Axtarış
The search found 105705 results in 0.041 seconds.
Search results
NAXÇIVAN HAKİMİYYƏTİNDƏ ŞOK İSTEFA - Muxtar Respublikanın rəhbərliyində dəyişiklik baş verdi
Azər Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini vəzifəsindən istefa verib.
Bu barədə "Report"un yerli bürosu məlumat verib.
Qeyd edək ki, A.Zeynalov 1970-ci ildə Naxçıvanda anadan olub. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin III, IV, V və VI çağırış deputatıdır.
Muxalifet2 - 5-10-2023
Araik Arutyunyanın həbsinin yeni detalları: RUSLAR ALDADIB...
Ermənistan mediası separatçıların “başçılarının” necə həbs edilməsi ilə bağlı yeni iddialar irəli sürüb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, “Hraparak” nəşri Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyanı Azərbaycana Rusiyanın təhvil verdiyini iddia edir.
Nəşr yazır ki, ruslar bu separatçıları aldadıb.
Muxalifet2 - 5-10-2023
ARAYİK ARUTYUNYAN CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB EDİLİB - DTX məlumat yaydı / VİDEO
Arayik Arutyunyan cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri birgə məlumat yayıb.
Muxalifet2 - 5-10-2023
SAAKYAN, QUKASYAN və İŞXANYAN BARƏSİNDƏ QƏRAR VERİLDİ - 4 aylıq həbs
Bako Saakyan, Arkadi Qukasyan və David İşxanyan barəsində həbs qətimkan tədbiri seçilib.
APA xəbər verir ki, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqinin verdiyi təqdimatlara baxılıb.
Muxalifet2 - 5-10-2023
Yenilənmiş “Nar”ı hiss et və hədiyyələr qazan!
“Nar” ötən həftə yenilənmiş brend konsepsiyasının ardınca yeni kampaniyanın başlandığını elan edir. Bu kampaniya üç reklam çarxı vasitəsilə müxtəlif çeşidli sərfəli məhsul və xidmətləri nümayiş etdirmək üçün nəzərdə tutulub.
Xatırladaq ki, brendin yeni yanaşmasının əsasında müştəriyönümlülük, sərfəlilik və əlçatanlıq prinsiplərini müştərilərə daha da yaxın etmək dayanır.Muxalifet2 - 5-10-2023
İstefa verən Azər Zeynalov kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov istefa verib.
Azər Zeynalov 1970-ci ildə Naxçıvan MSSR-in Şərur şəhərində doğulub. 1977-1987-ci illərdə Şərur şəhəri Nəriman Nərimanov adına 1 nömrəli orta məktəbdə, 1987-1992-ci illərdə isə Lipetsk Politexnik İnstitutunda sənaye nəqliyyatı ixtisası üzrə təhsil alıb, 1992-1993-cü illərdə ordu sıralarında xidmət edib.
Muxalifet2 - 5-10-2023
Təbriz küçələrində “Zəngəzur Azərbaycandır” plakatları - FOTOLAR
Muxalifet2 - 5-10-2023
MÜASİR ŞEYX NƏSRULLAHLAR... - Keçmişdə din xadimlərimizin içində cahillər olmayıb...
19-cu əsrin birinci yarısında Azərbaycanda qəribə hadisələr baş verirdi. Rusların qurduğu komendant üsuli-idarəsi ölkədə özgə cür əmin-amanlıq yarada bilmişdi. Dərəbəylik dövründən miras qalmış quldurluğun, qaçaqçılığın kökü amansızlıqla kəsilirdi.
Muxalifet2 - 9-10-2023
Yazıq millətim, azıb millətim… - ELDƏNİZ QULİYEV YAZIR
Əzizlərim, hərdəmxəyal olmayın...
Sizin azadlıqla, ay nə bilim demokratiya-filanla, mitinqlə-zadla nə işiniz var?..
