Axtarış
The search found 105705 results in 0.033 seconds.
Search results
Kreml separatçı rejimin rəsmən ləğv olunmasına münasibət bildirdi
Rusiya hökuməti Qarabağda mövcud olmuş qondarma rejimin rəsmən fəaliyyətini dayandırmasına reaksiya verib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Kreml “tanınmamış "Dağlıq Qarabağ"ın mövcudluğunun dayandırılması haqqında” bəyanatı nəzərə alıb və vəziyyəti diqqətlə izləyir.
Muxalifet2 - 28-09-2023
İrəvan Moskvaya ikitərəfli saziş imzalamağı təklif etdi - Roma Statutu...
İrəvan Moskvanı Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası məsələsinin hüquqi həlli üçün ikitərəfli saziş imzalamağa dəvət edib.
Bu barədə ölkənin beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan deyib.
O qeyd edib ki, bu, Roma Statutu Ermənistan tərəfindən ratifikasiya olunması halında, Rusiyanın qorxularını dağıtmağa imkan verəcək.
"Mətn bir neçə ay əvvəl, apreldə təqdim olunub. Həmkarlarımızın reaksiyasını gözləyirik", o qeyd edib.
Muxalifet2 - 28-09-2023
Erməni radikalların təxribatları araşdırılır - ABŞ DÖVLƏT DEPARTAMENTİNDƏN AÇIQLAMA
ABŞ Dövlət Departamenti “Türkiyənin xarici siyasətində xalq diplomatiyasının rolu” adlı konfransda Azərbaycan və Türkiyə nümayəndələrinə qarşı insidenti təhqiq etmək üçün Los-Anceles Polis İdarəsi ilə birlikdə işləyir.
Muxalifet2 - 1-10-2023
Ermənilər bu gün Belçikadakı səfirliyimizin binası önündə mitinq keçirəcək - SƏFİRDƏN AÇIQLAMA
Oktyabrın 1-i saat 14:00-da Belçikada fəaliyyət göstərən ekstremist erməni diaspor təşkilatları Fransadan gələn analoji radikal dəstələrlə birlikdə Brüsselin Rond-Point Şuman meydanında mitinq təşkil edəcək.
Bu barədə Azərbaycanın Belçikadakı səfiri və Aİ-dəki Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov "X"da paylaşım edib.
Muxalifet2 - 1-10-2023
Saakaşvili: Rusiyanın Cənubi Qafqazda artıq dəstəyi yoxdur
Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili sosial şəbəkədə yazıb ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası və Ermənistanın Qərbə qarşı mövqeyi Rusiyanın Cənubi Qafqazdakı əsas paradiqmasını məhv edib.
Muxalifet.az bu barədə “Exo of Caucasus” saytına istinadən xəbər verir.
“Rusiya artıq Qafqazın üç ölkəsindən heç birinin dəstəyinə malik deyil. Ona görə də, mən hamının birləşməsində fəal iştirak edəcəyəm.Muxalifet2 - 1-10-2023
Priqojinin vəsiyyəti açıqlandı - Bütün sərvətini bu şəxsə buraxıb
İnternetdə “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinin vəsiyyətnaməsinin surəti yayılıb.
UNİAN xəbər verir ki, onun mətni mənbələrdən alınan məlumatları təsdiqləyir.
Məlumdur ki, Priqojinin üç övladı var - oğlu Pavel (18.06.1998-ci il təvəllüdlü), qızları Polina (1992-ci il təvəllüdlü) və Veronika (2005-ci il təvəllüdlü). Vəsiyyətnamənin mətninə əsasən, «Vaqner» lideri bütün əmlakını oğlu Pavel Priqojinə buraxıb.
Muxalifet2 - 1-10-2023
Yardımlıda külli miqdarda narkotik ələ keçdi - ABŞERON SAKİNLƏRİ SAXLANILDI / FOTO
Muxalifet2 - 1-10-2023
Şəhid Vüsal Orucov Qusarda dəfn olunub - FOTO / YENİLƏNİB
Şəhid hərbi qulluqçumuz Vüsal Orucov dəfn olunub.
APA-nın şimal bürosu xəbər verir ki, onun nəşi Qusar rayonunun Suvacal kənd qəbiristanlığında torpağa tapşırılıb.
*** 10:30
Ötən gün Kəlbəcərdə Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan əsgər Vüsal Orucovun nəşi doğulduğu Qusar rayonunun Suvacal kəndinə gətirilib.
Muxalifet2 - 1-10-2023
“Nar” şəbəkəsi Xankəndi şəhərində
Azərbaycanın azad edilmiş ərazilərinin sürətli dirçəlişinə öz töhfəsini vermək məqsədilə “Nar” geniş mobil şəbəkəsi ilə Qarabağı əhatə edir. “Nar” Qarabağın və Şərqi Zəngəzurun bir çox yaşayış məskənlərini baza stansiyaları ilə artıq təmin edib.
Muxalifet2 - 1-10-2023
“Nar” metroda şəbəkəsini gücləndirir
“Nar” üstün müştəri təcrübəsinin təqdim edilməsi məqsədilə metro ərazisində təkmilləşdirmə işləri aparıb. Bunun nəticəsində Bakı metrosunda zəng və internet xidmətinin keyfiyyəti dəfələrlə yüksəldilib.
