Axtarış

The search found 105706 results in 0.009 seconds.

Search results

  1. Bakıda 5 yaşlı qızın başına gələn DƏHŞƏTLƏR: zorlanma, QİÇS və...

    "Bakıda polis tərəfindən çılpaq və üzərində zorakılıq əlamətləri ilə tapılan 5 yaşlı qızda QİÇS aşkarlanması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir".
    Muxalifet.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Usaqlar Birliyinin sədr müavini, Uşaq Sığınacağı Reinteqrasiya mərkəzinin direktoru Vasif Akifli deyib.
    Onun sözlərinə görə, həmin qız hazırda sığınacaqdadır:

    Muxalifet - 31-05-2017

  2. Tramp Paris razılaşmasından çıxdı

    ABŞ Prezidenti Donald Tramp ölkəsinin Paris iqlim müqaviləsindən çıxması haqqında qərar qəbul edib.
     
    Bu barədə informasiyanı “Axios” informasiya portalı yayıb.
    Qeyd edək ki, Tramp bundan öncəki seçkiqabağı təşviqat kampaniyası zamanı Paris müqaviləsindən ABŞ-ı çıxaracağını bəyan etmişdi.

    Muxalifet - 31-05-2017

  3. İnvestorlar Rusiyadan qaçırlar - PULLAR XARİCƏ DAŞINIR

    Xarici investorlar Rusiya aksiyalarının satışını sürətləndiriblər.
    Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı Amerikanın ETF fond birjası yayıb. Birja may ayında xarici investorların 81 milyon dollarlıq səhmlərdən yaxasını qurtardığını bildirib. Aprel ayında isə bu göstərici 75,6 milyon dollar təşkil edib. Ümumilikdə fonddan ilin əvvəlindən indiyə qədər 228 milyon dollar daşınıb. Bununla da Donald Trampın prezident seçilməsindən sonra fond vasitəsilə Rusiya bazarına investisiya yatıranların yarısı buranı tərk edib.

    Muxalifet - 31-05-2017

  4. Polşa Rus qazından imtina edir - MAVİ YANACAQ ABŞ-dan ALINACAQ

    Polşa ümumiyyətlə Rusiya qazından imtina edə bilər
     
    Polşa artıq iyun ayının ortalarında ABŞ maye qazının ilk partiyasını almağa hazırlaşır.
    "Vestifinance.ru" saytı xəbər verir ki, bu barədə "LNG World News" məlumat yayıb. Məlumatda bildirilir ki, qaz ABŞ-ın "Cheniere" şirkəti tərəfindən ixrac olunur.

    Muxalifet - 31-05-2017

  5. Azərbaycan şahmatçısı tarixi nailiyyətə imza atdı - 2800 XAL

    O, ölkə tarixində ilk dəfə reytinq xalını 2800-ə çatdırıb
     
    FIDE dünya şahmatçılarının yeni reytinq siyahısını açıqlayıb. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 5-ci pilləyə yüksəlib.

    Muxalifet - 31-05-2017

  6. Əfqan Muxtarlı “vicdan məhbusu” elan olundu - TİFLİSDƏ AKSİYA

    Jurnalist Səbayel rayon məhkəməsinə gətirilib; ona qarşı əlavə ittiham irəli sürülüb
     
    Haqqında həbs qətimkan tədbiri "seçiləcəyi" gözlənilən jurnalist Əfqan Muxtarlı Səbayel rayon məhkəməsinə gətirilib, BBC Azərbaycancanın müxbiri Günel Səfərova bildirib.
    Bundan əvvəl vəkil Elçin Sadıqov deyib ki, Əfqan Muxtarlıya yeni ittiham irəli sürülüb:
    "Yeni ittiham Cinayət Məcəlləsinin 315.2 - guya sərhəd xidməti əməkdaşının həyat və sağlamlığına zor tətbiq edib", vəkil əlavə edib.
    Əfqan Muxtarlı məhkəməyə gətirilib

    Muxalifet - 31-05-2017

  7. Avropa Şurası Azərbaycanla əlaqəli KORRUPSİYA TƏHQİQATINA BAŞLADI

    Avropanın insan haqları üzrə ən yüksək müşahidəçisi olan Avropa Şurası, Parlament Assambleyasının (AŞPA) bəzi üzvlərinin Azərbaycan hökumətinin göstərişlərini yerinə yetirməsindən şübhələnərək istintaqa başlayıb.
     
    İstintaqı insan haqları məsələləri üzrə ixtisaslaşan və tanınmış üç hakim aparır.
    Onlar AŞPA üzvlərinin Azərbaycan nümayəndə heyəti üzvlərindən rüşvət alması barədə iddiaları yoxlamalıdırlar.
    Azərbaycanın 2013-cü ildə AŞPA qərarına təsir göstərməsi barədə şübhələr var.

