İran da “kürd dövləti”nə qarşı çıxdı

Rəsmi Tehran İraqın ərazi bütövlüyünü dəstəkləyir.
 
Bu barədə İran XİN-in bəyanatında deyilir. İran XİN rəsmisi Bəhram Qasımi Kürdüstan vilayətini İraqın ayrilmaz tərkib hissəsi hesab etdiklərini bəyan edib.
“Sakitlik və demokratiyanın hökm sürdüyü vahid İraq dövləti bütün İraq vətəndaşlarının hüquqlarının təminatçısıdır. Kürdüstan İraqın ayrılmaz tərkib hissəsidir və İran bunu dəstəkləyir”- deyə o bildirib.
Qasımi Tehranın İraqın yanında olduğunu bildirib.
Xatırladaq ki, İraq Kürd Regional Vilayətində 25 sentyabrda müstəqilliklə bağlı referendum keçirilməsi haqda qərar verilib. Türkiyə, Almaniya, ABŞ və s. ölkələr qərarın əleyhinə çıxıblar və İraqın ərazi bütövlüyünü dəstəkləyiblər.