Axtarış

The search found 105705 results in 0.046 seconds.

Search results

  1. ​Ərəblər İsraillə sülh müqaviləsinin şərtlərini açıqladı

    Ərəb ölkələri İsraillə dinc münasibətlərin qurulması üçün əsas şərt - Fələstindəki 1967-ci ildə təsbit edilmiş bütün ərəb ərazilərinin işğalından əl çəkməyi irəli sürüblər.
    Bu barədə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ərəb-islam sammitinin qərarında deyilir.
    “İsraillə sülhün və onunla normal münasibətlərin qurulmasının ilkin şərti onun bütün Fələstin və ərəb torpaqlarını işğalına son qoyması, həmçinin Fələstin Dövlətinin 4 iyun sərhədləri daxilində tam suverenliklə müstəqilliyini həyata keçirməsidir”, - sammitin qərarında deyilir.

    Muxalifet2 - 12-11-2023

  2. ​Xətaidə dava zamanı qan töküldü – POLİS ARAŞDIRMA APARIR

    Bakının Xətai rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
    Muxalifet.az xəbər verir ki, hadisə “Babək Plaza”nın yaxınlığında qeydə alınıb.
    Belə ki, 1975-ci il təvəllüdlü İsayev Tofiq Zabit oğlu dava zamanı bıçaqlanıb.
    Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
    Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

    Muxalifet2 - 12-11-2023

  3. ​HƏMAS-ın 20 nəfər yüksək vəzifəli əməkdaşı məhv edildi

    İsrail kəşfiyyat xidməti mühüm vəzifə tutan 20 yüksək vəzifəli HƏMAS üzvünün məhv edildiyini bildirib.
    Muxalifet.az
    xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” portalı məlumat yayıb.
    Təşkilat üzvlərinin məhv edilməsini İsrail hərbi hava qüvvələri həyata keçirib.
    Əməliyyatda İsrail Müdafiə Qüvvələri və İsrail Baş Təhlükəsizlik Xidməti (Şin Bet) də iştirak edib.

    Muxalifet2 - 12-11-2023

  4. ​Livanda evlənən gənclər Azərbaycan şəhidləri abidəsini ziyarət edirlər - FOTO

    Livanda Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılmış abidə artıq yerli gənclərin ziyarətgahına çevrilir.

    Muxalifet2 - 12-11-2023

  5. ​Həyatına son qoymaq üçün özünü çardaqdan asdı – 43 YAŞLI KİŞİNİN FACİƏVİ SONU

    Sumqayıtda kişi yaşadığı ünvanda özünü asaraq intihar edib.
    Muxalifet.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin adına qəsəbədə baş verib.
    1980-ci il təvəllüdlü Samir Nemət oğlu Mədətov yaşadığı fərdi evin həyətində çardaqdan özünü asaraq intihar edib.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 12-11-2023

  6. Azərbaycanda keçmiş icra başçısı vəfat etdi - FOTO

    Qubadlı rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Azərbaycan Tibb Universitetinin (ATU) Üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, məşhur cərrah Baxış Hüseynov vəfat edib.

    Muxalifet.az xəbər verir ki, o bu gün dünyasını dəyişib.

    Muxalifet2 - 12-11-2023

  7. İsrail ordusu HƏMAS-ın 150-dən çox tunelini məhv etdi - FOTO

    İsrail ordusunun təmsilçisi, polkovnik-leytenant Conatan Konrikus bildirib ki, ölkənin müdafiə qüvvələri Fələstinin HƏMAS hərəkatının hərbi qanadının istifadə etdiyi 150-dən çox tuneli partladıb.
    Muxalifet.az
    bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
    O qeyd edib ki, HƏMAS silahlıları hücumlardan gizlənmək üçün tunellərdən istifadə edirlər. Konrikusun sözlərinə görə, ordu HƏMAS-ın tunelləri və yeraltı infrastrukturunun yerləşdirilməsi üçün işləri davam etdirir.

    Muxalifet2 - 12-11-2023

  8. Gürcüstan üzərindən Ermənistana yüzlərlə hərbi texnika daşınır - VİDEO, FOTOLAR

    Bu dəqiqələrdə Fransanın hərbi texnikası Gürcüstandan keçərək Ermənistana aparılır.

