Axtarış
The search found 105705 results in 0.032 seconds.
Search results
“3 DƏFƏ XƏBƏRDARLIQ ATƏŞİ AÇIN, DÖRDÜNCÜNÜ ALNINDAN VURUN” - Kadırov etirazçılarla bağlı polisə göstəriş verdi
Çeçenistan rəhbəri Ramzan Kadırov təhlükəsizlik qüvvələrinə müraciət edərək icazəsiz iğtişaşların təşkilatçılarını dərhal həbs etməyi tələb edib. O, vurğulayıb ki, bir şəxs havaya üç dəfə atılan xəbərdarlıq atəşinə cavab verməzsə, o, alnından güllələnməlidir".
Bu barədə Rusiya KİV-ləri Çeçenistan rəhbərindən sitat gətirir.Muxalifet2 - 31-10-2023
Polis Sankt-Peterburqda azərbaycanlıların toy məclisinə basqın etdi – 5 NƏFƏR SAXLANILDI / VİDEO
Sankt-Peterburqda “Kurakina dacha” restoranında baş tutan azərbaycanlıların toy məclisi polisin keçirdiyi əməliyyat nəticəsində qəfil dayandırılıb.
Bu barədə Rusiyanın “Telegram” kanalları məlumat yayıb.
Tədbir zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edən bütün vətəndaşların sənədlərini yoxlayıblar.
Nəticədə 5 nəfər saxlanılıb. İlkin məlumata görə, saxlanılan şəxslərin deportasiya olunacağı gözləyir.
Muxalifet2 - 31-10-2023
“SAAKAŞVİLİNİN RUS DİVERSİYA QRUPU HAQDA MƏLUMATI VARSA…” - Kobaxidze eks-prezidentin açıqlamasına reaksiya verdi
“Gürcü Arzusu”nun lideri İrakli Kobaxidze Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin silahlı rus diversiya qrupunun Gürcüstan ərazisinə soxulması ilə bağlı bəyanatını şərh edib.
Hakim partiyanın lideri bildirib ki, əgər Saakaşvilinin cinayətlə bağlı hər hansı məlumatı varsa, o, istintaq orqanları ilə əməkdaşlıq etməlidir.
Muxalifet2 - 31-10-2023
Fransada məşhur rus oliqarxa qarşı sensasiyalı əməliyyat – 60-dan artıq polis villaları axtardı, topa-topa pullar çıxdı
Rusiyalı iş adamı, “Alfa Group”un həmsahibi Aleksey Kuzmiçev Fransada saxlanılıb.
Bu barədə “Le Monde” qəzeti yazır.
Qeyd olunur ki, Fransa prokurorları çirkli pulların yuyulması ilə bağlı işi araşdırır və oliqarx buna görə saxlanılıb.
Muxalifet2 - 31-10-2023
На азербайджанскую свадьбу в Питере наведались силовики - ВИДЕО
В Петербурге азербайджанская свадьба, проходившая в ресторане «Куракина дача», была внезапно прервана в результате полицейской операции, информируют российские Telegram-каналы.
В ходе мероприятия сотрудники правоохранительных органов провели проверку документов всех присутствующих граждан.
В результате пятеро человек были задержаны. По предварительной информации, задержанных ждет депортация.
Muxalifet2 - 31-10-2023
Кадыров предложил лечить тягу к митингам «пулей в лоб»
Глава Чечни Рамзан Кадыров обратился к силовикам с требованием немедленно задерживать организаторов несанкционированных митингов. Он подчеркнул, что если человек не отреагирует на три предупредительных выстрела в воздух, ему следует «пустить пулю в лоб», цитируют главу Чечни российские СМИ.
Muxalifet2 - 31-10-2023
XAÇATRYANIN MƏHKƏMƏSİ: "Vaqifin dəstəsi gecə hamımızı gülləbaran etdi" - YENİLƏNİB-2
"Armais, Bedo, Ermes və Xaçatryanın dəstəsi bizə zülm etdilər".
Bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın noyabrın 1-də keçirilən məhkəmə prosesində zərərçəkmiş Əli Behbudov deyib.
Muxalifet2 - 1-11-2023
"Pakistan Ermənistanı ölkə kimi tanımır" - GENERAL ASİM MUNİRİ
Pakistan Azərbaycan xalqı ilə qardaşlıq əlaqələri nümayiş etdirərək, Ermənistanı bu günə qədər ölkə kimi tanımır.
Muxalifet.az xəbər verir ki, bunu Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri noyabrın 1-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olan zaman deyib.
Muxalifet2 - 1-11-2023
Portuqaliyada azərbaycanlının başına iş gəldi: "Qumbara" sifariş etdi, polislər yaxaladı - VİDEO
Portuqaliyanın paytaxtı Lissabonda bir azərbaycanlının nar şirəsi sifariş etməsi onun polis tərəfindən saxlanılmasına səbəb olub.
Portuqaliyanın "Correio da Manha” qəzeti xəbər verir ki, 36 yaşlı rusdilli azərbaycanlı Lissabonda restoranlardan birində nar şirəsi sifariş etmək istəyib.
Muxalifet2 - 1-11-2023
Arif Hacılının oğlu həbs edildi - VİDEO
Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılı həbs edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Arif Hacılı feysbuk hesabında yazıb.
O, oğlunun bir neçə gün öncə baş verən qəza ilə bağlı saxlanıldığını bildirib.
Orxan Hacılı barəsində 48 saat müddətində şübhəli şəxs qismində saxlanılma tədbiri seçilib.
Xatırladaq ki, Orxan Hacılı Yasamal rayonu ərazisində, Hüseyn Cavid prospektində qəza törədib. Onun qəzanı sərxoş halda törətdiyi, qəza nəticəsində xəsarət alanların olduğu, avtomobillərə ziyan dəydiyi bildirilir.
Muxalifet2 - 31-10-2023
"Starlink" Gürcüstan vətəndaşları üçün əlçatan oldu - İLON MASK AÇIQLADI
"SpaceX"-in "Starlink" peyk interneti Gürcüstanda işə salınıb. Bu barədə şirkətin qurucusu İlon Mask bildirib.
"Starlink artıq Gürcüstanda mövcuddur", - deyə Mask sosial mediadakı səhifəsində yazıb.
"Starlink Georgia" 2022-ci il iyunun sonunda qeydiyyata alınıb. İyulun ortalarında Gürcüstan Rabitə Komissiyası şirkətə respublikada fəaliyyətə başlamaq üçün icazə verib.
Muxalifet2 - 1-11-2023
ABŞ-ın bombardmançı təyyarələri Türkiyəyə endi - FOTO
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 2 bombardmançı B-1B qırıcısı Türkiyənin Adanada yerləşən “İncirlik” bazasına eniş edib.
Bu barədə Türkiyə mətbuatı xəbər verir.
Hazırda qırıcıların gəlişi ilə bağlı ABŞ tərəfindən hər hansı rəsmi açıqlama verilmir.Muxalifet2 - 1-11-2023
AZƏRBAYCANDA İDEOLOJİ BOŞLUQ - YAP-la ölkənin ideoloji təhlükəsizliyi heç vaxt təmin olunmayacaq
II YAZI
Muxalifet2 - 1-11-2023
Qəbələ sakinlərindən ölkə rəhbərliyinə şok müraciət / FOTOLAR
Qəbələ rayonu, Kürd kənd sakini Alıyarov Təbriz baxış oğlu tərərfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə müraciət edib. Həmin məktubu olduğu kimi dərc edirik:
“Cənab Prezident!Muxalifet2 - 1-11-2023
Qarabağ və Fələstin: oxşar və fərqli cəhətləri - TƏHLİL
2020-ci ilin sonlarında Azərbaycan 30 ildir işğal altında olan torpaqlarını azad etməyə çox yaxın olduğu bir vaxtda Rusiya “sülhməramlı” adı ilə Qarabağa qoşun yeridib, məsələnin həllinin hərbi fazasını daha üç il uzatdı. Otuz il işğal dövründə türk düşmənləri, xüsusilə, Fransa və Tehranın şovinist fars molla faşizmi erməniləri təkcə silahla təmin etməklə, müxtəlif çaplı terrorçuları işğal altında olan əraziyə daşımaqla kifayətlənməyib.
