Axtarış
The search found 105706 results in 0.05 seconds.
Search results
Qərb Ermənistana kömək etməyəcək, ÇÜNKİ.. – Erməni ekspertdən açıqlama
"Qərbdə düşünürlər ki, Qarabağda müharibə olmayacaq, lakin reallıqda Azərbaycan ərazilərin azad olunması üçün güc yolunu əsas variant kimi saxlayır və ordunu bu istiqamətdə kökləyir”.
Bu barədə erməni politoloq İqor Muradyan deyib.Muxalifet - 5-06-2017
Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilib
Azərbaycan prezidenti İlham Əliyev Elçin Quliyevin Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” fərman imzalayıb.Muxalifet - 5-06-2017
Prezident Məhərrəm Əliyevi nazir müavini təyin etdi - SƏRƏNCAM
Məhərrəm Əliyev ədliyyə nazirinin müavini təyin edilib.
Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bu gün sərəncam imzalayıb.
Qeyd edək ki, M. Əliyev buna qədər Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.Muxalifet - 5-06-2017
Bakıda üzərində PKK-nın bayrağı və “Kürdüstan” xəritəsi olan hərbi geyimlər satılır –FOTOLAR
Avropa.info xəbər verir ki, etiketlərində Türkiyədə istehsal olunduğu qeyd edilən maykalar hərbi geyim formasında tikilib.
Ehtimal olunur ki, bu maykalar ya Türkiyədə kustar üsullarla istehsal olunub, ya da başqa bir yerdə tikilərək üstünə Türkiyə etiketləri vurulub. Bu maykaların hansı yolla Azərbaycana gətirildiyi bilinmir. Ancaq onu deyə bilərik ki, həmin geyimlər heç bir məhdudiyyət olmadan açıq şəkildə satılır.Muxalifet - 5-06-2017
Şəhid anası Ziya Məmmədovun xalası oğlundan şikayətçidir – “YAŞAR MƏMMƏDOV MƏNİ ALDADIB…”
Ucar rayon sakini, Dədə Qorqud yaşayış məhəlləsi ev 7 mənzil 8 də yaşayan şəhid anası Ələkbərova Şahnaz Abbas qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya müraciət edən şikayətçi yazır:
“Hörmətli Prezident!
Hörmətli Mehriban xanım!Muxalifet2 - 5-06-2017
"Belə ideyalar dövləti məhv edir" - Sərdar Cəlaloğlu
ABŞ kimi nəhəng dövlətlərin xarici siyasəti 5-10 il müddətinə hesablanmır. Əksinə, nəhəng dövlətlərin xarici siyasəti 50-100 illik strateji xəttə uyğun olaraq hazırlanır. Bu zaman prezidentlərin bu xətti dəyişməsi sıfıra yaxın olur.
Bunu Teleqraf.com-a ABŞ Prezidenti Donald Trampın xarici siyasət kursunu şərh edən ADP sədri Sərdar Cəlaloğlu deyib.Muxalifet - 5-06-2017
İNTİHARLAR ARTIR, AİLƏLƏR DAĞILIR - KREDİTƏ GÖRƏ GƏRGİNLİK
Natiq Cəfərli: "Kredit hər ailəyə təsir edəcək problemə çevrilib. Bu da intiharlar, ailələrin dağılması, sosial vəziyyət, yaşam səviyyəsinin aşağı düşməsi ilə bağlı problemlər artır"
"Kreditlərlə bağlı banklar və müştərilər arasındakı problemlər artıq kritik həddə çatıb”.
Bunu Sherg.az-a borca görə intihar edənlərin artmasına münasibət bildirərkən iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O xatırladıb ki, ölkədə təqribən 2 milyona yaxın insanın kredit borcu var:Muxalifet - 5-06-2017
"Bandotdel" qadını şantaj edərək külli miqdarda pulunu alan şəxsi həbs etdi - FOTO/ VİDEO
Daxili işlər orqanları tərəfindən müxtəlif şəxslər barəsində guya rüsvayedici məlumatlar yayacağı adı altında onları hədələyərək qanunsuz olaraq pul tələb edən şəxs ifşa olunub.
ARB TV xəbər verir ki, baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən və Ağcəbədi rayon sakini olan qadın əvvəldən tanıdığı Rakif adlı şəxsin onu barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, külli miqdarda pul tələb etdiyi barədə məlumat verib.Muxalifet3 - 5-06-2017
“Hakimiyyətdə Rusiyanın “5-ci kolon"unu müdafiə edənlər var" - İQBAL AĞAZADƏ
“Onlar ictimai kampaniya təşkil etsələr ki, Avrasiya İttifaqına daxil olaq, Rusiya bunu dərhal dəstəkləyəcək”
Son zamanlar Azərbaycanda “5-ci kolon”un fəallaşması ilə bağlı məsələlər geniş müzakirə obyektinə çevrilib. Hamıya məlumdur ki, üç il öncədən başlayaraq, bəzi QHT rəhbərləri, siyasətçilər səviyyəsində şəxslərin həbsi ilə Qərbə yaxın olan qüvvələr tamamilə sıradan çıxarıldı. Amma bundan fərqli olaraq, Rusiyaya yaxın olan “5-ci kolon” üzvlərinə təzyiqlər olmur, hətta onlar yüksək postlarda təmsil olunurlar.Muxalifet - 6-06-2017
Kamal Abdullanın siyasi karyerasına Şeyx əngəli - SENSASİON İDDİA
Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçi vəzifəsinə təyin edilməyən sabiq müşavirin siyasi komandadan uzaqlaşdırılması “ehsan qadağası” ilə əlaqələndirilir; amma başqa versiya da var...
