“BU DƏYİŞİKLİK KİÇİK SAHİBKARLARIN “BELİNİ QIRACAQ” - “Vergi yükü altında əziləcəklər...”

Baxış sayı:
12322

Mikrosahibkarların gəlir vergisinə tətbiq olunan 75%-lik güzəştin ləğv olunması ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunub. Bu təklif özündə nələri ehtiva edir?

İqtisadçı Rövşən Ağayev xatırladır ki, bir neçə il əvvəl Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə belə bri dəyişiklik edilmişdi: əgər sahibkar əhaliyə yox, hüquqi şəxslərə (yəni biznes subyektlərinə) ximət edirsə, bu halda hətta dövriyyəsi etibarı ilə (illik 200 min manatdan aşağı) mikrosahibkar olsa belə, sadələşdirlmiş vergi ödəyici ola bilməz.

Ekspert deyir bu halda həmin subyekt avtomatik 20%-lik gəlir vergisinin ödəcisi sayılır:“Amma elə həmin vaxt Məcəlləyə 102.1.30-cu maddə əlavə edildi ki, qanunvericiliyə uyğun gəlirlərin və xərclərin uçotunu aparan mikrosahibkarlıq subyekti olan fərdi sahibkarların əldə etdiyi gəlirinin 75 faizinə vergi güzəşti tətbiq olunur. Yəni 20%-lik vergi şkalası mikrosahibkarlar üçün 5%-ə endirlir. İndi məhz həmin maddəyə belə bir dəyişiklik təklif edilir ki, əgər mikrosahibkarın 3 nəfər muzdlu işçisi yoxdursa, avtomatik gəlirləri 20%-lə vergiyə cəlb olunacaq”.

R.Ağayev deyir ki, bu yanaşmada absurd olan çoxlu məqamlar var: “Birinci absurd oldur ki, Nazirlər Kabinetinin 21.12.2018-cil tarixndə qəbul etdiyi 556 saylı qərarı ilə təsdqilənən meyarlara görə, 1 nəfərdən ibarət sahibkarlıq subyekti də mikrosahibkar sayıldığı halda (illik gəlirin 200 min manatdan aşağı olması şərtilə), vergi orqanı 3 nəfər muzdlu işçi saxlayan sahibkara güzəşt verir, amma 1 və 2 nəfərdən ibarət olanı bu hüquqdan məhrum edir. Məntiqlə və adından görünüyü kimi mikrosahibkar həm dövriyyə, həm də işçi qüvvəsi etibarı ilə kifayət qədər xırda subyekt olmalıdır. Sizin dediyiniz şərtlər bəlkə kiçik subyektlər üçün keçərli ola bilər.

İkinci absurd odur ki, dünyanın heç bir normal ölkəsində aşağı gəlirlli, çevik iş yeri yaradan, özünün və ailəsinin məşğulluğunu təmin edən mikrosahibkarları bu qədər ağır vergi yükü altında əzmirlər. Əgər bu dəyişiklik olacaqsa, sosial ödənişləri də nəzərə alsaq, söhbət az qala 30%-lik vergi yükündən söhbət gedəcək.

Üçüncü absurd oldur ki, neçə illərdir kiçik və orta sahibkarlığın təşviqindən, dövlət himayəsindən danışanlar neçə illərdir vergi yükünü artıra-artıra bu təbəqəni maksimum sıradan çıxarmaqla məşğuldurlar. Vergi sistemi mühasib hesablamaları ilə yox, makroiqtisadi siyasətin hesabları ilə qurulmalıdır, maraq qrupları ilə ciddi məsləhətləşmələr əsasında formalaşdırılmalıdır”.

Hökumət bu güzəşti niyə ləğv edir?

İqtisadçının sözlərinə görə, arqumentlərdən biri budur ki, iri dövriyyəsi olan sahiklarlar öz fəaliyyətlərini 3-5 işçisinin adına açdığı VÖEN-ə rəsmiləşdirərək 15%-lik göydəndüşmə güzəştdən 10 minlərlə vəsait qazana bilir.

Ekspert bubu real olduğunu deyir.

“Amma ağıryan başı kəsmirlər, ağılla müalicə edirlər” - deyə, əlavə edir.

Bəs yeni mexanizm bunun qarşısını alacaqmı?

R.Ağayev bunun çətin olduğunu deyir:“Çünki bunu əvvəl edən və bəhrəsini görənlər üçün 3 nəfər muzdlu işçidən ibarət 2-3 mikrosahibkar subyekti yaratmaq yenə də problem olmayacaq. Yəni onlar 5%-lik vergi güzəştindən yenə də bəhərlənəcəklər. Ortada beli qırılan elə mikrosahibkarlar olacaq ki, məhz onların işinin xarakteri fərdi iş qurmağı tələb edir. Məsələn, İT mütəxəssiləri, tərcüməçilər, dizaynerlər, araşdırma və tədqiqat xidməti göstərən müxtləif sahə ekspertləri. Yekə-yekə dövriyyəsi olan suyektlər yenə də yol tapıb döviyyələrini 3 nəfərlik işçilər arasında bölüşdürüb 3-5 VÖEN-lə 5%-lik güzəştdən bəhrələndiyi halda, sadaladığım şəxslər 20%-lik vergi yükü altına əziləcəklər”.

Burda çıxış yolu varmı?

İqtisadçı çıxış yolununolduğunu bildirir: “Qeyd elədiyim spesifik xidmətlər üzrə aylıq və illik dövriyyə müəyyən edilə və onlar işçi sayı əsas götürülmədən 5%-lik güzəştdən bəhrələnə bilər. Məsələn, aylıq, 3000 manat, rüblük 10 000 manat və ya illik 40 000 manat hədd müəyyən edilməsi mümkün çıxış yollarından biri ola bilər”.

Rasim Əliyev