Axtarış

The search found 105706 results in 0.066 seconds.

Search results

  1. Prezident Administrasiyasındakı struktur dəyişikləri islahatdırmı? – Ekspert rəyi

     Ölkə prezidenti İlham Əliyevin iyunun 1-də Prezident Administrasiyasının strukturunda dəyişiklik edilməsi barədə bir sıra mühüm sərəncamlar imzalaması ölkə gündəminin baş mövzusuna çevrilib, Prezident həmçinin özünə yeni köməkçilər təyin edib. Paralel olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın Katibliyinin rəisi vəzifəsinə təyinat olub.
     

    Muxalifet - 3-06-2017

  2. “Kanal 13”-ün fəaliyyətini dayandırmağımızı istəyirlər”

     Həbs edilən Əziz Orucovun həyat yoldaşı danışır; “Onun həbsi anası üçün çox ağır oldu”
     
    İyunun 1-də – 30 günlük inzibati həbs cəzasının başa çatdığı gün “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun barəsində həbs qətimkan tədbiri seçildi, ona ağır ittihamlarla cinayət işinin başlandı.
    Barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən Ə.Orucovun nədən qəzəbə tuş gəldiyi suallar yaradıb. Bununla əlaqədar ən müxtəlif versiyalara, iddialar səsləndirilir.

    Muxalifet - 3-06-2017

  3. İranın Azərbaycandakı casus yuvası – MƏXFİ SƏNƏDLƏR, SENSASİON FAKTLAR

    “Xudaferin.eu” saytının “Tiflis Bürosu”nun elektron poçtuna İran mollakrat rejiminin Qafqazdakı fəaliyyətləri ilə bağlı daxil olan sənədlər bir daha sübut edir ki, bu ölkənin strateji məqsədi nədən ibarətdir. Farsca yazılmış bu sənədlər toplusunda yer alan ad-soyadlar, rəqəmlər dəhşət saçır. Azərbaycan Respublikasının vətəndaşı olan dindar insanların inanclarından sui-istifadə metodunun arxasında duran hədəflər burada sanki “parianizm dövlət modeli”nin bənzəridir. Gürcü iranşünas alimləri ilə birgə apardığımız incələmələr sonucunda onların özləri də dəhşətə gəldilər.

    Muxalifet2 - 3-06-2017

  4. “"Neftsiz-qazsız zəngin Azərbaycan" şüarı ilə önə çıxan siyasi qüvvə...” – EKSPERT

    "Müstəqilliyi qazandığımız elə ilk dövrdən başlayaraq sağda, solda, mərkəzdə olmasından asılı olmayaraq, heç bir siyasi qüvvə ölkənin gələcəyini neft-qazdan kənarda görə bilmədi. Müstəqillik Aktı imzalanar-imzalanmaz neft müqavilələri, neft kəmərlərinin istiqamətləri ilə bağlı transmilli şirkətlər və Qərb ölkələri ilə dərhal danışıqlar başlandı".
    Bu barədə iqtisadçı Rövşən Ağayev "feysbuk" səhifəsində yazıb.

    "Botsvanda müstəqillik əldə ediləndə qızıl yataqları dövlət sirri kimi qorunub"

    Muxalifet2 - 3-06-2017

  5. Tiflisdə Heydər Əliyevin abidəsinə boya töküblər

    Tiflisin mərkəzində yerləşən mərhum Azərbaycan prezidenti Heydər Əliyevin abidəsinə boya töküblər.
     
    Bu barədə Gürcüstanın İmedi telekompaniyası xəbər verib. Telekompaniyanın məlimatına əsasən, hadisə çox gec saatlarında baş verib. Tiflis meriyasının təmizlik xidməti hadisədən dərhal sonra abidəni gecə saatlarında təmizləyiblər. Hadisənin səbəbləri bəlli deyil.
    Ancaq Gürcüstan mediası bunu jurnalist Əfqan Muxtarlının həbsi ilə əlaqəsinin olduğunu yazırlar.
     

    Muxalifet - 3-06-2017

  6. Xaricə çıxışınıza “STOP” qoyulub-qoyulmadığını burdan öyrənin

    Mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxslərin axtarışının mərkəzləşdirilmiş uçotları ilə bağlı fəaliyyətin yaxşılaşdırılması məqsədi ilə DİN-in rəsmi veb saytında (www.mia.gov.az) yeni informasiya resursu yaradılıb.
     
    Bu barədə "Qaynarinfo" Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumatda bildirilir.

    Muxalifet - 3-06-2017

  7. ADP fəalı Zaur Əliyev azadlığa buraxıldı

    25 oktyabr 2016-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında keçirilən aksiyada aktiv iştirak etdiyinə və hakimiyyət əleyhinə radikal şüarlar səsləndirdiyinə görə zorakılığa məruz qalan və saxlanılaraq naməlum istiqamətə aparılan ADP-çi Zaur Əliyev azadlığa buraxılıb.

