Rusiyadan iki ayda 24 milyard dollar çıxıb
24-03-2015 19:42

Bu ilin fevral ayında Rusiyadan kapital axını yanvardakı 9 milyard dollarla müqayisədə daha da artaraq 15 milyarda çatıb.
Bu barədə “Ekonombank”ın başda bankın sədr müavini Andrey Klepaç olmaqla ekspertləri bildiriblər.
“Bu, kifayət qədər yüksək rəqəmdir – nəzərə alsaq ki, əhali valyuta bazarında fəal oyunçu olmaqdan çəkilir”, - deyə Klepaç qeyd edib.
Beləliklə, 2015-ci ilin ilk iki ayında kapital axını 24 milyard dollar təşkil edib. Əgər bu dinamika qalarsa, o zaman bu il üçün yekun göstərici İqtisadi İnkişaf Nazirliyinin rəsmi proqnozundan (115 milyard dollar) yuxarı olacaq.