Axtarış
The search found 105706 results in 0.008 seconds.
Search results
İrəvanın “MƏXFİ” silahı, YOXSA, növbəti DEZİNFORMASİYA
Ermənistan Müdafiə Nazirliyinin müdafiə siyasəti idarəsinin rəisi Levon Ayvazyan ötən həftə erməni ordusunun məxfi silaha malik olduğu haqda danışdı. Ayvazyan erməni jurnalistlərinin önündə bildirdi ki, “Ermənistan zərbə vuran pilotsuz uçuş aparatlarına (BPLA) malikdir, lakin gəlin, bu haqda danışmayaq və məxfiliyi saxlayaq”.
Olduqca iddialı görünən bu açıqlamanın arxasında hansı məqsədlərin dayandığı, yaxud həqiqətən də erməni ordusunun dünyanın barmaqla sayılacaq qədər az ölkəsində olan bu silaha sahib olması sualları cavabsız qalır.Muxalifet - 1-06-2017
“Gürcüstanın demokratik imicini geri qaytarması üçün hələ də şansı var” - MÜSAHİBƏ
NİDA Vətəndaş Hərəkatı idarə heyətinin üzvü Ülvi Həsənli Səbail Rayon Məhkəməsinin jurnalist Əfqan Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçməsi barədə Amerikanın Səsinə müsahibə verib.
Muxalifet - 1-06-2017
Azərbaycanın "uşaq göstəriciləri" Cənubi Qafqazda ən aşağıdır
"The İndependent" 1 iyun Beynəlxalq Uşaqların Müdafiəsi günündə yazır ki, bütün dünyada 28 milyon uşaq müharibə və münaqişələrə görə yurd-yuvalarından didərgin düşüb.
Save the Children beynəlxalq uşaq hüquqlarının müdafiəsi xeyriyyə təşkilatının yeni hesabatında deyilir ki, bu günün uşaqları itirilmiş nəsil ola bilər, çünki onların uşaqlıq illəri "oğurlanıb".
Təşkilat uşaqların ən yaxşı və ən pis yaşadıqları ölkələrin qlobal indeksini tərtib edib.Muxalifet - 1-06-2017
Mübariz Məsimovun Tramp və Ərdoğanla işbiriliyi var? - “Palmali” Şirkətlər Qrupundan RƏSMİ CAVAB
Araşdırma Jurnalistikasının Avropa Şəbəkəsi (EİC) Türkiyədə bizneslə məşğul olan Azərbaycan əsilli iş adamı Mübariz Mənsimov haqda gizli məlumatlar dərc edib.
Yeni sənədlər Mənsimovun ABŞ prezidenti Donald Tramp və Türkiyə lideri Ərdoğanla biznes əlaqələrindən bəhs edir.Muxalifet - 1-06-2017
“Azərişıq”da yeni bildiriş oyunu - KÜTLƏVİ HÜQUQ POZUNTUSU
“Azərişıq” ASC-nin tabeliyində olan rayon enerji təchizatı idarələri yaşayış binalarının girişində məzmunu qanunvericiliyin tələblərinə uyğun olmayan xəbərdarlıqlar yapışdırırlar.
Hətta heç bir borcu olmayan abunəçilərin işığının kəsilməsi faktları da mövcuddur. Bu məlumatı oxu.az yayıb.Muxalifet - 1-06-2017
Fransa Əliyev və Sarkisyanı görüşdürmək istəyir
"ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesində həmişə aktiv iştirak edir"
“News.am” xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye bu gün keçirdiyi mətbuat konfransında deyib.
Səfirin sözlərinə görə, həmsədrlər mütəmadi olaraq hər iki ölkənin prezidentləri və XİN rəhbərləri ilə əlaqə saxlayır.
