məbləğini ödəsə də, Rusiya hələ də Ermənistanı müvafiq silahlarla təmin etməyib və pulu qaytarmayıb.Muxalifet2 - 2-11-2023
“FRANSA VƏ QAZAXISTAN ETİBARLI DOSTLARDIR” - Makron qazax dilində status paylaşdı
Fransa prezidenti Emmanuel Makron Astana səfərindən sonra X sosial şəbəkəsində qazax dilində status paylaşaraq, müasir dünyada “etibarlı dostların vacibliyini” qeyd edib:
“Fövqəldövlətlərin yenidən dominantlığa can atdığı və bəzilərinin gözlənilməz şəkildə hərəkət etdiyi bir dünyada birlikdə yeni perspektivlər qura biləcək tərəfdaşlara və dostlara etibar etmək vacibdir. Onların arasında Qazaxıstan da var”, - Makron qeyd edib.
Muxalifet2 - 2-11-2023
“UKRAYNA QALİB GƏLMƏYƏCƏK…” - İlon Mask: “Təəssüf ki, bu təhlil dəqiqdir”
Məşhur milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask iş adamı Devid Saksın Ukraynanın Rusiya ilə münaqişədə qalib gələ bilməyəcəyi fikri ilə razılaşıb.
Belə ki, Mask Saksın tvitinə reaksiya verərək fikirlərini sosial şəbəkədə paylaşıb.Muxalifet2 - 2-11-2023
Muxtar respublikada dövlət orqanlarının vəzifələrini niyə özəl şirkət icra edir? – Naxçıvanın yeni “otkat”çıları
Naxçıvan Muxtar Respublikasında aparılan struktur və kadr islahatlarından sonra bölgədə indiyədək mövcud olmayan bir sıra özəl qurumlar yaradılıb.
TNS-in məlumatına görə, onlardan biri də “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətidir. MMC bu yaxınlarda ləğv edilən Naxçıvanşünaslıq Mərkəzinin binasında fəaliyyət göstərir.
Əvvəlcə onu qeyd edək ki, belə bir qurumun analoqu ölkədə yoxdur. Yəni dövlət orqanının işinə hansısa bir özəl qurumun nəzarət etməsi nə qədər məntiqlidir, onu oxucularımız qiymətləndirsin.
Muxalifet2 - 4-11-2023
CHP-yə yeni sədr seçildi - Kamal Kılıçdaroğlu 18 səslə məğlub oldu
Özgür Özel Türkiyənin ana müxalifəti sayılan Cumhuriyyət Xalq Partiyasının (CHP) yeni sədri seçilib.
O, partiyanın 38-ci qurultayının ikinci turunda 812 səs toplayaraq qalib gəlib.
Onun rəqibi, partiyanın hazırki sədri Kamal Kılıçdaroğlu isə 536 səs toplayıb.
Qeyd edək ki, birinci turda Özgür Özel 682, K. Kılıçdaroğlu isə Qurultay nümayəndələrimin 664 səsini toplaya biliblər.
Xatırladaq ki, Ö. Özel bundan əvvəl K. Kılıçdaroğlunun namizədliyinə etiraz olaraq CHP-nin Qrup Başqanı vəzifəsindən istefa verib.Muxalifet2 - 5-11-2023
Avtomobillə aeroporta daxil oldu, iki dəfə havaya atəş açdı, molotov kokteyli ataraq təyyarəni yandırdı…
Noyabrın 4-də axşam Hamburq aeroportuna avtomobillə silahlı şəxs daxil olub.
“Bild am Sonntag xəbər verir ki, hadisə yerli vaxtla saat 20.00-da baş verib.
Aeroporta daxil olan şəxs iki dəfə havaya atəş açıb. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlərlə əlaqədar aeroportda uçuşlar dayandırılıb. Federal Polisin mətbuat katibi Tomas Qerbert bildirib ki, bundan əvvəl kişinin həyat yoldaşı polisə müraciət edib, uşağının əri tərəfindən oğurlandığını bildirib.Muxalifet2 - 5-11-2023
Kamal Kılıçdaroğlu CHP-nin yeni lideri Özgür Özəli təbrik etdi
Kamal Kılıçdaroğlu CHP-nin 38-ci növbədənkənar qurultayında sədr seçilən Özgür Özəli təbrik edib.
Bununla bağlı K.Kılıçdaroğlu "X" sosial şəbəkə hesabında paylaşıb.
“Ulu Öndərimiz Atatürkün etibarını bu günə qədər şərəflə daşımışam. Bu gün qurultay nümayəndələrimizin verdiyi qərarla sədrlik postunu təhvil verirəm. Bu günə qədər mübarizəmizə dəstək olan hər kəsə təşəkkür edirəm. Yeni sədrimiz Özgür Özəl, sizi təbrik edir, uğurlar arzulayıram”, - paylaşımda deyilir.
