​Gürcüstan XİN-in yeni başçısı Bakıya gəlir

Gürcüstanın yeni təyin olunan xarici işlər naziri Georgi Kvirikaşvilinin sabahdan Azərbaycana rəsmi səfəri başlayır.
Xarici İşlər Naziriyindən mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı ikitərəfli əlaqələrin inkişafı barəsində danışıqlar aparılacaq.
Qeyd edək ki, Georgi Kvirikaşvili xarici işlər naziri təyin olunduqdan sonra ilk xarici səfərini Azərbaycana edir.