Axtarış
The search found 105705 results in 0.052 seconds.
Search results
“Ruslar öz elərində olmadıqlarını unutmamalıdırlar” – ZURABİŞVİLİ XƏBƏRDARLIQ ETDİ
“Gürcüstan Moskvadan gələn hibrid müharibə təhlükəsindən qorxur, ona görə də hakimiyyət ölkədə yaşayan rusları yoxlamalıdır”.
Bunu ölkə prezidenti Salome Zurabişvili Fransanın RFI radiosuna müsahibəsində bildirib. O, rusiyalı mühacirlərin Gürcüstan iqtisadiyyatına töhfə verdiyini, lakin gürcü mədəniyyətinə inteqrasiyada maraqlı olmadıqlarını etiraf edib.
Muxalifet2 - 14-11-2023
Pilotsuz təyyarə Rusiyada kimya zavoduna zərbə endirdi – AÇIQLAMA
Noyabrın 14-nə keçən gecə pilotsuz təyyarə Rusiyanın strateji obyektinə - Bryansk vilayətindəki kimya zavoduna hücum edib. Bu barədə bu gün səhər Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, zərbə Seltso kəndi yaxınlığında yerləşən SSRİ-nin 50 illiyi adına Bryansk Kimya Zavoduna dəyib.
“Ərazidə içində partlayıcı maddələr olan partlamamış təyyarə tipli dron aşkar edilib. Zavodun dam örtüyü üç yerdən sınıb. Hadisə yerinə xüsusi xidmət orqanlarının əməkdaşları cəlb olunub”, – “Baza” Teleqram kanalı yazır.Muxalifet2 - 14-11-2023
GÜRCÜSTANDA SİYASİ QALMAQAL DƏRİNLƏŞİR - Hakim partiya Zurabişvilini bir daha prezident adlandırmayacaq
Gürcüstanda prezident Salome Zurabişvili ilə hakim “Gürcü arzusu” partiyası arasında münaqişə dərinləşir.
Bu barədə Gürcüstan mediası xəbər verir.
İddia olunur ki, hakim partiya bundan sonra Zurabişviliyə münasibətdə “prezident” sözünü işlətməyəcək və onun statusuna tamamilə məhəl qoymayacaq.
“O, xalqın seçdiyi deputatlardan, onu seçən çoxluqdan legitimlik əldə etməyib. Ona görə də biz onu prezident deyil, sadəcə olaraq Salome Zurabişvili... müxalifət siyasətçisi adlandıracağıq”, - partiyanın icraçı katibi Mamuka Mdinaradze bildirib.Muxalifet2 - 14-11-2023
Bakı İnzibati Məhkəməsi (də) ƏƏSMN-in, DSMF-in tabeliyindədir? – MƏĞRUR BƏDƏLSOY YAZIR
Hakim Günel Sevdimalıyeva borclunun məhkəmə qərarını icra etməməsinə qiymət vermir
Muxalifet2 - 14-11-2023
Putin seçki saxtakarlığını asanlaşdırdı –QANUNA DÜZƏLİŞ EDİLDİ
Rusiya prezidenti Vladimir Putin prezident seçkiləri haqqında qanuna saxtakarlıqların monitorinqini çətinləşdirən düzəlişləri təsdiqləyib.
Bu barədə Rusiyanın müxalif mediası yazır.
Dəyişikliklərə əsasən, yalnız qeydiyyatdan keçmiş kütləvi informasiya vasitələrinin redaksiyalarında rəsmi işləyən jurnalistlərin seçki komissiyalarının iclaslarında iştirakına icazə veriləcək.Muxalifet2 - 14-11-2023
Bakıda MTK-nın vəzifəli şəxsinə cinayət işi açıldı
Bakıda mənzil-tikinti kooperativlərindən birinin (MTK) vəzifəli şəxsinin təqsirləndirildiyi cinayət işi məhkəməyə göndərilib.
Nərimanov Rayon Prokurorluğundan verilən məlumata görə, “Məqam” MTK-nın vəzifəli şəxsi tərəfindən Nərimanov rayonu, Xətai prospekti, 41 ünvanında yerləşən və paylı mülkiyyətdə olan mənzilin qanunsuz sökülməsi barədə daxil olmuş müraciət üzrə prokurorluqda araşdırma aparılıb.
