Axtarış

The search found 105705 results in 0.036 seconds.

Search results

  1. 15 İYUL HƏQİQƏTLƏRİ – II YAZI

    Dostum Öznur Çakarın 6 aylıq körpəsi ilə yaşadığı zillət...  

    Muxalifet2 - 9-01-2022

  2. 15 İYUL HƏQİQƏTLƏRİ – I YAZI

    15 Temmuz hadisələrinin hesabı sorulacaq...

    Tale elə gətirdi ki, Azərbaycan Pedaqoji Universitetində oxuduğum zaman Türkiyədən olan tələbə yoldaşım ilə ailə həyatı qurduğuma görə 2000-ci ildən başlayaraq 2021-ci ilə kimi Türkiyədə daimi yaşamalı oldum. Bu baxımdan 15 iyul 2016-cı il tarixində Türkiyədə baş verən hadisələri və bu hadisələrdən sonra baş verənləri yaxından izləmək imkanım oldu.

    Muxalifet2 - 25-10-2021

  3. SON DƏQİQƏ! Qənirə Paşayevanın vəziyyəti ağır olaraq qalır - MƏRKƏZİ KLİNİKADAN AÇIQLAMA / YENİLƏNİB

    Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev millət vəkili Qənirə Paşayevanın vəziyyəti ilə bağlı açıqlama verib.

    Baş həkim bildirib ki, deputat dünən səhər saatlarında təcili yardım xidməti ilə çox ağır, şok vəziyyətində Klinikanın təcili yardım şöbəsinə müraciət edib: “Bizə müraciət edəndə huşu aydın deyil idi. Bütün kliniki göstəriciləri şok klinikası ilə uyğun idi. Xəstə reanimasiya şöbəsinə alındı. Hal-hazırda Qənirə xanımın müalicəsi reanimasiya şöbəsində davam edir.

    Muxalifet2 - 24-09-2023

  4. ​“Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu!

    Azərbaycanın bölgələrində “Nar”a qoşulmaq istəyən abunəçilər üçün “Yerlim+” tarifinin ilk abunə haqqı indi cəmi 2 AZN oldu! Bölgələrdə yaşayan abunəçilər “Yerlim+” tarifinə qoşulmaqla bütün ölkə ilə dəqiqəsi cəmi 5 qəpikdən danışa bilər.
    “Yerlim+” tarifi çərçivəsində abunəçilərə bonus olaraq 100 dəqiqə ölkədaxili danışıq dəqiqələri, 300 MB internet və ödənişsiz “WhatsApp” yazışması təqdim edilir. Bölgələrdəki abunəçilər yeni “Nar” nömrəsini “Yerlim+” tarifində əldə etdiyi halda ilk ayın abunə haqqına 50% endirim əldə edir.

    Muxalifet2 - 24-09-2023

  5. Xocavənddə dörd polis, iki mülki şəxsə qarşı terror törədənlər saxlanıldı - RƏSMİ AÇIQLAMA

    Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minalar yerləşdirərək iki mülki şəxsin və dörd polis nəfərinin həlak olması səbəb olan şəxslər saxlanılıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə DTX məlumat yayıb.

    Muxalifet2 - 25-09-2023

  6. Xocalıya Azərbaycan bayrağı asıldı - VİDEO

    Ordumuzun əsgərləri Xocalıda Azərbaycan Bayrağını dalğalandırıblar.

    Bununla bağlı sosial şəbəkədə video yayılıb.

    Görüntülərdən aydın olur ki, Silahlı Qüvvələrimizin əsgəri Xocalıda düşməndən azad olunmuş döyüş postuna Azərbaycan bayrağını sancır və “Qarabağ Azərbaycandır!” şüarı səsləndirir.

    Ətraflı videoda:

    Muxalifet2 - 25-09-2023

  7. Azərbaycan Ordusu daha 2 şəhid verdi - RƏSMİ

    Sentyabrın 24-ü saat 17:35 radələrində Azərbaycan Ordusuna məxsus KamAZ markalı hərbi nəqliyyat vasitəsi minaya düşüb.
     
    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
     
    Mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əkrəm Yunis oğlu Şadmanov (polkovnik-leytenant) və Tural İslam oğlu Seyidov (mayor) şəhid olub.
     

    Muxalifet2 - 25-09-2023

  8. İlham Əliyev Ərdoğanı Naxçıvanda qarşıladı - CANLI YAYIM

    Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı Naxçıvanın Hava Limanında qarşılayıb.

    Muxalifet.az xəbər verir ki, bu gün 2 ölkə liderləri arasında Naxçıvanda görüş olacaq.

    Muxalifet2 - 25-09-2023

  9. “Qrabağda aparılan 24 saatlıq döyüş Bütöv Azərbaycan və Turan yolunda başladılan mübarizənin başlanğıc nöqtəsi oldu” - BƏYANAT

    Bu gün ADP İdarə Heyətinin ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə ötən həftə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror əməliyyatlarının nəticələrinə münasibət bildirib.

    Muxalifet2 - 25-09-2023

  10. ​Bir günlük müharibə! Bir gündə qazanılan qələbə! – ELDAR SABİROĞLU YAZIR

    Dünya doğrudan, ədalətsiz dünyaymış. Axı, Azərbaycan nə istəyir?! Birinci olaraq biz öz qədim torpağımızı istəyirik, hansı ki, 30 ildən artıqdır Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Azərbaycan bu torpaqların qaytarılmasını tələb edir. Biz regiona sülh, əmin-amanlıq gətirməyin tərəfdarıyıq. Hər zaman erməni rəhbərliyinə bu məqsədimizi bildirməklə yanaşı, ikinci tələb və istəyimizi - birgə yaşamaq tələblərimizi də onların diqqətinə çatdırmışıq. Həmişə də düşmən real təkliflərdən qaçmışdır.

