Sabiq prezident 7 illik evliliyinə son qoyur
22-03-2015 21:11

Almaniyanın keçmiş prezidenti Christian Wulff və həyat yoldaşı Bettina boşanmaq qərarına gəliblər.
“Azadlıq” radiosunun xəbərinə görə, bir müddətdir ayrı yaşayan Christian və Bettina Wulff boşanmaq üçün rəsmən məhkəməyə müraciət ediblər. Aprelin sonunda Hannover Ailə Məhkəməsi onların müraciətinə baxacaq.
Christian və Bettina Wulff 2006-cı ildə tanış olub, 2008-ci ildə evləniblər.
Qeyd edək ki, onların bir oğlu var.