Bir loxma çörək tapa bilmirsiniz, banklar iki gözünüzü bir deşikdən çıxarır, qiymətlər gicitkan kimi bütün varlığınızı dalayır... uşaqlarınızı düzəməlli geyindirib, yedirib-içirib məktəbə yola sala bilmirsiniz; evdə arvadın, çöldə tanış-bilişin, göydə Allahın, güzgüdə öz-özünüzün qarşısında gözükölgəlisiz... Qaxılıb oturun oturduğunuz yerdə!
Sizə azadlıqmı lazımdı?! Sizə etiraz edib dubinka yeməkmi lazımdı?..Muxalifet2 - 9-10-2023
Gürcüstanda məhv olan milli kimliyimiz – TƏHLİL
Gənclərimiz sürətlə gürcüləşdirilir, öz keçmişindən, tarixindən, mədəniyyətindən uzaq salınır
Gürcüstandakı soydaşlarımızın İran molla rejiminin və qatı radikalizmlə bəzədilmiş, din donuna bürünmüş xürafatın mürudlərinə çevrilməsindən danışmışdıq. Qeyd etmişdik ki, Gürcüstan hökumətinin də qəribə “səssiz” yanaşması (daha çox bu səssizlik razılığa oxşayır) ilə proses təhlükəli həddə çatmaqdadır.Muxalifet2 - 9-10-2023
Yüksək rütbəli məmurların adı hallanan rüşvət iddiası – ŞOK DETALLAR
Ədalət Məmmədov 4 ildir günahsız yerə həbsdə saxlanıldığını iddia edir; o, ədalətin bərpa olunması üçün Prezidentdən kömək istəyir
Muxalifet2 - 10-10-2023
ABŞ-da Rusiya diplomatlarına qadağalar qoyuldu… - SƏFİRLİKDƏN AÇIQLAMA
ABŞ Dövlət Departamenti Rusiya diplomatlarının San Dieqoda (Kaliforniya ştatı) müqəddəs saleh Con Kronştadtın abidəsinin açılış mərasiminə getməsinə icazə verməyib.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfirliyi xəbər verir.
“Rusiya diplomatları doğma mədəniyyətimizin, rus dilinin qorunub saxlanmasına, eləcə də diasporumuzun birliyinin möhkəmləndirilməsinə töhfə verən əlamətdar tədbirdə iştirak etmək istəyirdilər. Lakin Dövlət Departamenti bizim səfərimizə razılıq verməkdən imtina etdi”, - diplomatik missiya qeyd edir.Muxalifet2 - 30-10-2023
Paşinyan Bakı ilə razılaşdırılmış sülh müqaviləsinin 3 prinsipini açıqladı – İDDİA
“Azərbaycanla sülh müqaviləsinin hazırlanması çərçivəsində üç əsas prinsip razılaşdırılıb. Tərəflər artıq razılaşdırılmış prinsiplərə sadiq qalarsa, sənəd tezliklə imzalanacaq”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
Paşinyanın sözlərinə görə, birinci prinsip ərazi bütövlüyünün qarşılıqlı tanınmasıdır: Bakı Ermənistan Respublikasının 29,8 min kvadratmetr ərazisini, İrəvan - 86,6 min kvadratmetr sahəsi olan Azərbaycan ərazisini tanıyır.
Muxalifet2 - 30-10-2023
Azərbaycanda vəzfəli şəxs rüşvət aldığı üçün həbs edildi - RƏSMİ AÇIQLAMA
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə rüşvət müqabilində dövlət əmlakını mülkiyyətə verən vəzifəli şəxsin qanunazidd əməlləri ifşa olunub.
Muxalifet.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və İqtisadiyyat Nazirliyi birgə məlumat yayıb.
Muxalifet2 - 30-10-2023
İRAN GENERALI QƏZZADAKI TUNELLƏR HAQDA DANIŞDI - “Bir ucu İsrail ərazisində, digəri isə Qəzza zolağındadır”
Qəzza zolağının altındakı tunellərin ölçüləri onlardan motosikletlərin və hətta avtomobillərin keçməsinə imkan verir və Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən yalnız anklavın şimalında inşa edilən yeraltı keçidlərin uzunluğu 400 km-ə çatır. TASS xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri bildirib.
