​MTN-də daha bir general işdən çıxarıldı

Milli Təhlükəsizlik Nazirliyində növbəti vəzifədən azad etmə və təyinat həyata keçirilib. Məlumata görə, nazirliyin istintaq idarəsinin rəisi general Mövlan Şıxəliyev vəzifəsindən azad olunaraq sərəncama götürülüb.
Eyni zamanda Eldar Mahmudovun yaxın qohumu olan, nazirliyin əməkdaşı Elşad Mahmudov da işdən çıxarılıb.
Həmçinin qeyd edək ki, bir neçə gün əvvəl isə işdən çıxarılan MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi Sübahir Qurbanovu isə nazirliyin əməkdaşı Ceyhun Şadlinski əvəzləyib.