Axtarış
The search found 105706 results in 0.01 seconds.
Search results
İcra başçısının qəzada ölən qardaşına Putin mükafat veribmiş
Zərdab rayon icra başçısı Lütvəli Babayev qardaşı Əliağa Babayevin Rusiyada yol qəzasında dünyasını dəyişməsindən danışıb.
İcra başçısı “Qafqazinfo”ya bildirib ki, qardaşının ürəyində problem var idi: “Ürəyinə iki dəfə stend qoyulmuşdu. Oruc tutan, namaz qılan adam idi. Bu il 60 yaşı tamam olmuşdu. Ona deyirdilər ki, maşın idarə etmə”.
L. Babayev qəzanın baş vermə şəraitindən də bəhs edib:Muxalifet - 6-06-2017
Azərbaycan efirində Ramazan ayında araq reklamı
On gündən çoxdur ki, bütün müsəlman ailəmində 11 ayın sultanı Ramazan başlayıb. Ramazan insanın nəfsinə sahib çıxdığı, pis vərdişlərdən uzaqlaşdığı, varlını kasıbın halından anlamağa səsləyən aydır.
Hazırda yaşadığımız müqəddəs Ramazan günlərində efir vasitəsi ilə alkoqollu içkilər, daha dəqiq desək araqlar reklam olunur. Məsələ ilə bağlı günlərdir sosial şəbəkələrdə müzakirələr aparılır.
Yayımlanan reklamlardan biri də “Ulduzlara aparan seçim” sloqanlı “Gəncə şərab 2” şirkətinin “Silver star” məhsuludur.//baku.wsMuxalifet - 6-06-2017
Baxçalı Almaniyanın İncirlikdən çıxmasından danışdı: Tələdəyik
Deyilənə görə, alman əsgərləri bu həftə İncirlikdən çıxacaq.
Bu sözləri MHP lideri Dövlət Baxçalı deyib.
“Türkiyənin milliyyətçi mərd oğulları var və dimdik ayaq üstə dayanıblar. Doğrudur, ölkəmiz böyük problemlərin arasında qalıb. Heç bir vətəndaşımız sabahından əmin deyil. Bir millət kimi birləşməkdən başqa çarəmiz yoxdur. Çünki Türkiyə bir çox tələ və oyunların hədəfindədir”, - Baxçalı bildirib./Axar.azMuxalifet - 6-06-2017
"Azərbaycanda böyük nöqsanları olan idarəçilik sistemi mövcuddur"
Prezidentin katibliyinin keçmiş rəhbəri Amerikanın Səsinə müsahibəsində islahtları vacib sayır
Azərbaycan Prezidentinin katibliyinin keçmiş rəhbəri Eldar Namazov Amerikanın Səsinə müsahibəsində dövlət idarəetmə sistemində islahatlar, vitse-prezident institutu, dövlət nəzarət sisteminin qurulmasının vacibliyindən danışıb.Muxalifet - 6-06-2017
25 yaşlı gənc damarını kəsdi – İNTİHARA CƏHD
Hadisə ötən gün gecə saatlarında Əlisoltanlı kəndində qeydə alınıb
Saatlıda intihara cəhd hadisəsi baş verib.
Hadisə ötən gün gecə saatlarında rayonun Əlisoltanlı kəndində qeydə alınıb.Muxalifet - 7-06-2017
Putindəndən ABŞ-a sətiraltı EYHAM: "Raketdən tam qorunmursunuz"
Rusiya prezidenti Vladimir Putin güman edir ki, Amerikanın raket əleyhinə müdafiə sistemi (RƏM) ABŞ ərazisini tam qorumur.
TASS xəbər verir ki, "Bloomberg"in məlumatına görə, Rusiya lideri bu fikri rejissor Oliver Stouna müsahibəsində bildirib.
"Bloomberg" agentliyinin jurnalistləri Stounun Putinlə silsilə söhbətləri əsasında hazırlanmış sənədli filmin fraqmentləri ilə tanış olublar.
"Bu gün müdafiə qalxanı Birləşmiş Ştatların ərazisini müdafiə edə bilməzdi məncə", - deyə agentlik Putinin sözlərini sitat gətirib.Muxalifet - 7-06-2017
Yol polisinin oğlu maşını aşırıb, yaralananlar var - FOTO
Hadisə Zığ yolunda baş verib
Bakının Xəzər rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
26 yaşlı Hacıyev Əli Etibar oğlu idarə etdiyi "Hyundai" markalı avtomobil ilə Zığ yolunda hərəkətdə olarkən sürət həddini aşıb və maşın idarəetmədən çıxaraq yolun kənarındakı yamacdan aşağı doğru aşıb.