Muxalifet2 - 14-11-2023
Hökumət Ödəniş Portalının saytı və mobil tətbiqi fəaliyyətini dayandıracaq
Azərbaycandakı bankların, əksər bank olmayan ödəniş xidməti təchizatçılarının internet və mobil bankçılıq həllərinin Hökumət Ödəniş Portalına (HÖP) inteqrasiya edildiyi, bütün xidmət təşkilatları üzrə ödənişlərin bu platformalardan aparılması imkanı olduğu nəzərə alınaraq 10 yanvar 2024-cü ildən HÖP-ün internet səhifəsinin (https://gpp.az) və mobil tətbiqinin fəaliyyəti dayandırılacaq.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Muxalifet2 - 14-11-2023
Tiflis Ermənistana silah ötürməsinə “haqq qazandırır” - “HƏR BİR ÖLKƏNİN MÜDAFİƏ QÜVVƏLƏRİNƏ SAHİB OLMAQ HAQQI VAR”
Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ölkənin “Birinci Kanal”ının “Azad baxış” verilişində Fransanın Gürcüstan ərazisi vasitəsil Ermənistana silah tədarükünü şərh edib.
Bu barədə Gürcüstan KİV-ləri xəbər verir.
Aparıcının Fransadan Ermənistana zirehli texnikanın Gürcüstan vasitəsilə tədarükü Tiflisin Azərbaycan və Ermənistan arasında vasitəçi roluna mane olub-olmayacağı sualına Darçiaşvili cavab verib ki, “Gürcüstan hər iki ölkəyə tranzit funksiyasından bərabər şərtlərlə istifadə etmək imkanı verir”.Muxalifet2 - 15-11-2023
“Gürcüstanın hərbi yolla ələ keçirilmək təhlükəsi var” – SAAKAŞVİLİDƏN SENSASİON AÇIQLAMA
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Rusiyanın Cənubi Qafqaz və Mərkəzi Asiyanı tərk etməyəcəyi ilə bağlı fikirlərinə münasibət bildirib.
“Exo Kavkaza” xəbər verir ki, Saakaşvili bu bəyanatı Gürcüstanın hərbi yolla ələ keçirilməsi üçün birbaşa təhlükə olduğunu hesa edir.Muxalifet2 - 15-11-2023
ÇİNİN ABŞ ÜZƏRİNDƏ STRATEJİ QƏLƏBƏSİ - Vaşinqton Pekinə uduzur
ABŞ-Çin qarşıdurması bir sıra müstəvilərdə kəskinləşməkdə davam edir. Bu yaxınlarda Bayden və Sinin ABŞ-ın Kaliforniya ştatında planlaşdırılan görüşdə münasibətləri sabitləşdirməyə çalışacaqları xəbəri verildi. Belə ki, Vaşinqton admisnitrasiyasının dediyinə görə, ABŞ Prezidenti Bayden və Çin Prezidenti Si Tsinpin görüşdə iki kəskin rəqib ölkənin arasında bir çox ziddiyyətli mövzuya toxunsa da, münasibətləri sabitləşdirməyə yönəlmiş müzakirələr üçün çərşənbə günü Kaliforniyada görüşəcəklər.
Muxalifet2 - 15-11-2023
Ziyalı sözü haqqında düşüncələr – ELDƏNİZ QULİYEV YAZIR
Bu gün dürüst, ədalətli və haqlı söz deməyin özü təhlükəli bir “işə” çevrilib…
Muxalifet2 - 15-11-2023
Əməkdar artist gəncləri “şeytanın yolu” ilə getməməyə çağırdı – FƏRQANƏ QASIMOVA NARKOMANİYANIN YAYILMASI HAQDA DANIŞDI
Prezident mükafatçısı, Respublikanın Əməkdar artisti Fərqanə Qasımova ölkədə narkomaniyanın geniş yayılması ilə bağlı Stopnarkotik.az-ın suallarını cavablandırıb.