    Muxalifet2 - 29-10-2016

  8. “4 İyun”un banisi Surət Hüseynov hardadır?

    Bu gün 1993-cü ildə baş verən “4 iyun Sürət Hüseynov qiyamı”nın 24 ili tamam olur.
     
    Azərbaycan tarixinə qara ləkə kimi həkk olunan “4 iyun qiyamı”nın banisi, Azərbaycanın keçmiş baş naziri, bir neçə rayonumuzun işğal edilməsində birbaşa rolu olan Sürət Hüseynova hansısa gizli əllər hamilik edir.
    Belə olmasaydı, xalqımızın düşməni olan bu mənfur qüvvə ayrı-ayrı ölkələrdə yenə də at oynada bilməzdi.
     Modern.az saytının məlumatına görə, Surət Hüseynov Rusiyadakı iş əlaqələrini dondurub.
    O, biznesinin böyük hissəsini Türkiyəyə köçürüb.

    Muxalifet - 4-06-2017

  9. Sovet dövründə gizlədilən xəzinə tapıldı: Kimsəsiz ərazi, gizli şaxta... - VİDEO - FOTOLAR

    Sosial şəbəkələrdə paylaşılan maraqlı görüntülər geniş müzakirələrə səbəb olub. Rusiyanın Peterburq şəhərindən olan bir neçə nəfərdən ibarət qrup sovet dövründən qalma xəzinənin axtarışına çıxıb.
     
    İki həftə əvvəl qrup sovet dövrünə aid milyard rubl tapıb. Onlar bu barədə daha əvvələr də eşitdiklərini deyiblər. Bunun həqiqət, yoxsa uydurma informasiya olduğunu dəqiqləşdirmək üçün xəzinənin axtarışına çıxıblar.

    Muxalifet - 4-06-2017

  10. Tramp: “Ağıllı olmasaq, hər şey daha pis olacaq”

    Dünən Londonda baş verən terror aktlarına münasibət bildirən ABŞ prezidenti Donald Tramp təhlükəsizlik məsələləri ilə bağlı siyasi korrektlərə son qoymağın zamanı çatdığını bəyan edib.
     
    TASS agentliyinin verdiyi məlumata görə, D. Tramp bunu “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.
     D. Tramp deyib ki, siyasi korrektləri dayandırmaq, ölkə vətəndaşlarının təhlükəsizliyinin təşkili ilə məşğul olmaq lazımdır: “Əgər biz ağıllı olmasaq, hər şey daha pis olacaq”.

    Muxalifet - 4-06-2017

  11. ​ADP fəalı Niyazi Qurban azadlığa buraxıldı

    08 aprel 2017-ci il tarixində Milli Şuranın “Yalana, Talana və Monarxiyaya yox!” şüarı ilə keçirilən mitinqdə aktiv iştirak etdiyinə və həmin mitinqə insanları cəlb etdiyinə görə mitinqdən sonra təqib və təzyiqlərə məruz qalan və 09 aprel tarixində axşam saatlarında mülki geyimli şəxslər tərəfindən naməlum istiqamətə aparılan ADP-çi Niyazi Qurban azadlığa buraxılıb. Qeyd edək ki, Niyazi Qurban ADP-nin fəal üzvlərindəndir. Özünün saytımıza verdiyi məlumata görə o, 2 gün tanımadığı yerdə saxlanılaraq işgəncələrə və qeyri-insani rəftara məruz qalıb.

    Muxalifet2 - 12-04-2017

  12. Xadimə qadını evə aparıb soyublar

    Bakıda mənzillərdə təmizlik işləri görən qadına qarşı cinayət törədilib.
    Sabunçu rayon sakini, 1985-ci il təvəllüdlü Ülkər Almazova (ad və soyad şərtidir) polisə müraciət edərək bildirib ki, tanımadığı 2 nəfər onun pulunu oğurlayıb.
    Şikayətçinin sözlərinə görə, gecə saatlarında tanımadığı 2 nəfər onu Məhəmməd Hadi küçəsindəki evə gətirib və pul qarşılığında mənzili təmizləməyə başlayıb. O, mənzilin sanitar qovşağında olarkən həmin şəxslər çantasındakı 150 manat pulu götürüb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 4-06-2017

  13. "Məhərrəm Əliyev heç vaxt yaltaq və ikiüzlü olmayıb, o..." - Deputat

    "Mən, hesab edirəm ki, insan öz əqidəsini elan kimi divardan asmamalıdır. Məhərrəm Əliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o, heç vaxt yaltaq və ikiüzlü olmayıb".
    Mia.az xəbər verir ki, bunu deputat Adil Əliyev bir neçə gün əvvəl Prezident Administrasiyasında aparılan struktur dəyişikliyi ilə bağlı vəzifəsini itirmiş qardaşı, Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyevlə bağlı açıqlamasında deyib.