    Muxalifet.az xəbər verir ki, bununla bağlı fotoları “Caliber” yayıb.

    Məlumata görə, bu saatlarda Fransanın Ermənistana göndərdiyi hərbi texnika Gürcüstan ərazisindən Ermənistanla sərhədə doğru hərəkət edir.

    Muxalifet2 - 12-11-2023

  9. Azərbaycanın keçmiş Baş naziri vəfat etdi - FOTO

    Azərbaycanın keçmiş Baş naziri Rəhim Hüseynov 87 yaşında vəfat edib.

    Muxalifet.az xəbər verir ki, onun cənazəsi "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.

    R. Hüseynov 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi Azərbaycanın Baş naziri vəzifəsində çalışıb.

    Muxalifet2 - 13-11-2023

  10. ​ABŞ İsraili “Hizbullah”la müharibədən çəkinməyə çağırdı – AĞ EV TƏL-ƏVİVİN TƏXRİBAT CƏHDLƏRİNDƏN NARAHATDIR

    ABŞ İsraili Livanın “Hizbullah” qruplaşması ilə müharibədən çəkinməyə çağırıb.
    Bu barədə “Axios”-a İsrail və Amerika rəsmiləri məlumat verib.
    Bildirilir ki, Pentaqon rəhbəri Lloyd Ostin noyabrın 11-də telefon danışığında İsrailin müdafiə naziri Yoav Qalantı hərtərəfli müharibəyə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırıb. Ostin həmçinin Qalantdan İsrailin Livana son zərbələrinin səbəblərinə aydınlıq gətirməsini istəyib.

    Muxalifet2 - 13-11-2023

  11. Nazarbayev dünyasını dəyişdi – SƏHƏR SAATLARINDA ÜRƏYİ DAYANIB

    Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin kiçik qardaşı Bolat Nazarbayev 71 yaşında vəfat edib.
    Bunu birinci prezidentin mətbuat katibi Aidos Ukibay bildirib.
    “Səhər saat 9:28-də ürək fəaliyyəti dayandı (asistol). 23 dəqiqə ərzində aparılan reanimasiya tədbirləri nəticəsiz qaldı”, - o, bildirir.
    Qeyd edək ki, noyabrın 4-də Bolat Nazarbayev infarkt keçirərək xəstəxanaya yerləşdirilib. Əvvəllər həkimlər ona qırtlaq xərçəngi, şəkərli diabet və böyrək çatışmazlığı diaqnozu qoyublar.

    Muxalifet2 - 13-11-2023

  12. Şimali Koreya Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak edir – CƏNUBİ KOREYA PREZİDENTİ ABŞ-a ÇAĞIRIŞ ETDİ

    Şimali Koreya birbaşa və ya dolayısı ilə Rusiyanın Ukraynaya qarşı müharibəsində və HƏMAS-ın İsrailə hücumunda iştirak edir.
    Bu barədə Cənubi Koreya prezidenti Yun Seok Yol bildirib.
    “Yonhap” agentliyi Cənubi Koreya prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb ki, Yun Seok Yol bunu Pentaqonun rəhbəri Lloyd Ostin və ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin generalı Çarlz Braunla görüşü zamanı deyib.

    Muxalifet2 - 13-11-2023

  13. ​Fransa Ukraynaya silah tədarükünü dayandırır – NAZİR AÇIQLAMA VERDİ

    Fransa Ukraynaya hərbi dəstək formatını dəyişərək, birbaşa silah tədarükündən Ukrayna tərəfinin fransız istehsalçılarından silah alışının maliyyələşdirilməsinə keçəcək.
    Bu barədə Fransanın Silahlı Qüvvələr naziri Sebastyan Lekornu LCI telekanalının efirində bildirib.
    O bəyan edib ki, Kiyevə növbəti silah tədarükü yeni haubitsaların və digər texnikanın alınması üçün nəzərdə tutulmuş xüsusi yaradılmış fond vasitəsilə həyata keçiriləcək.