Muxalifet2 - 15-11-2023
“Sizinlə bir vətənin övladı olduğum üçün qürur duyuram” – Zülfiyyə Xanbabayeva şəhid analarına səsləndi – VİDEO/FOTO
Xalq artisti Zülfiyyə Xanbabayeva Zəfər bayramına həsr olunmuş “Mənim oğlum qəhrəmandır” adlı layihə çərçivəsində çıxış edib.
Muxalifet.az xəbər verir ki, bu barədə o, öz İnstaqram səhifəsində paylaşım edib. İfaçı fikirlərini bu cür ifadə edib:
Muxalifet2 - 15-11-2023
HƏMAS lideri İsraillə danışıqlardan imtina edib - İSRAİL MEDİASI
HƏMAS hərəkatının lideri Yəhya Sinvar İsrail hərbçilərinin Əl-Şifa xəstəxanasındakı hərəkətlərinə görə İsraillə danışıqlardan imtina edib. Hurriyyet.az xəbər verir ki, bBu barədə İsrailin “Yediot Ahronot” qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, çərşənbə günü Sinvar qəflətən Qətər vasitəçiləri ilə danışıqları dayandıraraq, İsrail hərbçiləri Əl-Şifa xəstəxanasında qaldığı müddətcə danışıqları davam etdirməyəcəyini bildirib. HƏMAS-ın bu məsələ ilə bağlı mövqeyi şərhsiz olaraq qalır.Muxalifet2 - 16-11-2023
Ramiz Mehdiyev torpaqlarını və əmlaklarını satır – FOTOFAKT
Prezident Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev özünün adında olan əmlaklarını, iri torpaq sahələrini satmağa başlayıb.
Muxalifet2 - 16-11-2023
Avropaya keçmək üçün Azərbaycana gəldilər, amma... - ASİYA ÖLKƏLƏRİNDƏN OLAN 12 ƏCNƏBİ SAXLANILDI
Bakı şəhərində müxtəlif ünvanlarda Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədləri olmayan əncəbilərə qarşı Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti əməkdaşları tərəfindən birgə tədbirlər keçirilib.
Muxalifet2 - 16-11-2023
Bakıda “yaşıl soyqırım” – “İnvest.M Construction”la bağlı faktlar prokurorluğa göndərildi / FOTOLAR
Nəsimi rayonunda "yaşıl soyqırım”la gündəmə gələn "İnvest.M Construction” MMC yenə də bu fəaliyyətini davam etdirir.
Muxalifet.az xəbər verir ki, şirkət bu dəfə də Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə ağacları qanunsuz kəsib.
Muxalifet2 - 16-11-2023
Akif Çovdarova yaxın olan sahibkarın mülklərinə həbs qoyuldu - FOTO
"Evrostroy-S.S” MMC-yə məxsus yaşayış kompleksinin sahibi Taleh Abbasovun əksər mülklərinə həbs qoyulub.
Qaynarinfo-nun məlumatına görə, şirkətə məxsus yaşayış binalarında tikinti-söküntü və yenidən təmir işlərinin aparılması üçüncü şəxslərə və MMC-yə qadağan edilib.
"Evrostroy-S.S” MMC-yə məxsus yaşayış komplekslərində tikinti-quruculuq işlərinin qadağan olunmasına səbəb şirkətin 8 milyon 969 min 636 manat 07 qəpik vergi borcunun olmasıdır.
Muxalifet2 - 16-11-2023
AXTARIŞDA OLAN ŞƏXS QANUNSUZ YOLLARLA İRANA KEÇMƏK İSTƏDİ... - DSX-dan açıqlama
Noyabr ayının 14-də saat 10:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 1995-ci il təvəllüdlü Goranboy rayon sakini İsgəndərov Telman Tərlan oğlu Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
Muxalifet2 - 16-11-2023
Qubad İbadoğlunun həbs müddəti uzadıldı
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.
Bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat verib. Vəkil deyib ki, Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda təqdimata etiraz edib. Prokuror və müstəntiq isə həbs qətimkan tədbirinin davamının zəruri olduğunu bildiriblər.
Muxalifet2 - 16-11-2023