    Muxalifet - 31-05-2017

  8. Sınaq imtahanının nəticələri açıqlanıb

    Dövlət İmtahan Mərkəzi (DİM) mayın 27-də keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.
     
    Mərkəzdən verilən məlumata görə, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

    Muxalifet - 31-05-2017

  9. Polis maşını ilə toqquşan “Porsche”nin sahibi “Binə Kəbirə”nin qardaşı oğludur - FOTO

    Ötən gün polisin ölümü ilə nəticələnən dəhşətli qəzanın bəzi təfərrüatları məlum olub.
    Yenicag.az-ın məlumatına görə, Bibiheybət yolundakı faciəvi qəzanın səbəbkarlarından biri olan “Porsche” markalı avtomobilin sürücüsü Rövşən Aydın oğlu Məmmədov Azərbaycanda “Binə Kəbirə” kimi tanınan məşhur iş xanımı Kəbirə Məmmədovanın qardaşı oğludur.
    1974-cü il təvəllüdlü Rövşən Məmmədov hazırda xəstəxana şəraitində müalicə olunur. O, əvvəlcə Travmotologiya İnstitutuna yerləşdirilsə də, daha sonra özəl klinikalardan birinə köçürülüb.

    Muxalifet - 31-05-2017

  10. PREZİDENTDƏN ŞOK TƏLƏB - Marqvelaşvili Əfqan Muxtarlı ilə bağlı araşdırma göstərişi verdi

    Çərşənbə günü mətbuata verdiyi bəyanatında Gürcüstanın Prezidenti Georgi Marqvelaşvili Əfqan Muxtarlının Gürcüstandan çıxarılmasına dair iddiaların araşdırılmasını tələb edib.
    O, deyib ki, "bir şəxsin Gürcüstan ərazisindən yox olması... bizim suverenliyimiz və dövlətçiliyimizə qarşı ciddi çağırışdır".
    Prezident Gürcüstanın regionada media və insan haqqlarının qorunmasında lider olduğunu xatırladaraq, bu sahədə yüksək standartlara sahib olmağın Gürcüstan dövlətçiliyi üçün mühüm olduğunu vurğulayıb.

    Muxalifet - 31-05-2017

  11. Gürcüstanın baş prokuroru Muxtarlının Gürcüstanı necə tərk etdiyini bilmir

    Gürcüstanın baş prokuroru İrakli Şotadze Əfqan Muxtarlının Gürcüstanı necə tərk etdiyini bilmir.
     
    Jurnalistlərin Azərbaycanlı jurnalistin Gürcüstandan çıxarılmasının doğru olub-olmadığı barədə suallarına cavabda prokuror deyib: "Hər şeyi istintaq müəyyən edəcək. Mən deyə bilmərəm ki, o, ölkəni tərk edib", xəbəri Gruziya online yayıb.
    "DİN-də araşdırma başlayıb. İşlər aparılır və bütün müvafiq istintaq hərəkətləri həyata keçiriləcək", deyən prokuror bu işlə əlaqədar "müəyyən şəxslərin məsuliyyəti" məsələsinin ortaya çıxa biləcəyini istisna etməyib.

    Muxalifet - 31-05-2017

  12. Müsavat jurnalistin dərhal azad edilməsini tələb edir - BƏYANAT

    Müsavat Partiyası Azərbaycan hökümətinin tənqidçisi jurnalist Əfqan Muxtarlıya qarşı baş verənləri qanunsuz sayır.
    Partiya Tbilisidə saxlandığı halda guya sərhədi pozması kimi absurd ittiham verilməsini inanılmaz riyakarlıq hesab etməklə, xüsusi xidmət orqanlarının Gürcüstan ərazisində keçirdiyi həbs əməliyyatını və ona qarşı münasibəti vandalizm hadisəsi kimi qiymətləndirir. Bu baxımdan, Azərbaycan hakimiyətindən jurnalistin dərhal azad edilməsini tələb edir.

    Muxalifet - 31-05-2017

  13. Hüquq müdafiəçisinin şəxsiyyət vəsiqəsini kim ləğv edib?

    Vətəndaş cəmiyyəti fəalı və hüquq müdafiəçisi Samirə Ağayevanın şəxsiyyət vəsiqəsi ləğv edilib. O, bundan təsadüfən xəbər tutub və məsələnin aydınlaşdırılması üçün DİN rəhbəri Ramil Usubova müraciət etmək niyyətindədir.
     
    S.Ağayeva Turan agentliyinə bildirib ki, bu barədə notariusda olarkən bilib və məlum olub ki, sistemdə belə sənəd yoxdur. Ona polisə müraciət etməyi məsləhət görüblər.