Muxalifet - 6-06-2017
Mətbuata məxfi sənədləri ötürən qadın həbs olundu
ABŞ hakimiyyəti mətbuata məxfi sənədlərin verilməsində ittiham olunan dövlət podratçısını həbs edib.
RİA Novostinin verdiyi məlumata görə, bu haqda ABŞ Ədliyyə Nazirliyi xəbər verir.
Bildirilir ki, məxfi sənədləri Pluribus International Corporation şirkətinin 25 yaşlı əməkdaşı Rieliti Vinner mətbuata ötürüb. O, fevralda işə qəbul edilib və həmin vaxtlarda da "tam məxfi" qrifi altında olan məlumatlarla işləməyə başlayıb.Muxalifet - 6-06-2017
"Rusiya Ermənistana hər cür müasir silahları pulsuz ötürür" - QABİL HÜSEYNLİ
Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb:
- ATƏT-in Minsk Qrupunun həmsədrləri iyunun 10-da Azərbaycanın işğal altındakı ərazilərinə səfər edəcək. Sizcə, bu, ənənəvi səfərlərdən biri olacaq, yoxsa nələrsə gözləməyə dəyər?Muxalifet - 6-06-2017
Cavid Qurbanov məcburi köçkünün oğluna 11 il iş verdirib - ŞOK SƏBƏB
Kəlbəcər köçkünü Əli Bayramov: “Oğlumu vəzifəyə gətirmək adıyla 320 min manat pulumu mənimsəyib, özünü də qazamatda çürüdürlər”
Muxalifet3 - 6-06-2017
Putin mediasının Azərbaycanda kəşfiyyat-pozuculuq fəaliyyəti – ƏZİZ ƏLİYEVİ KİM HİMAYƏ EDİR?
“...Azərbaycanda “Sputnik” İnformasiya Agentliyinin fəaliyyət göstərməsi təqdir olunmalıdır... Amma heç bir halda imkan vermək olmaz ki, bu gün iddia olunduğu kimi, “Sputnik Azərbaycan”ın fəaliyyətindən ermənilər istifadə etsin... Rusiyadakı erməni lobbisinə xidmət etdiyi vurğulanan “azərbaycanlı” Əziz Əliyevin bu saytın başında saxlanılması ən azı ölkəmizin milli maraqlarına ziddir”
Muxalifet3 - 6-06-2017
Baş prokuror: "Casus şəbəkəsinin ifşasında Müdafiə Nazirliyinin rolu böyükdür"
Bunu bu gün baş prokuror Zakir Qaralov bildirib.
Muxalifet - 6-06-2017
BAŞ REDAKTOR ZAKİR QARALOVA MÜRACİƏT ETDİ
“Hürriyyət” qəzeti və Hurriyyet.org saytının Baş redaktoru Vüqar Məmmədov Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova müraciət edib.
Müraciətdə deyilir:
“Cənab Baş prokuror!Muxalifet3 - 6-06-2017
"Korrupsiyaya qarşı ciddi mübarizə aparılır” – FUAD ƏLƏSGƏROV
“Azərbaycan mədəniyyətlərarası dialoqun yaradılmasına böyük əhəmiyyət verir. Azərbaycan tolerant ölkədir. Ölkəmizdə bir neçə beynəlxalq yarışlar, tədbirlər keçirilib. Bu gün Azərbaycan iqtisadi dayanıqlığa əsaslanan ölkədir. Ölkədə insan hüquq və azadlıqları təmin edilib”.
Bunu Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclasında deyib.Muxalifet3 - 6-06-2017
Putin agentlərini Qarabağa göndərdi - Qorxulu MƏXFİ PLAN İŞƏ DÜŞDÜ
Rusiya Ermənistandakı Erubuni hərbi bazasına MiQ-29 təyyarələri göndərəcək. “Voennoye obozreniye” nəşrinin məlumatına görə, Rusiyanın Kurskda yerləşən Qərb Hərbi Dairəsinin 14-cü alayına məxsus Xalino aerodromuna çoxtəyinatlı “Su-30SM” qırıcı təyyarələri gətiriləcək.
Muxalifet3 - 6-06-2017
Ziya Məmmədovun oğlu biznes aktivlərindən daha birini əldən verdi
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bir vaxtlar iqtisadiyyatın az qala bütün sektorlarına sirayət etmiş ailə biznes imperiyası sürətlə sökülməkdədir və belə görünür ki, məmmədovlar klanının iqtisadiyyatda mövcudluğu tamamilə aradan qalxmaqdadır. Bu klanın əlindən çıxan növbəti biznes aktivi isə məşhur KFC restoranları şəbəkəsidir.
Muxalifet3 - 6-06-2017
Zakir Qaralov: "Bu adamlar xarici maşınları necə alır və mühafizəçilər saxlayırlar?"
Azərbaycanın baş prokuroru Zakir Qaralov hesab edir ki, müxalif siyasi partiyalar və bir sıra qeyri-hökumət təşkilatları (QHT) maliyyə şəffaflığı tələblərini pozur.
Muxalifet3 - 6-06-2017