Axtarış

The search found 105701 results in 0.006 seconds.

Search results

  1. ​“İnsanlar cinlərlə evlənərək çoxalıb” – Vasim Məmmədəliyev

    “AZƏRBAYCANIN DİNİ DÖVLƏT OLMASINI İSTƏMƏRƏM”

    Şərqşünas-alim, akademik Vasim Məmmədəliyevin Aznews.az-a müsahibəsi: 

    – Vasim müəllim, Ziya Bünyadov və siz Quranı tərcümə etmisiniz. Mətbuatda tərcüməni tez-tez tənqid edirlər. Deyirlər, xeyli nöqsanlar var. Adamlar çaş-baş qalır. Elələri də var ki, tərcüməçinin öz fikirlərini Allahın sözü kimi qəbul edir. 

    – Mən Quranın tərcüməsi haqqında ön söz yazmışam. İddia etmirəm ki, tərcümə tam şəkildə nöqsansızdır. Məni öldürməyəcəksiniz ki... 

    Muxalifet - 12-02-2016

  2. Rüfət Səfərov növbəti dəfə dindirildi

    Rüşvət almaqda təqsirləndirilərək barəsində ev dustaqlığı tədbiri seçilən Zərdab rayon prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov bu gün yenidən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb.
    Bu barədə R.Səfərov özü məlumat verib.
    Sabiq müstəntiq bildirib ki, bu gün istintaq hərəkətləri ilə bağlı yenidən dindirilib. Prokurorluqdan ona bildiriblər ki, istintaqın gedişi ilə bağlı o, daha bir neçə dəfə idarəyə çağırıla bilər.

    Muxalifet - 13-02-2016

  3. Böhrandan çıxış yolları... - TƏHLİL

    Və yaxud biz nə üçün dünya bazarına hazır məhsul deyil, xammal çıxarırıq?

    Muxalifet - 12-02-2016

  4. ​Hüquq müdafiəçisini “kars”a salıblar

    Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun saxlandığı 17 saylı cəzaçəkmə müəssisəsində işgəncəyə məruz qaldığı bildirilir.
    Yaxınlarının "Azadlıq" radiosuna verdiyi məlumata görə, onu “kars”a salıblar və səhhəti daha da pisləşdiyi bildirilir.
    Həyat yoldaşı Fəxriyyə Xasməmmədova bir neçə gün əvvəl T.Xasməmmədovun səhhətində ciddi problemlər olması ilə bağlı müvafiq qurumlara müraciət etmişdi.
    Müraciətdən sonra Taleh Xasməmmədov saxlandığı cəzaçəkmə müəssisəsində 15 günlüyə “karsa” salınıb və ona işgəncə verildiyi bildirilir.

    Muxalifet - 14-02-2016

  5. Əli İnsanov: «İlham Əliyev, sən xalqımın dostu yox, düşmənisən» - VİDEO

    Fevralın 14-də Bakı Apellyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə məhkəmə davam edib.
     
    Keçmiş nazir elə məhkəmə zalına gətirilərkən İlham Əliyevi tənqid etmək fürsətini qaçırmadı:
     
    «İlham Əliyev, sən mənim xalqımın xidmətçisi ola bilməzsən. Xalqın xidmətçisi xalqın sərvətlərini talamaz. Xalqın xidmətçisi gəncləri türmələrdə çürütməz. Xalqın xidmətçisi ziyalıları məhv etməz. Sən xalqımın dostu yox, düşmənisən».
     

    Muxalifet - 14-02-2016

  6. Gerizəkalılığın girovluğunda olanlar...

    Bəşəriyyət qlobal kapitalizmin girovluğundadır, yoxsa, hələ də  orta əsrlərdə ilişib qalan gerizəkalıların?

    Muxalifet - 16-02-2016

  7. Kremlin yeni antitürk hədəfləri

    Rusiya kürdlərdən Türkiyə və Azərbaycana qarşı bir silah kimi istifadə etməkdədir...