Nəticədə sürücü Əli Hacıyev və avtomobildə olan 31 yaşlı sərnişin Nəsrullayev Şamil Mürsəl oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Avtomobil deformasiyaya uğrayıb.Muxalifet - 7-06-2017
"Rusiya və ABŞ arasında münaqişə olsa, heç kim sağ qalmazdı" - PUTİN
Rusiya və ABŞ arasında açıq və miqyaslı silahlı münaqişə olsaydı, heç kim sağ qalmazdı.
Bunu amerikalı kinorejissor Oliver Stouna müsahibəsində Rusiya prezidenti Vladimir Putin deyib.
Oliver Stoun Rusiya lideri ilə təkbətək söhbət əsasında dördseriyalı sənədli film çəkib. Ekran əsəri 12-15 iyun tarixlərində ABŞ-ın "Showtime" telekanalında nümayiş olunacaq.
"Düşünürəm ki, heç kim sağ qalmazdı", - deyə Putin "Moskva və Vaşinqton arasında qarşıdurma qaynar hərbi mərhələyə keçsəydi, ABŞ üstünlük əldə edə bilərdimi?" sualına cavabında bildirib.Muxalifet - 7-06-2017
Səudiyyə Ərəbistanından QƏTƏRƏ 10 ŞƏRT - ... VƏ 24 SAAT VAXT
Səudiyyə Ərəbistanı münasibətlərin normallaşdırılması üçün Qətərin qarşısına 10 şərt qoyub və bu şərtlərin icrasına iyunun 6-sı axşam saatlarından başlayaraq 24 saat vaxt verib.
bu barədə Səudiyyə Ərəbistanının “Əkbər əl en” nəşri məlumat yayıb.
Məlumata görə, şərtlərin sırasında İranla diplomatik əlaqələrin dərhal kəsilməsi, “Müsəlman qardaşlar” və HƏMAS hərəkatlarının üzvlərinin ölkədən çıxarılması, onların bank hesablarının dondurulması və bu qruplaşmalarla heç bir əlaqə qurulmaması yer alıb.Muxalifet2 - 7-06-2017
Bakıda kişi həyat yoldaşını xəstəxanalıq etdi – ONUNLA MÜBAHİSƏ ETDİYİ ÜÇÜN
Bakıda qadın əri tərəfin döyülərək ağır xəsarət alıb.
Hadisə Nəsimi rayonunda qeydə alınıb.
Zivərbəy Əhmədbəyov küçəsində 1996-ci il təvəllüdlü Qafarova Afaq Kamil qızı əri ilə mübahisə edib.
Nəticədə o, əri tərəfindən döyülərək ağır xəsarət alıb.
A.Qafarova xəstəxanaya yerləşdirilib.
Fakt üzrə araşdırma aparılır(report).Muxalifet2 - 7-06-2017
SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: İcbari sığortası olmayanlar bu gündən cərimələnəcək...
Bu gündən (iyunun 7-dən) sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamış avtonəqliyyat vasitələrinin sahibləri barəsində inzibati xəta haqqında elektron protokolların tərtib edilməsinə başlanılacaq.
Bu barədə Baş Dövlət Yol Polisi (DYP) İdarəsindən bildirilib.Muxalifet2 - 7-06-2017
BAKIDA DAHA BİR İNTİHAR: 28 yaşlı oğlan özünü asdı
Bakı şəhəri, Binəqədi rayonunda intihar hadisəsi baş verib.
Hadisə rayonun İlham Hacıyev küçəsi 24 ünvanında yerləşən fərdi evdə qeydə alınıb.
Belə ki, Binəqədi rayon sakini 1989-cü il təvvəllüdlü Elvin Etibar oğlu Osmanov yaşadığı evin talvarından iplə özünü asıb.
Fakla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatırma) maddəsi ilə cinayət işi açılıb, intiharın səbəbləri araşdırılır.Muxalifet2 - 7-06-2017
Dostunu əvvəl bıçaqladı, sonra xəstəxanaya apardı
Hadisə mübahisə zəminində baş verib
Bakının Qaradağ rayonunda 57 yaşlı kişi dostu tərəfindən bıçaqlanıb.
1960-ci il təvəllüdlü Məhərrəmov Nadir Xıdır oğlu Lökbatan qəsəbəsində dostu ilə yeyib içdikdən sonra mübahisə edib və nəticədə bıçaq xəsarəti alıb.