    Muxalifet - 31-05-2017

  14. Gürcüstan ombudsmanı hökumətin Əfqan Muxtarlının oğurlanmasına reaksiya verməsini tələb edir

    Gürcüstanın xalq müdafiəçisi (ombudsman) Uça Nanuaşvili hesab edir ki, hüquq- mühafizə orqanları azərbaycanlı jurnalist Əfqan Muxtarlının yoxa çıxması faktına dərhal və effektiv şəkildə reaksiya verməlidir. Bu barədə ombudsmanın bəyanatında deyilir.
     
    "Azərbaycanlı jurnalist Əfqan Muxtarlı mayın 29-da axşam saatlarında Tbilisidə yoxa çıxıb. Ailəsinin bildirdiyinə görə, Əfqan Muxtarlının jurnalistika fəaliyyəti Azərbaycan hökumətinin tənqidinə yönəlib. Buna görə Əfqan Muxtarlı davamlı olaraq müxtəlif şəxslər tərəfindən təqib olunub.

    Muxalifet - 31-05-2017

  15. Əfqan Muxtarlı 3 aylıq həbs olundu - MƏHKƏMƏ QƏRARI

    Bu gün Səbail Rayon Məhkəməsində Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
     
    Hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

    Muxalifet - 31-05-2017

  16. Rusiyadan sərt addım: 7 DİPLOMAT DEPORTASİYA EDİLDİ

    Rusiya 5 moldovalı diplomatın ölkədən deportasiya edilməsi barədə qərar verib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib.
    Bəyanatda bildirilir ki, 31 mayda Moldova səfirliyinin müşaviri Nikolay Mıyinya Xarici İşlər Nazirliyinə çağırılıb və ona 29 mayda 5 rus diplomatın Kişniyovdan göndərilməsinə qarşılıq Moskvadakı 5 moldovalı diplomatın arzuolunmaz şəxs elan edildiyi barədə nota verilib.

    Muxalifet - 31-05-2017

  17. Oğlu üçün Ermənistan vətəndaşlığından imtina edir

    Əsli Asanyan: “Xidmət edənlərə belə münasibətə görə mən hamını hərbi xidmətdən imtina etməyə çağırıram”
     
    Ermənistanın Gümrü şəhərininin sakini, yezidi kürd, tənha-ana Əsli Asanyan 20 yaşlı keçmiş əsgər oğlunu müalicə etdirmək üçün yaşadığı kiçik evi satanacağını bildirib.
    Ermənistan KİV xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi onun əsgərlikdən əlil qayıdan oğlu Artura Asanyanın müalicəsi ilə bağlı müraciətini cavablandırmayıb.

    Muxalifet - 31-05-2017

  18. ABŞ rəsmisi: "Cənub Qaz Dəhlizi ilə bağlı danışıqlar aparırıq"

    Cənub Qaz Dəhlizi kimi bir çox ölkələrin ərazisindən keçən layihələrdə açıq dialoqun olması vacibdir
     
    ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqan "Cənub Qaz Dəhlizi" layihəsində yaranmış gecikmələrə münasibət bildirib.
    Amerikalı diplomat jurnalistlərə açıqlamasında deyib ki, Cənub Qaz Dəhlizi kimi bir çox ölkələrin ərazisindən keçən layihələrdə açıq dialoqun olması vacibdir.

    Muxalifet - 31-05-2017

  19. "Gürcüstan ictimaiyyəti Əfqan Muxtarlının işini ört-basdır etməyə imkan verməyəcək" – DEBAT

    Siyasi Məhbusların Hüquqlarını Müdafiə Cəmiyyəti çərşənbə günü jurnalist Əfqan Muxtarlının həbsi ilə bağlı ictimai dinləmələr keçirib.
     
    Müsavat Partiyasının lideri Arif Hacılı işçi qrup və ya Əfqan Muxtarlının hüquqlarını müdafiə qrupu yaratmağı və bütün maraqlı tərəfləri və qüvvələri bu qurumda birləşdirməyi təklif edib. O, bu məqsədlə Müsavat Partiyasının ofisində yer ayırmağa hazır olduğunu bildirib.

    Muxalifet - 31-05-2017

  20. ​Türkiyə vətəndaşları Rusiyaya vizasız gedə biləcək – PUTİN GÖSTƏRİŞ VERDİ

    Rusiya prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinə Türkiyəni, iki ölkə arasında vətəndaşların gediş-gəlişi barədə sazişin qismən bərpa edilməsi ilə bağlı məlumatlandırmağı tapşırıb. Bu barədə Kremldən bildiriblər.
    Bununla bağlı, Rusiya XİN-i Türkiyəyə müvafiq məlumat göndərməlidir.
    Söhbət 2010-cu ildə bağlanmış ikitərəfli sazişdən gedir.
    Həmin sənəd Türkiyə vətəndaşlarına Rusiyaya vizasız gediş-gəliş haqqı verir.

    Muxalifet2 - 31-05-2017

Pages