    Muxalifet - 16-02-2016

  8. “Tarixi müqavilələri pozmaq Rusiyanın maraqlarına cavab vermir”

    Sərdar Cəlaloğlu: “Belə olarsa, onda Rusiyanın hazırkı ərazisinin mühüm bir qismi digər dövlətlərə qaytarılmalıdır”
     
    “Rusiyanın hərəkətləri qızdırmalı xəstənin davranışlarına bənzəyir”
     
    “Bu siyasət, bu cür yanaşma Rusiyanı təhlükəli istiqamətə aparır…Rusiya öncə başqa dövlətlərin torpaqlarını qaytarsın, bundan sonra bu müqavilənin ləğvinin nəticələrindən bəhrələnsin”
     
    ADP sədri Sərdar Cəlaloğlu qəzetimizə müsahibə verib. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq:
     

    Muxalifet - 16-02-2016

  9. Sahibkar xanım prezidentə müraciət etdi

     
    Mayram Seyidəhmədova: “Zaqtala rayon Məhkəməsinin hakimi Elburus Məmmədov qanunu fəaliyyətimə qanunsuz olaraq mane olmaq istəyir”

    Muxalifet - 16-02-2016

  10. ​“Şərurlu İsfəndiyar” məhkəməyə çağırıldı

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
    Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verib.

    Muxalifet - 17-02-2016

  11. ​Messi daha bir tarixi nəticəyə imza atıb

    İspaniya La Liqasında “Sportinq”ə qarşı matçda start heyətində meydana çıxan Lionel Messi daha bir tarixi nəticəyə imza atıb.
    Belə ki, argentinalı ulduz qarşılaşmada hesabı açaraq, həm də La Liqa karyerasındakı 300-cü qoluna imza atıb.
    Oyunda ikinci qolun da müəllifi olan Leo ümumi qol sayını 301-ə çatdırıb. Son vaxtlar əla formada olan “Qızıl top”un 5 qat sahibi 2016-cı ildə meydana çıxdığı 12 oyunda 14 qola imza atıb.
    Argentinalı oyunçu “Barselona” forması ilə ilk qolunu 1 may 2005-ci ildə “Albasete”nin qapısına vurmuşdu.

    Muxalifet - 18-02-2016

  12. ​Xaçmazda baş verən qəzada 2 nəfər ölüb - YENİLƏNİB

    Ötən gün axşam saatlarında Gəndov-Yalama yolunun 31-ci km-də, magistralın Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.
    APA-nın şimal bürosunun məlumatına görə, 1988-ci il təvəllüdlü Xudat şəhər sakini Nüsrətov Ruslan Xanəhməd oğlunun idarə etdiyi «10 GD 313» dövlət nömrə nişanlı “KİA” markalı avtomobil qarşıdan gələn 1985-ci il təvəllüdlü Xaçmaz rayonunun Şərif-oba kənd sakini Zeynalov Şıxbala İslam oğlunun idarə etdiyi «27 BF 054» nömrə nişanlı “VAZ 21 06” markalı nəqliyyat vasitəsilə toqquşub.

    Muxalifet - 18-02-2016

  13. ​Mənzildən 77 yaşlı kişinin meyiti tapıldı - BAKIDA

    Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
    Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1939-cu il təvəllüdlü Tağıyev Faiq Hacıbala oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

    Muxalifet - 18-02-2016

  14. ​Ərdoğan: “Biz bu cür alçaq cinayəti hiddətlə pisləyirik…”

    Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada baş verən partlayışı pisləyərək bəyan edib ki, ölkəsi bundan sonra da terrorizmlə mübarizəni davam etdirəcək.
    Bu barədə “Reuters” xəbər verib.
    “Biz bu cür alçaq cinayəti hiddətlə pisləyirik. Buna baxmayaraq, biz həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda  terrorizmlə qətiyyətli mübarizəni davam etdirəcəyik. Bu kimi cinayətləri törədənlər humanizm və insanlıq prinsiplərindən məhrumdurlar”.
    Qeyd edək ki, fevralın 17-də Ankarada baş vermiş terror aktı nəticəsində 28 nəfər ölüb, 61 nəfər isə yaralanıb.

