Axtarış

The search found 105705 results in 0.056 seconds.

Search results

  1. Meşə təsərrüfatında milyonlarla yeyinti faktı - ŞOK DETALLAR

    Hər il odun satışından əldə olunan 156 milyon manat kimlərin cibinə gedir?

    Muxalifet2 - 20-11-2023

  2. AZƏRBAYCANA QARŞI BÖYÜK PLAN - Ermənistanın müəllifi olduğu “dünyanın kəsişməsi” layihəsinin arxasında hansı güclər dayanır?

    Dünya ölkələri tranzit marşrutları uğrunda rəqabətə girişiblər. Çünki gələcəyin dünyası ticarət yollarının şah damarlarını təşkil edən tranzit marşrutları üzərindən şəkillənəcək. Tranzit ölkəsi kimi Ermənistan da iddialarını bəyan edib. Eləcə də rəsmi İrəvan bölgəni alovlandıran “barıt çəlləyi” rolunu oynamaq həvəsindən vaz keçməyib. Əlbəttə ki, arxa planda duran himayəçiləri ilə birgə.

    Muxalifet2 - 20-11-2023

  3. ​Həkim nəzarətsizliyi daha bir xəstənin həyatına son qoydu - Ağciyər Xəstəlikləri İnstitutunda ÖLÜM FAKTI

    Bir neçə gün əvvəl Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu PHŞ-in reanimasiya şöbəsində növbəti xəstə ölümü gerçəkləşib.
    Muxalifet.az
    xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Samir Zeynalov məlumat verib.
    Onun sözlərinə görə, həmin vaxt növbədə baş həkim Gülzar Əliyevanın təşəbbüsü ilə ixtisaslı həkim yox, "rezident" olub. Ölən xəstənin yaxın qohumları instituta gələrək mövcud vəziyyəti etirazla qarşılayıblar.
    Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma gedir.

    Muxalifet2 - 21-11-2023

  4. Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirildi: SAXLANILANLAR VAR

    Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Qeyd olunub ki, korrupsiya ilə əlaqəli qanun pozuntuları səbəbindən keçirilən əməliyyat zamanı saxlanılanlar olub.

    İctimaiyyətə əlavə məlumat veriləcək.

    Muxalifet2 - 21-11-2023

  5. Azərbaycanda xanım baş redaktor saxlanıldı

    Noyabrın 21-nə keçən gecə “Abzas Media” internet nəşrinin baş redaktoru Sevinc Vaqifqızı Azərbaycana qayıdarkən Bakı hava limanında saxlanılıb.

    Turan-ın müxbirinin verdiyi məlumata görə, Vaqifqızı birbaşa təyyarədən düşərkən saxlanılaraq Bakı şəhər Baş Polis İdarəsinə aparılıb.

    Bir gün əvvəl “Abzas Media”nın direktoru Ülvi Həsənli qaçaqmalçılıqda şübhəli bilinərək saxlanılıb.

    Muxalifet2 - 21-11-2023

  6. ​Rus diplomatların Aİ daxilində hərəkəti məhdudlaşdırıla bilər – ÇEXİYANIN TƏKLİFİ MÜZAKİRƏ EDİLİR

    Avropa İttifaqı ölkələri Çexiyanın Rusiya diplomatlarının qurum daxilində hərəkətinə məhdudiyyətlər tətbiq etmək təklifini müzakirə edir.
    “Financial Times yazır ki, Praqa bu təklifi Rusiya kəşfiyyatının iddia edilən agentlərinə qarşı mübarizə ilə izah edir.
    FT-nin məlumatına görə, ötən həftə Çexiya Aİ ölkələri arasında Rusiyaya qarşı 12-ci sanksiyalar paketinin bir hissəsi kimi bu məhdudiyyətləri müzakirə etməyi təklif etdiyi haqda sənəd yayıb.

    Muxalifet2 - 21-11-2023

  7. Zelenski “Putinin öldürülməsinə” icazə verdi – AÇIQLAMA

    Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya onu 2023-cü ilin sonuna qədər prezidentlikdən uzaqlaşdırmağa sadiqdir.
    O, bu barədə “The Sun” nəşrinə müsahibəsində danışıb.
    Ukrayna prezidenti onu da bildirib ki, o, neçə sui-qəsd cəhdindən sağ çıxa bildiyini dəqiq bilmir.
    Zelenski iddia edir ki, Rusiya onu hakimiyyətdən uzaqlaşdırmaq üçün Ukraynada sabitliyi pozmağa yönəlmiş “Maydan-3” kod adlı plan hazırlayıb.

