Eldar Mahmudov daha bir vəzifəsini itirdi
29-10-2015 19:58

Yaxın vaxtlarda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçiriləcək. İclasda komissiyanın yeni sədri seçiləcək.
Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri vəzifəsini sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov tuturdu.
“Eldar Mahmudov nazir vəzifəsindən çıxarılması ilə əlaqədar Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri vəzifəsindən də avtomatik olaraq məhrum olub” - deyə komissiyadakı mənbə virtualaz.org saytına bildirib.