Muxalifet2 - 1-11-2023
35 nəfər saxlanıldı, 149 kilo narkotik vasitə, 13 145 ədəd həb ələ keçirildi - DSX AÇIQLAMA YAYDI / FOTOLAR
Dövlət Sərhəd Xidməti tərəfindən 2023-cü ilin oktyabr ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib.
Muxalifet2 - 1-11-2023
“PUTİN TƏCAVÜZKARI QURBAN KİMİ GÖSTƏRİR” - İsrail mediası Rusiya prezidentinin "radikallaşan" bəyanatlarından narahatdır
“Rusiya prezidenti Vladimir Putinin İsraillə bağlı bəyanatları getdikcə daha radikallaşır və artıq antisemitizmə yaxındır”. Bunu İsrailin “Haaretz” qəzeti yazır.
Nəş əlavə edir ki, Putin də ölkənin Qərbdəki rəqibləri kimi, Yaxın Şərqdəki müharibəni “xeyirlə şər arasında qlobal mübarizənin bir hissəsi” kimi qələmə verir: “Onun üçün Rusiya və fələstinlilər eyni tərəfdədirlər, İsrail isə ABŞ və Ukrayna ilə “şər ittifaqının” bir hissəsidir və ləyaqətli insanlar buna qarşı mübarizə aparmalıdırlar”.Muxalifet2 - 1-11-2023
“Məhkəmələr narkotik alverçisini azadlığa buraxmamalıdır" - Şəmsəddin Əliyev
“Polis əməliyyat planının məxfiliyini açıqlamadığı üçün hakimlər narkotik alverçilərinə bəraət verir”
“Azərbaycanda narkoloq məzunlarımız demək olar ki, yox dərəcəsindədir...”
Muxalifet2 - 1-11-2023
BÖYÜK SAVAŞIN DAHA BÖYÜK HƏDƏFLƏRİ… - Yaxın Şərq müharibəsi regionu “qan gölü”nə döndərə bilər
Avropa Rusiya-Ukrayna müharibəsi ilə Kremlin açdığı qaz müharibəsi fonunda artıq üçüncü “soyuqdan qızınma” mövsümünə qədəm qoyur. Bu dəfə Avropa Birliyi qışa bacardığı qədər hazırlaşıb və bir ay əvvəl avropalılar yaza qədər soyuqdan donmayacaqlarına əmin idilər. Lakin bu ay Avropanı yenidən enerji böhranı astanasına gətirən iki hadisə baş verdi.
Muxalifet2 - 1-11-2023
Daha iki ölkə İsraillə diplomatik əlaqələrini dayandırdı – SƏFİRLƏR GERİ ÇAĞIRILDI
Çili və Kolumbiya İsraildəki səfirlərini geri çağırıb.
“Reuters” xəbər verir ki, iki ölkə Təl-Əvivi Qəzza zolağına endirilən zərbələrə görə “humanitar qanunu pozmaqda” ittiham edib.
Çili prezidenti Qabriel Boric ölkənin İsraildəki səfirinin "Qəzza zolağında beynəlxalq humanitar hüququn pozulması" səbəbi ilə məsləhətləşmələr üçün geri çağırılmasını əmr etdiyini açıqlayıb.
Prezident X sosial media hesabında yazıb ki, Çili İsrailin hərbi əməliyyatlarını “qətiyyətlə pisləyir” və onları böyük narahatlıqla izləyir.Muxalifet2 - 1-11-2023