Diplomat vurğulayıb ki, təxminən 10 gündən sonra həmsədrlər regiona səfər edəcəklər.Muxalifet - 1-06-2017
“Övladımın sağalması üçün 15 min manata ehtiyacım var” - BİRİNCİ VİTSE-PREZİDENTƏ MÜRACİƏT
Ağdaş rayonu Zeynəddin kənd sakini Nuriyev Pünhan Camal oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına məktub daxil olub. Müəllif saytımız vasitəsilə imkanlı şəxslərə müraciət edərək, onlardan kömək istəyir:
“Mənim övladım 01.10.2014-cü il tarixdə anadan olmuş körpə Abbasın ölməyib həyatda yaşamasına kömək etməyi imkanlı və mərhəmətli insanlardan xahiş edirəm. Körpə Abbasın beynində anadangəlmə xəstəlik var ki, qulağından və sidiyindən çirk gəlir.Muxalifet2 - 1-06-2017
"İrəvan işğal etdiyi bəzi mövqeləri qaytara bilər" – AÇIQLAMA
Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı tərəfdir. Çünki Azərbaycanla Ermənistanla arasında müharibə yenidən qızışsa, bu ilk növbədə Rusiyanın ziyanına olacaq.
Ona görə də rəsmi Moskva tərəflərə müxtəlif mesajlar göndərir və bu məsələnin hər vəchlə həlli üçün addımlar atır. Lakin Ermənistan hər şeyini verib Rusiya ilə ağlasığmayan ittifaq yaratmaqla mövcud status-kvonu saxlamaq və münaqişənin həllinin uzanmasını istəyir. Amma bu məsələ gec-tez həll olunmalıdır. Bunu hamı başa düşür, Ermənistandan başqa...Muxalifet - 1-06-2017
Fuad Ələsgərov Prezident köməkçisi təyin olundu
Azərbaycan Prezidenti İlham Əliyev Prezident Administrasiyasının strukturunu dəyişib.
Muxalifet.az xəbər verir ki, Administrasiyanın yeni strukturuna əsasən, Fuad Ələsgərov hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə Prezidentin köməkçisi təyin edilib.
Bundan əvvəl Prezidentin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev idi.Muxalifet3 - 1-06-2017
HRW: Jurnalisti kriminal yolla oğurlayıblar
Human Rights Watch (HRW) beynəlxalq hüquq-müdafiə təşkilatı Gürcüstanda azərbaycanlı jurnalistin oğurlanmasını və Azərbaycanda ona qarşı cinayət ittihamının irəli sürülməsini pisləyib.
Təşkilat Gürcüstan hakimiyyətini jurnalistin oğurlanmasını operativ araşdırmağa, Azərbaycan hökumətini isə onu dərhal azad etməyə və ittihamları götürməyə çağırıb.
Ə.Muxtarlı və onun xanımı, araşdırmaçı jurnalist Leyla Mustafayeva Azərbaycan hakimiyyətinin təqiblərindən qaçmaqdan ötrü 2015-ci ildən Gürcüstanda yaşayırlar.Muxalifet - 1-06-2017
Sərhədsiz Reportyorlar: Əfqan Muxtarlının oğurlanması çox ciddi insidentdir
"Sərhədsiz Reportyorlar" beynəlxalq hüquq müdafiə təşkilatı Gürcüstan hakimiyyətini 2015-ci ildən bu ölkədə yaşayan azərbaycanlı jurnalist Əfqan Muxtarlının necə oğurlanaraq Azərbaycana verilməsinə aydınlıq gətirməyə çağırıb.
“Gürcüstan hakimiyyəti Əfqan Muxtarlı ilə bağlı nə baş verdiyini dərhal açıqlamalı və Gürcüstanda yaşayan digər azərbaycanlı dissidentlərin təhlükəsizliyini təmin etməlidir", təşkilatın məlumatında deyilir.Muxalifet - 1-06-2017
"Gözəl Bayramlı və Əfqan Muxtarlının tutulması absurddur" - NOVELLA CƏFƏROĞLU
Hüquq müdafiəçisi Amerikanın Səsinə müsahibəsində son həbslər və insan hüquqlarının durumundan danışıb
Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu Amerikanın Səsinə müsahibəsində AXCP sədrinin müavini Gözəl Bayramlının, jurnalist Əfqan Muxtarlının həbsi, ölkədə insan haqlrının durumundan danışıb."Bu gün Gözəl Bayramlının tutulması heç də Azərbaycana baş ucalığı gətirmirəyəcək"
Muxalifet - 1-06-2017
Avropa komissarı Əfqan Muxtarlının oğurlanmasından narahatdır
Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib
“Mən azərbaycanlı jurnalist və fəal Əfqan Muxtarlının başına gələnlərdən sarsılmışam. O, Tbilisidə oğurlanıb, amansızcasına döyülüb, güclə Azərbaycana verilib. Orada onu qaçaqmalçılıq və sərhəddi qanunsuz keçmək ittihamı ilə həbs ediblər”. Bu barədə Avropa insan hüquqları komissarı Nils Mujnieks bildirib.Muxalifet - 1-06-2017
Jurnalist istintaq idarəsinə aparılıb
Jurnalist Əziz Orucov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsinə aparılıb.
