​“FRANSA VƏ QAZAXISTAN ETİBARLI DOSTLARDIR” - Makron qazax dilində status paylaşdı

Baxış sayı:
3240

Fransa prezidenti Emmanuel Makron Astana səfərindən sonra X sosial şəbəkəsində qazax dilində status paylaşaraq, müasir dünyada “etibarlı dostların vacibliyini” qeyd edib:
“Fövqəldövlətlərin yenidən dominantlığa can atdığı və bəzilərinin gözlənilməz şəkildə hərəkət etdiyi bir dünyada birlikdə yeni perspektivlər qura biləcək tərəfdaşlara və dostlara etibar etmək vacibdir. Onların arasında Qazaxıstan da var”, - Makron qeyd edib.