İranda terror aktları ilə əlaqədər daha 6 nəfər saxlanıldı
11-06-2017 13:19

İranın paytaxtı Tehranda törədilən iki terror aktı ilə əlaqədər daha 6 nəfər saxlanılıb. "Reuters" xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Əliakbar Qarousi bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl İran parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücumlar olub.
Terror aktları nəticəsində 17 nəfər həlak olub, 52 nəfər yaralanıb.