Bu barədə hüquq müdafiəçisi Samir Kazımov facebook səhifəsində yazıb.
“Vəkil Elçin Sadıqovla "Siyəzən işi" məhkəməsindəyik. İndicə Elçin bəyə müstəntiq zəng edərək jurnalist Əziz Orucovun Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparıldığını dedi. Müstəntiq bildirib ki, Əziz Orucov vəkil kimi Elçin Sadıqovu istəyib. Vəkil məhkəmədən çıxıb ora gedəcək”, o yazıb.Muxalifet - 1-06-2017
Altay Həsənova yeni vəzifə verildi - SƏRƏNCAM
O, Azərbaycanın I vitse-prezidentinin Katibliyinin rəisi təyin olundu
Muxalifet.az xəbər verir ki, Altay Həsənov Azərbaycanın I vitse-prezidentinin Katibliyinin rəisi təyin olunub.
A. Həsənov 2002-ci ildən etibarən Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidentidir.Muxalifet - 1-06-2017
Fatma Abdullazadə vəzifəsindən azad olundu
Azərbaycan Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə vəzifəsindən azad olunub.
Muxalifet.az xəbər verir ki, Prezident Administrasiyasının yeni strukturunda Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsi hələ boşdur.Muxalifet - 1-06-2017
Kamal Abdulla Azərbaycan Dillər Universitetinin rektoru təyin edildi
Kamal Mehdi oğlu Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib.
Muxalifet.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.Muxalifet - 1-06-2017
Gürcüstan Milli Hərəkat Partiyası DİN və DTX-nin istefasını tələb edib
Milli Hərəkat Partiyasının nümayəndəsi, parlamentin deputatı Salome Samadaşvili mayın 29-da Tbilisinin mərkəzində azərbaycanlı jurnalist Əfqan Muxtarlının oğurlanmasında Gürcüstanın hüquq-mühafizə orqanlarının əli olduğunu bildirib.
"Bu cür xüsusi əməliyyat Gürcüstanın baş nazirinin icazəsi olmadan keçirilə bilməz, çünki belə xüsusi əməliyyatlıar ali siyasi səviyyədə razılaşdırılır. Azərbaycanlı jurnalistin Gürcüstan ərazisində yoxa çıxmasından və nəticədə Azərbaycan hüquq-mühafizə orqanlarının əlinə düşməsindən 24 saat keçib.Muxalifet - 1-06-2017
Gürcüstanda Əfqan Muxtarlıya dəstək aksiyası
Gürcüstan vətəndaş cəmiyyətinin 100-ə yaxın nümayəndəsi cümə axşamı Gürcüstan Təhlükəsizlik Nazirliyinin binası qarşısında Əfqan Muxtarlıya dəstək aksiyası keçirib.
Aksiya iştirakçıları plakatlar qaldırıblar və fitlərdən istifadə edərək, hakimiyyəti siyasi mühacir Əfqan Muxtarlının necə oğurlanıb Azərbaycana təhvil verilə biləcəyinin izahını verməyə çağırırlar.Muxalifet - 1-06-2017
"Kanal 13"-ün direktoru barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi
Azərbaycanca yayımlanan "Kanal 13" onlayn televiziyasının direktoru Əziz Orucov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib, jurnalistin vəkili bildirir.
Elçin Sadıqovun dediyinə görə, Əziz Orucov 192.2 (qanunsuz sahibkarlıq) və 308.2 (ağır nəticəyə səbəb olan vəzifə saxtakarlığı) maddəsilə ittiham olunur.
Jurnalist ittihamları rədd edib.
"Kanal 13" televiziyasının direktoruna mayın 1-də 30 sutkalıq inzibati həbs cəzası verilib.Muxalifet - 1-06-2017