    Muxalifet2 - 21-11-2023

  8. "FƏLƏSTİNLİLƏRİ ÖLDÜRMƏYİ DAYANDIRIN, ƏKS HALDA..." - Husilər İsrail və ABŞ qarşısında şərt qoydular

    “Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) İsrail və ABŞ Qəzza zolağında “fələstinliləri öldürməyi” dayandırana qədər ələ keçirdiyi “Qalaktika Lideri” (“Galaxy Leader” – red.) gəmisinin taleyini müzakirə etməyəcək”.
    Bunu çərşənbə axşamı gecə üsyançıların yaratdığı Respublika Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husi deyib.
    “Əgər Amerika və İsrail Qəzzada fələstinliləri öldürməyi dayandırsalar, su, dərman və ərzaq çatdırsalar, o zaman İsrail gəmisi haqqında danışa bilərlər”, - o, X sosial şəbəkəsində yazıb.

    Muxalifet2 - 21-11-2023

  9. Qarışqanın filə ərə getməsi… - ELDƏNİZ QULİYEV YAZIR

    Biri var idi, biri yox idi...
    Çox-çox bundan əqdəm balaca-balaca məmləkətlər "ağrımayan başıma niyə yaylıq bağlayım" deyibən, özlərinə yepyekə bir "böyük qardaş" axtarırdılar... Ki, başlarını və bədənlərini həmin o böyük qardaşın qoltuğuna-filanına soxub xımır-xımır yaşasınlar...

    Muxalifet2 - 21-11-2023

  10. POLŞA SƏFİRLİYİ AZƏRBAYCANLI TƏLƏBƏLƏRƏ QƏNİM KƏSİLİB – Polşa diplomatiyası və təhsili üçün biabırçılıq...

    Tələbələrə absurd bəhanələrlə viza verməyən səfirlik hansı məqsədləri güdür?

    Bu, Polşadakı universitetlərlə Polşanın Azərbaycandakı səfirliyinin birgə “oyunu”, yeni dələduzluq sxemi ola bilərmi?

    Muxalifet2 - 21-11-2023

  11. “Şəhid anaları bu Vətənin xeyir-duasıdır” - CƏLAL QURBANOV

    “Onların varlığı bu Vətənin xeyir-duasıdır! Qəhrəmanlar geni bu anaların damarlarından axan qanla qidalanıb. Şəhid anaları bizim tariximizin baxışları ilə danışan səhifəsidir. Vətən tarixi onların taleyi ilə yazılıb”.

    Muxalifet.az xəbər verir ki, bu sözləri “Fire Land Group”un rəhbəri Cəlal Qurbanov instaqram hesabında yazıb. 

    Muxalifet2 - 21-11-2023

  12. İsrail HƏMAS-la atəşkəs elan etdi - GİROVLAR AZAD EDİLİR

    İsrail ordusu ilə HƏMAS arasında müvəqqəti atəşkəs elan edilib.

    Bu barədə “Al Shark” qəzeti məlumat yayıb.

    Bildirilir ki, atəşkəs beş gün davam edəcək. Həmçinin, oktyabrın 7-dən bəri HƏMAS tərəfindən əsir saxlanılan 10 girov 30 fələstinli məhbusun əvəzində hər gün azad ediləcək.

    İsrail öz növbəsində Qəzza zolağında blokadada olan əhali üçün humanitar yardımla gündə 100-dən 300-ə qədər yük maşını keçirməyə razılaşıb.