Muxalifet2 - 5-11-2023
Pensiya orqanları dövlətin hüquqi, demokratik adını ləkələyirlər - MƏĞRUR BƏDƏLSOY YAZIR
Dövlətin adından çıxarılan məhkəmə qərarını borclu pensiya orqanı 6 ildən sonra ləğv edib (?)
Muxalifet2 - 4-11-2023
ADP-nin növbəti qurultayının tarixi bəlli oldu - BƏYANAT
Partiya dekabrın 3-də növbədənkənar qurultay keçirilməsi ilə bağlı qərar qəbul etdi
Bu gün ADP İdarə Heyətinin ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyətə dair növbəti toplantısı keçirilib.Muxalifet2 - 6-11-2023
Keçmiş hərbçi Mərifət Alxanov haqsız yerə işdən çıxarıldığını iddia edir / Fotolar
Kəlbəcər rayonu, Oruclu kənd sakini, hal-hazırda Yevlax şəhərində yaşayan Alxanov Mərifət Əyib oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Hərbçi olduğunu bildirən şikayətçi deyir ki, briqada komandiri onu haqsız yerə işdən çıxarıb.
Muxalifet2 - 6-11-2023
HAKAN FİDANIN BLİNKENLƏ GÖRÜŞÜ GÜNDƏM OLDU - VİDEO
Xəbər verildyi kimi, bu gün ABŞ dövlət katibi Entoni Blinken bu gün Türkiyəyə səfər edib.
Burada Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşən Blinken Qəzzada baş verən son hadisələri müzakirə ediblər. Görüşün ardından isə Blinkenlə Fidan arasında maraqlı anlar yaşanıb.
Muxalifet2 - 6-11-2023
“Şəhidin “köhnə”si, “təzə”si olmur” – ŞƏHİD XANIMI RƏSMİ QURUMLARDAN NARAZIDIR
Reyhan Məmmədova: “Şəhid ailəsi olaraq eşitmək istəmirəm ki, mənə desinlər, sənin şəhidin “köhnə”dir, “təzə”lərə ev verilir”
Gədəbəy rayon sakini Məmmədova Reyhan Namazalı qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi rəsmi qurumlar tərəfindən şəhidlərin “köhnə” və “təzə”yə ayrılmasından narazıdır:
Muxalifet2 - 6-11-2023
“BU DƏYİŞİKLİK KİÇİK SAHİBKARLARIN “BELİNİ QIRACAQ” - “Vergi yükü altında əziləcəklər...”
Mikrosahibkarların gəlir vergisinə tətbiq olunan 75%-lik güzəştin ləğv olunması ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunub. Bu təklif özündə nələri ehtiva edir?
İqtisadçı Rövşən Ağayev xatırladır ki, bir neçə il əvvəl Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə belə bri dəyişiklik edilmişdi: əgər sahibkar əhaliyə yox, hüquqi şəxslərə (yəni biznes subyektlərinə) ximət edirsə, bu halda hətta dövriyyəsi etibarı ilə (illik 200 min manatdan aşağı) mikrosahibkar olsa belə, sadələşdirlmiş vergi ödəyici ola bilməz.
Muxalifet2 - 6-11-2023
Arif Hacılının oğlu barəsində məhkəmə qərarından apellyasiya şikayəti verilib
Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı barəsində məhkəmə qərarından apellyasiya şikayəti verilib.
Şikayətə sabah, noyabrın 7-də Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, noyabrın 2-də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və yol-nəqliyyat hadisəsi yerindən qaçmada təqsirləndirilən Orxan Hacılı barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Muxalifet2 - 6-11-2023
Antalyada 35 min avro oğurlamaq istədilər, canlarından oldular – AZƏRBAYCANLILARI ÖLDÜRƏN UKRAYNA VƏTƏNDAŞI HƏBS EDİLDİ
Ötən gün Antalyanın Alanya rayonunda ukraynalı Dmitri C.-nin silah gücü ilə içərisində 35 min avro olan çantası oğurlanıb.
Türkiyə mətbuatı xəbər verir ki, Ukrayna vətəndaşı avtomobili ilə pulunu oğurlayan və motosikletlə qaçmağa çalışan Azərbaycan vətəndaşları Murat O. və Elnur B.-ni vuraraq öldürüb. Hadisədən sonra saxlanılan Ukrayna vətəndaşı bu gün məhkəməyə çıxarılıb və həbs edilib.
Ukrayna vətəndaşının elektron ticarətlə məşğul olduğu bildirilir.Muxalifet2 - 12-11-2023
BU GÜN AZƏRBAYCANDA KONSTİTUSİYA GÜNÜDÜR
12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.
Muxalifet.az xəbər verir ki, müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib.
Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib.
Muxalifet2 - 12-11-2023