    Muxalifet2 - 25-09-2023

  11. RUSLARIN QAFQAZ ƏNDİŞƏSİ… - Türkiyənin regionda söz sahibinə çevrilməsi Kremldə böyük narahatlıq doğurub

    Rusiyanın “Telegram” kanallarında şovinist faşist ruporları ölkələrinin Qafqazda təsirini itirdiyi üçün “od püskürür” və bu məsələ ilə əlaqədar Ermənistanın baş naziri Nikol Paşinyanı səbəbkar, xəyanətkar elan edirlər. Onlar Paşinyanı “Əcdadlarının amalına xəyanət edən xain", “Qarabağı təslim edən satqın erməni” adlandırırlar.

    Muxalifet2 - 26-09-2023

  12. Borclu olduğu 150 min dolları qaytarmamaq üçün “torba tikdi”… – POLİS POLKOVNİKİNİN ADI HALLANAN RÜŞVƏT İTTİHAMI…

    4 ildir günahsız yerə həbsdə saxlanıldığını iddia edən Ədalət Məmmədovdan Prezidentə müraciət

    Muxalifet2 - 26-09-2023

  13. SON DƏQİQƏ: Antiterror əməliyyatında şəhid olan və yaralanan hərbçilərimizin siyahısı açıqlandı - ADLAR

    19-20.09.2023-cü il tarixlərində keçirilmiş antiterror əməliyyatlarında şəhid olmuş hərbi qulluqçuların foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    "Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!", - məlumatda deyilir.

    Muxalifet2 - 27-09-2023

  14. 11 şəhidimizin şəxsiyyəti genetik müayinələrdən sonra müəyyənləşəcək - NAZİRLİKDƏN AÇIQLAMA

    Azərbaycan Silahlı Qüvvələri tərəfindən sentyabrın 19-20-da həyata keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində şəhid olan 11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək.

    Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

    Qeyd edək ki, antiterror tədbirlərində 192 hərbçi və 1 mülki şəxs şəhid olub, 511 hərbçi və mülki şəxs yaralanıb.

    Muxalifet2 - 27-09-2023

  15. “Azərişıq” ASC-in 1,7 milyon pulunu mənimsəyən şirkət rəhbəri ilə bağlı qərar verildi

    Ali Məhkəmədə xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən Pərviz Əliyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 
    Qərara əsasən, şikayət təmin edilməyib.

    Muxalifet2 - 27-09-2023

  16. Məhkəmə Vardanyanla bağlı QƏRAR VERDİ

    Səbail rayon Məhkəməsində qondarma Dağlıq Qarabağ Respublikasının "dövlət naziri” vəzifəsində çalışmış Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxılıb.

    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

    Məhkəmə tərəfindən Ruben Vardayan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, Ruben Vardanyan ötən gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində saxlanılıb.

    Muxalifet2 - 28-09-2023

  17. Komaya düşən Qənirə Paşayevanın son durumu açıqlandı - YENİLƏNİB

    Milli Məclisin deputatı Qənirə Paşayevanın vəziyyəti açıqlanıb.

    Mərkəzi Klinik Xəstəxanadan bildirilib ki, Qənirə Paşayevanın müalicəsi ümumi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir:

    "Aparılan kompleks müalicəyə baxmayaraq ümumi vəziyyəti ağır olaraq qalır".

    ***09:28

    Millət vəkili Qənirə Paşayevanın müalicəsi davam etdirilir.

    Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə millət vəkilinin yaxınları deyib. Ümumi vəziyyətinin ağır olaraq qiymətləndirildiyini bildiriblər.

    Muxalifet2 - 28-09-2023

  18. Dövlətə xəyanətdə təqsirləndirilən sayt rəhbərinə hökm oxundu - 17 İL HƏBS

    Azərbaycanda dini xəbərlər yayan "Maide.az" saytının rəhbəri Sərdar Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Muxalifet.az lent.az-a xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Qərara əsasən, o, 17 il müddətində azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, istintaq orqanı tərəfindən Sərdar Babayev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib.

    Muxalifet2 - 28-09-2023

  19. DTX Vardanyanın həbsi ilə bağlı MƏLUMAT YAYDI - VİDEO

    Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddət ərzində törədilmiş çoxsaylı terrorçuluq cinayətlərinin araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaq aparılır.

    Muxalifet2 - 28-09-2023

  20. "Vaqner"ə məxsus hərbi təyyarə qəzaya düşdü: 140 NƏFƏR ÖLDÜ

    Sentyabrın 23-də Malidə Rusiyanın “Vaqner” özəl hərbi şirkətinə məxsus “İlyuşin İL-76” hərbi-nəqliyyat təyyarəsi eniş zamanı əvvəlcə uçuş-enmə zolağından çıxıb, sonra isə alovlanıb.

    Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, Mali və "Vaqner" əsgərlərini daşıyan təyyarədə 140 nəfər həyatını itirib.

    Təyyarədə ölənlər arasında rus pilotun da olduğu bildirilir.

    Belə ki, qəza təyyarənin yanacaq çənindəki nasazlıq səbəbindən baş verib. Hadisə ilə bağlı araşdırmalar başlanılıb.

    Muxalifet2 - 28-09-2023

Pages