    Muxalifet2 - 21-11-2023

  13. İran-Azərbaycan sərhədində silahlı insident: KÜLLİ MİQDARDA NARKOTİK ƏLƏ KEÇİRİLDİ - FOTOLAR

    Muxalifet2 - 22-11-2023

  14. ​Rusiya Avdiyivka yaxınlığındakı Ukrayna istehkamlarını yarıb - ALMAN MEDİASI

    “Bild”-in hərbi analitiki Julian Röpke Ukraynanın şərqindəki Avdiyivka şəhəri ətrafında yeni bir hadisə baş verdiyini yazır.
    Alman ekspertin sözlərinə görə, iki aydır Donetsk yaxınlığında yerləşən Avdiyikanı ələ keçirməyə cəhd edən rus qoşunları üçüncü hücum cəbhəsini yarıblar.
    Röpke iddia edir ki, rus qoşunları Avdiyivkaya birbaşa cənub-şərqdən, Donetskdən hücuma başlayıblar. Bu yeni manevr nəticəsində 2014-cü ildən bəri keçilməz olan Ukrayna müdafiəsini yarıb keçə biliblər.

    Muxalifet2 - 22-11-2023

  15. Haqsız reklam yolu ilə haqsız rəqəbət - AYSU NƏBİZADƏ YAZIR

    Məlumdur ki, reklam məhsul və xidmətlərin istehlakçılara çatdırılması üçün bir vasitə olub, onun müəyyən tələblərə riayət etməsi zəruridir. Təsiri baxımından isə həm istehlakçılara, həm də bazarda iştirak edən digər rəqiblərə təsir göstərir. Bir məhsulun və ya xidmətin reklamını edən şəxslər başqa şəxslərin diqqətini çəkmək üçün yalan və yanlış ifadələr istifadə edə bilərlər. Çünki bütün həqiqətlərə uyğun olan bir reklam da məhsula gözlənilən tələbi yaratmaya bilər.

    Muxalifet2 - 22-11-2023

  16. “Netanyahu tezliklə hakimiyyətdən gedəcək” - ƏRDOĞAN

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairdən qayıtdıqdan sonra Qəzzədəki vəziyyətlə bağlı jurnalistlərin suallarını cavablandırıb. O, Fələstin münaqişəsinin həllində Qərb ölkələrinin fəal rolunun olmamasından məyus olduğunu ifadə edib.
    Prezident qeyd edib ki, əksər Avropa ölkələri susur və zorakılığın dayandırılması üçün addımlar atmır. Onun sözlərinə görə, bu məsələdə yalnız İspaniya müsbət dinamika nümayiş etdirir və o, qarşıdakı görüşdə İspaniyanın baş naziri Pedro Sançeslə Qəzzadakı müharibəni müzakirə etməyi planlaşdırır.

    Muxalifet2 - 22-11-2023

  17. Məhkəmə Arif Hacılının oğlu ilə bağlı QƏRAR VERDİ

    Bakı şəhəri Yasamal rayon məhkəməsində Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə Orxan Hacılının vəkili Nemət Kərimli bildirib.

    Onun sözlərinə görə, məhkəmə vəsatəti təmin etməyərək, Orxan Hacılı ev dustaqlığına buraxılmayıb.

    Muxalifet2 - 22-11-2023

  18. Lənkəranın sabiq baş memarına AĞIR CƏZA

    Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin sabiq müdiri – baş memar Elgün Abdullayevin cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.

    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə ona 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

    Muxalifet2 - 22-11-2023

  19. Akif Çovdarov yenidən Ali Məhkəməyə müraciət etdi

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarov Bakı Apellyasiya Məhkəməsinin sonuncu qərarından kassasiya şikayəti verib.

    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, kassasiya şikayəti Ali Məhkəmədə hakim Tahir Kazımovun icraatına verilib.

    Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin sonuncu qərarına əsasən, Akif Çovdarovun şikayəti rədd edilib və onun müsadirədən azad olunmuş əmlakları yenidən dövlət hesabına alınıb.

    Muxalifet2 - 22-11-2023

  20. ​Minskdə KTMT sammiti başlayır... – BU DƏFƏ ERMƏNİSTANSIZ

    Bu gün, noyabrın 23-də Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sessiyası keçiriləcək.
    BELTA xəbər verir ki, təşkilat üzvləri beynəlxalq və regional təhlükəsizliyin aktual problemlərini müzakirə edəcək, qarşıda duran vəzifələri müəyyənləşdirəcək, kollektiv təhlükəsizliyin maraqlarının təmin edilməsinə yönəlmiş bir sıra sənədlər qəbul edəcəklər.

    Muxalifet2 - 23-11-2023

Pages