Hadisəni törədən şəxs N.Məhərrəmovu xəstəxanaya yerləşdirib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 7-06-2017
Ərdoğandan Qətər açıqlaması: "Biz əleyhinəyik"
Biz Qətərə qarşı sanksiyaları doğru hesab etmirik.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Bizə həmrəylik və əməkdaşlıq lazım olduğu dövrdə bu situasiya regiona heç bir xeyir gətirməyəcək. Biz Qətərlə diplomatik münasibətlərimizi davam etdirəcəyik”, – deyə o bildirib.Muxalifet - 7-06-2017
London məhkəməsindən Azərbaycan Beynəlxalq Bankı haqda QƏRAR
Nyu-York məhkəməsinin ardınca London məhkəməsi də Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivlərinin, habelə hüquqlarının xarici kreditorların iddia tələblərindən qorunması ilə bağlı müsbət qərar qəbul edib.
Bankın mətbuat xidmətindən verilən məlumata görə, qərara əsasən, ABB-nin xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesi zamanı xarici kreditorlar bankın aktivlərinə qarşı tələblər irəli sürə bilməyəcək. Bu qərar ABB-nin xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyası prosesini dəstəkləyir.Muxalifet2 - 7-06-2017
Davudoğlu istefasından danışdı: AKP nüfuzunu itirir
Ədalət və İnkişaf Partiyası (AKP) öz nüfuzunu sürətlə itirir.
Bu sözləri Əhməd Davudoğlu istefaya getməyinə səbəb olan "Pelikan dosyesi” ilə bağlı açıqlamasında deyib.
"Pelikan dosyesi adında bir hadisəyə şahid olduq. Təəssüf ki, partiyada bir çox ada qarşı bu edildi. Diyanət İşləri başçısı Məhməd Görməzə qarşı münasibət də buna bənzər bir hadisədir. Bizi ən çox üzən isə dostlarımızın mövzu ilə bağlı susmağıdır", - deyə bildirib.Muxalifet - 7-06-2017
Departament rəhbəri vəfat edib
“Aqrarkredit” bank olmayan kredit təşkilatının (BOKT) departament rəhbəri dünyasını dəyişib.
Bu barədə təşkilatın yaydığı elanda deyilir.
Belə ki, “Aqrarkredit”in Problemli kreditlərlə iş departamentinin direktoru Tofiq Əliyev vəfat edib.
“BOKT-un rəhbərliyi Tofiq Əliyevin vəfatından kədərləndiyini bildirir”, - deyə elanda qeyd edilib.
Qeyd edək ki, “Aqrarkredit”in səhmlərinin 100%-i dövlətə məxsusdur. Ölkə başçısının müvafiq fərmanına əsasən Azərbaycan Beynəlxalq Bankının problemli aktivləri adıçəkilən BOKT-a ötürülür.Muxalifet - 7-06-2017
Ermənistanda siyasi böhran: Ermənistan mediası yazır...
Karen Karapetyan uzun müddət Ermənistan baş naziri olaraq fəaliyyət göstərməyəcək.
Bu barədə informasiyanı “Joxovurd” qəzeti yayıb.
“Respublika Partiyası ictimaiyyəti səssizcə baş nazirin gedişinə hazırlayır. Karapetyanı bu vəzifədə Serj Sərkisyanın əvəz etməsi gözlənilir. Təsadüfi deyil ki, bir müddət öncə vitse-spiker Eduard Şarmazanov parlamentli sistemdə hakimiyyətin baş nazirə yox, siyasi komandaya aid olduğunu söyləyirdi”, – deyə məqalədə bildirilib.Muxalifet - 7-06-2017
“Azərbaycan” Nəşriyyatından ŞOK GÖRÜNTÜLƏR – DİSKO KLUB, MÜXTƏLİF SEXLƏR... - VİDEO
Bir neçə həftə oncə Turaninfo.org saytında Xaçmazdan olan keçmiş deputatın oğlunun “Azərbaycan” Nəşriyyatında Disko Klub açdığı haqda məlumat vermişdik. Qey etmişdik ki, keçmiş deputatın oğlu “Azərbaycan” Nəşriyyatından icarəyə yer götürüb, oranı təmir etdirərək Disko Klub kimi işlətmək qərarına gəlib.
Xatırladaq ki, aprelin 29-da çoxsaylı imkanlı gənclərin iştirakı ilə Disko Klubun açılışı da olub. Bu tədbirdə iştirak etmək üçün əvvəlcədən biletlərin onlayn satışı təşkil edilib. Hətta Avropadan dicey qismində əcnəbi də gətizdirilib.Muxalifet2 - 7-06-2017
ABŞ Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib
ABŞ dövlət katibi Reks Tillerson Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib.
Dövlət Departamentinin açıqladığı bəyanatda deyilir:
"Amerika xalqı adından Azərbaycan xalqına Respublika Günü münasibətilə səmimi təbriklərimi çatdırıram.Muxalifet - 7-06-2017