Keçmiş məhbus 1 kiloqram heroinlə yaxalandı - ABŞERON POLİSİNDƏN ƏMƏLİYYAT / VİDEO, FOTO
2-11-2023 11:46
Baxış sayı:
45937

Abşeron Rayon Polis İdarəsi Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində 1970-ci il təvəllüdlü, əvvəllər də narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş Lənkəran şəhər sakini Məmmədov Tərlan Bahadır oğlu saxlanılıb.
DİN-dən Stopnarkotik.az-a verilən məlumata əsasən, onun üzərinə baxış keçirilən zaman 1 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Abşeron RPİ-də araşdırma aparılır.