Muxalifet2 - 30-10-2023
Dəhşətli videonun qəhrəmanı dünyasını dəyişdi – FOTO
22 yaşlı Almaniya vətəndaşı Şani Luk HƏMAS silahlıları tərəfindən qaçırıldıqdan sonra əsirlikdə ölüb.
Muxalifet.az bu barədə “Bild”-ə istinadən xəbər verir.
Nəşr yazır ki, qız İsrailə Qəzza zolağı ilə sərhəd yaxınlığında keçirilən musiqi festivalında iştirak etmək üçün gəlib. Faciəli hadisə oktyabrın 7-də HƏMAS yaraqlıları onu huşunu itirənə qədər vəhşicəsinə döyərək Qəzzaya aparanda baş verib.Muxalifet2 - 30-10-2023
“Nar”dan yeni abunəçilər üçün xüsusi endirim: FULL 6 yarı qiymətə!
İndi yeni abunəçilər “Nar”-ın ən çox seçilən tariflərindən biri olan FULL 6-nı yarı qiymətə əldə edə bilərlər. Tarifə 1 illik abunə olmaq istəyənlər sadəcə 6 ayın abunə haqqını ödəməklə 50% güzəşt əldə edəcəklər.
Həmçinin 3 və 6 aylıq abunə olmaq istəyənlər də endirimdən istifadə edib nəzərdə tutulan xərclərinə müvafiq olaraq 30% və 40% qənaət edəcəklər.Muxalifet2 - 17-10-2023
Rusiyada qadınlar da müharibəyə cəlb edilir – SON NƏFƏRƏDƏK MÜBARİZƏ…
Dövlət tərəfindən dəstəklənən və hərbi kəşfiyyatla əlaqəli olan Rusiyanın özəl hərbi şirkəti (PMC) “Redut” Ukrayna cəbhəsinə göndərilmək üçün qadınları işə götürür.
Bu barədə İngiltərə Müdafiə Nazirliyinin sosial media hesabında bildirilib.
Söhbət Rusiyada “Borz” batalyonunun formalaşmasından gedir. O, çox güman ki, Rusiya Federasiyasının Baş Kəşfiyyat İdarəsi (GRU) tərəfindən birbaşa maliyyələşdirilən “Redut” PMC-nin bir hissəsidir.Muxalifet2 - 30-10-2023
BOŞBOĞAZLAR – Eldəniz Quliyev yazır
Görəcəkli günlərimiz var imiş...
Ölkədə "meydan sulamağı" və fəaliyyətinin sürüşkənliyi ilə tanınan bir sürü ictimai-siyasi politoloq və ekspertlər, "bərkgedən" jurnalist və həllə-qəlləm millət vəkilləri var...
Son zamanlar isə onların sayı hətta yağışdan sonra artan göbələklərə də "fora" verir.Muxalifet2 - 30-10-2023
Kanadanın İrəvandakı səfiri Fransanı tənqid etdi – ERMƏNİSTANA SİLAH TƏDARÜKÜNƏ GÖRƏ
Kanadanın Ermənistandakı səfiri Endryu Törner Kanada parlamentinin aşağı palatasının Xarici Əlaqələr və Beynəlxalq İnkişaf Komitəsinin iclasında bildirib ki, indi sanksiyalar barədə söhbət Ermənistan və Azərbaycan arasında davam edən sülh səylərinə zərbə vurmaq riski daşıyır.
Səfir qeyd edib ki, sanksiyalar Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə edilməsi səylərinə zərbə vura bilər. Onun sözlərinə görə, indiki məqamda sanksiyalar yolunu seçmək davam edən sülhməramlı səylərə zərbə vurmaq riski daşıyır.Muxalifet2 - 31-10-2023