    Muxalifet2 - 13-11-2023

  14. Daha bir respublikaçı seçki yarışından geri çəkildi – “Seçicilər “İndi yox, Tim” mesajını aydın şəkildə çatdırdılar”

    Cənubi Karolina ştatından senator Tim Skott 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etməmək qərarına gəlib.
    O, bu barədə “Fox News” telekanalına açıqlamasında bildirib.
    “Düşünürəm ki, planetin ən gözəl insanları olan seçicilər mənə “İndi yox, Tim”i aydın şəkildə çatdırdılar”, o deyib.
    Skott həmçinin qeyd edib ki, o, Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizədliyini irəli sürməyəcək.

    Muxalifet2 - 13-11-2023

  15. ​Fələstin münaqişəsi Böyük Britaniyanın daxili işlər nazirini kreslosundan etdi – BAŞ NAZİR ONU AZAD ETMƏK QƏRARINA GƏLİB

    Böyük Britaniyanın baş naziri Rişi Sunak Daxili İşlər Nazirliyinin rəhbəri Suella Bravermanı vəzifəsindən azad etmək qərarına gəlib.
    “Sky News xəbər verir ki, bu qərar onun ölkədə Fələstin tərəfdarlarının mitinqləri ilə bağlı mübahisəli bəyanatlarından sonra verilib.

    Muxalifet2 - 13-11-2023

  16. “Musiqinin diliylə şəhid analarına həmdəm olmağa çalışdıq” – ALİM QASIMOV / VİDEO, FOTOLAR

    Muxalifet2 - 13-11-2023

  17. Bakı Apellyasiya Məhkəməsi 1-ci dərəcəli qaziyə qarşı dələduzluq edir – MƏĞRUR BƏDƏLSOY YAZIR

    Aytən Oruczadə, Cahangir Yusifov, Rəşid Səmədov üçlüyünün cinayətkar saxtalığı
    Bakı İnzibati Məhkəməsinin hakimi Bəhlul Cəlalovun cavabdeh DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rüşvəti ilə 1-ci dərəcəli Qarabağ qazisinin məhkəmə təminatı hüququna qadağa qoymasından, qazi xəstəxanada yatarkən yardım göstərmədən, vəkil ayırmadan, iclası ertələmədən iki qərardad qəbul edərək , həm hüquqi yardımdan, həm də çəkişmə prinsipinin təmin edilməsində imtinasından media bilgi yayıb.

    Muxalifet2 - 13-11-2023

  18. “Xanlar Vəliyevin özünü Qarabağ Zəfərinin memarı kimi təqdim etməsinə aydınlıq gətirilməlidir” – HAKİMİYYƏTƏ ÇAĞIRIŞ

    Bu gün ADP İdarə Heyətinin ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyətə dair növbəti toplantısı keçirilib.

    Muxalifet2 - 13-11-2023

  19. PUTİNİ DİRİYKƏN ÖLÜ KİMİ TƏQDİM ETMƏK... – Patruşev və onun komandasının planı nədir?

    Rusiyalı politoloq Valeri Soloveyin Prezident Vladimir Putinin ölməsi və oxşarı ilə əvəzlənməsi barədə irəliyə sürdüyü fikirlər getdikcə daha çox rezonans doğurmağa başlayıb. ”Znanie” cəmiyyətinin keçirdiyi tədbirdə büsbütün qara geyimdə tribunya çıxan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Putin haqqında keçmiş zamanda və mərhumla vidalaşırmış kimi danışması şübhələri bir qədər da artırıb. Putin barəsində müəmmaların dolaşdığı bir vaxtda Patruşevin bu tərz davarnışı çox ehtimal ki, planlaşdırılmış xarakter daşıyır...

    Muxalifet2 - 13-11-2023

  20. Emin Əmrullayev nazir postundan gedir? - İDDİA

    Yaxın günlərdə hökumətdə növbəti kadr dəyişiklikləri ola bilər.

    Muxalifet.az xəbər verir ki, məlumatlı mənbədən Gununsəsi.info-ya verilən xəbərə görə, Elm və təhsil naziri Emin Əmrullayev nazir postundan kənarlaşdırılacaq. Onun Dövlət İmtahan Mərkəzinə (DİM) rəhbər gətiriləcəyi gözlənilir.

    Muxalifet2 - 14-11-2023

Pages