    Muxalifet2 - 4-06-2017

  14. “Biz qənaət etməyi yaxşı bacarırıq” - Araz Ağalarov

     “Böhran hər il daha da kəskinləşir. Sənaye istehsalı, ticarət dövriyyəsi getdikcə azalmaqdadır”.
     
    Bunu "Crocus Group”un sahibi, milyarder Araz Ağalarov “Forbes” jurnalına müsahibəsində bildirib.

    Muxalifet - 4-06-2017

  15. Fətullah Gülən çevriliş günü Türkiyəyə gələcəkmiş

    "FETÖ işi" çərçivəsində şifrəsi açılan "BayLok" yazışmalarının ilginc məqamları ortaya çıxıb.
     
    "Anadolu" agentliyi xəbər verir ki, plana əsasən, Fətullah Gülən 15 iyun qiyam gecəsi şəxsən Türkiyəyə gəlmək istəyib, amma səhhəti buna imkan verməyib.
    Çevriliş cəhdindən 6 ay öncə aparılan yazışmalarda Gülənin Türkiyəyə gəlmək planı müzakirə olunub.
    "Saliha86" ləqəbli şəbəkə üzvünün yazdığına görə, Gülən AKP-nin hakimiyyətdən getməsi üçün supergüclərin razılıq verdiyini bildirib.

    Muxalifet - 4-06-2017

  16. ​SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: bu yerlərdə də parklanma ödənişli olacaq

    Bakıda marketlərin qarşısında parkomatlar quraşdırılır.
    Lent.az xəbər verir ki, artıq şəhərin müxtəlif yerlərində bir neçə iri marketin qarşısında parkomat aparatı quraşdırılıb. Bildirilir ki, bu aparatlar həmin yerlərə marketlərin istəyi və ya icazəsi ilə qoyulur.

    Muxalifet2 - 4-06-2017

  17. “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir” - PUTİN

    ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir.
     
    Bunu Rusiya prezidenti Vladimir Putin NBC telekanalına müsahibəsində bəyan edib.
     “Heç kimin xətrinə dəymək istəmirəm, amma ABŞ bütün dünyada siyasi proseslərə, o cümlədən seçki kampaniyalarına müdaxilə edir, dövlətlərin daxili işlərinə qarışır. Biz ABŞ siyasətinə müdaxilə etməmişik, lakin kimsə buna cəhd etdikdə siz inciməməlisiniz. Çünki özünüz daim müdaxilə edirsiniz”, deyə V.Putin bildirib.

    Muxalifet - 5-06-2017

  18. Əfqan Muxtarlının xanımının gürcü nazirə verdiyi 2 tutarlı cavab...

    Gürcüstan daxili işlər nazirinin müavini Şalva Xutsişvili azərbaycanlı jurnalist Əfqan Muxtarlının xanımı Leyla Mustafayevaya dövlət mühafizəsinin ayrılmasını təklif edib.
     
    Bu barədə L.Mustafayeva DİN-də görüş başa çatdıqdan sonra bildirib. Mühafizənin ayrılması onunla əlaqədardır ki, Ə.Muxtarlının ailə üzvləri özlərini müdafiə olunmuş hiss etmirlər.

    Muxalifet - 5-06-2017

  19. Azərbaycanda Rusiyaya bağlı “5-ci kolon” təhlükəsi böyüyür

    Fərəc Quliyev: “Onları Vətənə xəyanət ittihamı ilə həbs edib, ən ağır cəzaya məruz qoymaq lazımdır”
     
    Son zamanlar Azərbaycanda Rusiyaya bağlı “5-ci kolon”un fəallaşması müşahidə edilməkdədir. Yenə də ölkəmizin Rusiyaya birləşməsinin vacibliyi yönündə xəyanətkar fikirlər səslənməkdədir. Sosial şəbəkələrdə ara-sıra belə xain düşüncədə olanlara da rast gəlmək mümkündür.

    Muxalifet - 5-06-2017

  20. İpoteka BÖHRANI – Krediti ödəyə bilməyənlər mənzilləri boşaldır

    Bakı və Xırdalanda ipoteka krediti ilə alınmış mənzillər ya şirkətə geri qaytarılır, ya da satışa çıxardılır.
    Muxalifet.az xəbər verir ki, bu haqda xəbəri "Marja” yayıb. Sayt bildirir ki, əmlak saytlarında ipotekada olan mənzillərin satışı elanları kəskin artıb. Səbəb maddi vəziyyəti pisləşən ailələrin aylıq kredit borclarını ödəyə bilməmələridir.
    Yaşayışa yeni təhvil verilmiş yaşayış komplekslərinin sakinləri bildirirlər ki, mənzillər boşalır. Son 2 ayda mənzilindən imtina edənlərin sayı kəskin artıb.

    Muxalifet - 5-06-2017

Pages