    Muxalifet - 18-02-2016

  15. ​Yol polisinin avtomobilini çəkiclə əzən şəxsə narkotik ittihamı...

    Ötən gün Bakıda yol polisinin avtomobilini çəkiclə əzən şəxs barəsində cinayət işi başlanıb.
    Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanaraq icraata verilib.
    Polisdən həmçinin bildirilib ki, hadisəni törədən Şahin Bəylərov saxlanılarkən onun üzərində narkotik vasitə də aşkarlanıb.

    Muxalifet - 18-02-2016

  16. ​Türkiyə xarici işlər naziri Bakıdadır

    Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıdadır.
    O, Azərbaycanda rəsmi şəxslərlə, o cümlədən xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.
    Xatırladaq ki, sabah Gürcüstanda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulur(apa).

    Muxalifet - 18-02-2016

  17. Bakıda iki məktəbli itkin düşüb

    Bakıda 11 yaşlı iki məktəbli itkin düşüb.
    Bu barədə itkin düşən məktəblilərdən biri İsmayıl Şəfiyevin anası Viktoriya Şəfiyeva məlumat verib. Onun sözlərinə görə, oğlu İsmayıl və sinif yoldaşı Şamil Babayev ötən gün təhsil aldıqları 32 №-li məktəbdən çıxıb və evə qayıtmayıblar. Onların harada olmaları barədə heç bir məlumat yoxdur.
    V. Şəfiyeva qeyd edib ki, uşaqların itkin düşməsi ilə bağlı Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə məlumat verilib.
    Polisdən APA-ya bildirilib ki, hazırda adıçəkilən şəxslərin tapılması istiqamətində axtarışlar davam etdirilir.

    Muxalifet - 18-02-2016

  18. ​Ankarada terror törədən kamikadzenin kimliyi müəyyənləşdi

    Ankarada 28 nəfərin ölümü ilə nəticələnən partlayışı törədən terrorçu-kamikadzenin kimliyi məlum olub.
    Türkiyənən “Sözcü” qəzetinə verdiyi xəbərə görə, həmin şəxsin Suriya vətəndaşı Saleh Necar olduğu bildirilir. Kürd əsilli, PKK terror təşkilatının Suriya qanadı olan PYD/YPG birləşməsinin üzvü S. Necarın 1992-ci il təvəllüdlü olduğu deyilir.
    Hadisə yerindən onun parçalanmış meyiti tapılıb. Suriyalı qaçqınlarla birlikdə Türkiyəyə ötən ilin iyulunda gələn terrorçu ilə əlaqədə olduğu bildirilən iki nəfər saxlanılıb.

    Muxalifet - 18-02-2016

  19. Ankaradakı terrordan sonra PKK-nın mövqeləri bombalandı

    Fevralın 17-də axşam Türkiyənin paytaxtı Ankarada baş verən terror aktından sonra Türkiyə Hava Qüvvələrinə məxsus hərbi təyyarələr İraqın şimalında PKK-ya qarşı əməliyyat keçirib.
    "Hürriyet"in verdiyi məlumata görə, Türkiyə hərbi təyyarələri İraqın şimalındakı Haftanin bölgəsindəki PKK mövqelərini bombalayıb. Əməliyyatda aralarında terror təşkilatının rəhbərliyinə daxil olan şəxslərin də olduğu 60-70 nəfərlik qrupun hədəf alındığı bildirilir.
    Hələlik əməliyyatın nəticələri barədə məlumat yoxdur(apa).

    Muxalifet - 18-02-2016

  20. ​Rusiyada İŞİD-çilərə saxta sənəd düzəldilir – RƏSMİ

    Rusiyanın Moskva vilayətində İŞİD silahlıları üçün saxta sənəd hazırlayan 14 nəfər saxlanılıb.
    APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
    Rusiya Daxili İşlər Nazirliyi ilə aparılan birgə fəaliyyət nəticəsində beynəlxalq cinayətkar qruplaşma ifşa edilib. Qruplaşmanın müştəriləri Rusiya və digər MDB ölkələri vətəndaşları olub.

    Muxalifet - 18-02-2016

Pages