Aparılmış təkmilləşdirmə işləri şirkətin müştəri məmnuniyyəti strategiyasının ayrılmaz hissəsidir. “Nar”ın əsas məqsədi abunəçilərini daima diqqət mərkəzində saxlamaqla onlara sərfəli şərtlərlə yüksək keyfiyyətli xidmətlərin təqdim edilməsidir.Muxalifet2 - 2-10-2023
Heç bir sənədi olmayan sürücü qəza törətdi, “maşın Vaqif Axundovundur” deyib, suçu qarşı tərəfin üstünə yıxdı… - ŞİKAYƏT
Milli Qəhrəmanın qardaşı haqsızlıqla üzləşdiyini iddia edir
Muxalifet2 - 3-10-2023
Rusiyada yaşayan qardaşına “ölüm kağızı” alıb, ata evini satdı… - ŞİKAYƏT
Şəmkir sakini deyir ki, uzun illər Rusiyada yaşamasından istifadə edən bacısı və həyatı yoldaşı onu evsiz qoyublar…
Şəmkir şəhəri, Səməd Vurğun küçəsi, ev 74 ünvanında yaşayan Nəbiyev Zilfiqar Hətəm oğlu tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, bacısı ona notarius vasitəsilə “ölüm kağızı” alaraq, qanunsuz olaraq ata evini başqa şəxslərə satıb:Muxalifet2 - 3-10-2023
İranın Gürcüstan üzərindən Azərbaycana qarşı savaşı - TƏHLİL
Və yaxud Gürcüstan hakimiyyətinin “İran pambığıyla baş kəsmək” siyasəti
I YAZI
Muxalifet2 - 3-10-2023
ADP Xocalıda ədalət mühakiməsinin qurulmasını tələb edir
Bu gün ADP İdarə Heyətinin (İH) növbəti həftəlik toplantısı keçirilib.
Muxalifet2 - 2-10-2023
5 yaşlı oğlu təhlükədə olan atanın mücadiləsi… - ŞİKAYƏT
Eyvaz İsmayılov Yasamal İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını saxtakarlıqda ittiham edir
“Komissiyası mənim təqdim etdiyim sübutları və video-materialları məhkəməyə göndərməyərək, vəzifə cinayəti törətmişdir”
Muxalifet2 - 3-10-2023
YAP Nizami Rayon Təşkilatının binası ilə bağlı görünməmiş fırıldaq - Sədaqət Vəliyevanın və yeni sədrin “TAM MƏXVİ” özəlləşdirmə əməliyyatı
Hakim Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının indiki və keçmiş sədrinin mərkəzi aparatdan gizli şəkildə pul qazanmaq məqsədilə maraqlı bir alqı-satqı əməliyyatı həyata keçirdiklərinə dair məlumat əldə etmişik. Söhbət YAP Nizami rayon təşkilatına məxsus binanın bir hissəsinin özəlləşdirilərək satllmasından gedir. Təsəvvür edirsiz?
Muxalifet2 - 3-10-2023
Fransanın qızışdırıcılıq siyasəti, İran və Rusiyanın bitməyən oyunları… - ELDAR SABİROĞLU YAZIR
Azərbaycan prezidenti İlham Əliyevin qərarı ilə İspaniyanın Qranada şəhərində keçirilməsi nəzərdə tutulan sülh sazişinin müzakirəsi dayandırılmışdır. Əvvəla gəlin “sülh sazişi” deyilən bir siyasi predmetin hansı tərəfə daha çox əl verdiyinə diqqət yetirək. Fransanın Qarabağ probleminin həllində tutduğu neçə illik pozucu fəaliyyəti göstərir ki, o yenə bu bədnam əməlində israr etməkdədir.
Muxalifet2 - 4-10-2023
Paşinyan istefa verməyə hazır olduğunu açıqladı
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, əgər onun gedişi ilə ölkənin bütün təhlükəsizlik problemləri həll olunarsa, hakimiyyəti tərk edə bilər.
Stopnarkotik.az “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, o, bunu parlamentdə hökumət saatında deyib.
Müxalifətçi deputatın sualını cavablandıran baş nazir vurğulayıb ki, o, hakimiyyətdən yapışmayıb və əgər müxalifət çağırışların öhdəsindən gəlməkdə iştirak etmək istəyirsə, buna heç nə mane ola bilməz.
Muxalifet2 - 4-10-2023
“Ermənistanı deyil, öz maraqlarımızı müdafiə edirik” - İranlı general
"Bu gün bəzi insanlar İranın Ermənistanı dəstəklədiyini deyirlər. Bu, tamamilə yalandır. Biz öz maraqlarımızı və milli təhlükəsizliyimizi qoruyuruq".
"İran Today" Teleqram kanalı xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Aşura” regional qərargahının rəhbəri, general Cəlil Babazadə deyib.
İranın Ermənistanla 46 km sərhədi olduğunu xatırladan C.Babazadə bildirib ki, bu, ölkəsinin xarici dünya ilə əlaqə kanallarından biridir:
Muxalifet2 - 4-10-2023
“Narkomaniyanın yayılmasının səbəblərindən biri sosial təminatın aşağı olmasıdır” – RAUF NƏBİYEV
“Fiziki asılılıqla yanaşı, psixoloji asılılıqdan qurtulmaq üçün də paralel müalicə getməlidir”
Muxalifet2 - 4-10-2023