Axtarış

The search found 105795 results in 0.132 seconds.

Search results

  1. ​Bakıda ət dükanlarında reyd keçirilib

    Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Bakı şəhər Baytarlıq İdarəsinin əməkdaşları ilə oktyabrın 27-də paytaxtın Xətai və Yasamal rayonları ərazisində fəaliyyət göstərən ət satışı məntəqələrində birgə reyd keçiriblər.
    Bu barədə Muxalifet.az-a DİN Mətbuat Xidmətindən məlumat verilib.

    Muxalifet2 - 28-10-2017

  2. İtaliya mediası: Sərkisyan bilir və unutmamalıdır ki... - Foto

    İtaliyanın “Eurasian Business Dispatch” analitik portalı tədqiqatçı Domeniko Letisiyanın müəllifi olduğu “Ermənistan və Azərbaycan arasında sülh danışıqları: ümid və ya məyusluq” adlı məqalə yayıb.
    Muxalifet.az xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirdikləri son görüş haqqında məlumat verilir, hər iki ölkənin xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşün nəticələri ilə bağlı bəyanatı diqqətə çatdırılır.

    Muxalifet2 - 28-10-2017

  3. ​Türkiyə artıq gücünün, imkanlarının... - Ərdoğan

    Türkiyə artıq gücünün, imkanlarının, edə biləcəklərinin fərqində olan bir ölkədir.
    Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
    “ Türk millətinin yenidən gerçək gücünün və sərhədlərinin fərqinə varması qarşısında sanki kimlərsə qudurmuş vəziyyətdədirlər. Türkiyə artıq gücünün, imkanlarının edə biləcəklərinin fərqində olan bir ölkədir”, - Ərdoğan qeyd edib.
     

    Muxalifet2 - 28-10-2017

  4. ​Türkdilli ölkələrin milli kitabxanalar birliyi yaradılacaq

    Türkdilli Ölkələr və Qohum Topluluqların Milli Kitabxanalar Birliyi yaradılacaq.
    Muxalifet.az xəbər verir ki, “Türkdilli Ölkələr və Qohum Topluluqlar Milli Kitabxanaları Birliyi Statusu” layihə mətni oktyabrın 30-dan noyabrın 2-dək Antalyada keçiriləcək iclasda milli kitabxana rəhbərlərinə təqdim olunacaq.

    Muxalifet2 - 28-10-2017

  5. ​Bu şəxslərin hərbi qeydiyyatını aparacaq orqan dəyişdi

    Azərbaycan prezidenti İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 2 oktyabr tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.
    Muxalifet.az-ın məlumatına görə, hazırda qüvvədə olan “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, 3 aydan artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  tərəfindən aparılır.

    Muxalifet2 - 28-10-2017

  6. “Facebook”, “Twitter” və “Google” Senata çağırıldı

    Oktyabrın 31-də “Facebook”, “Google” və “Twitter” şirkətlərinin təmsilçiləri ABŞ Senatının Hüquq komitəsində keçiriləcək dinləmələrdə iştirak edəcək.
    Muxalifet.az-ın xəbərinə görə, bu barədə komitənin saytında məlumat verilib. İKT şirkətlərinin nümayəndələri “Rusiya işi” ilə bağlı dinləmələrdə çıxış edəcəklər.  
    Tədbirə “Facebook”un baş hüquq məsləhətçisi Kolin Stretç, “Google”un hüquq-mühafizə məsələləri və informasiya təhlükəsizliyi üzrə direktoru Riçard Salqado, “Twitter”in baş hüquq məsləhətçisi vəzifəsini icra edən Şon Edjett qatılacaq.

    Muxalifet2 - 28-10-2017

  7. ​Moqadişuda partlayış: 10 ölü

    Somalinin paytaxtı Moqadişuda "Naasa Hablood 2" mehmanxanasının yaxınlığında partlayış baş verib.
    Muxalifet.az-ın məlumatına görə, hadisə nəticəsində ən azı 10 nəfər ölüb, daha 15 nəfər isə yaralanıb.
    Hal-hazırda Somali təhlükəsizlik qüvvələri və terrorçular arasında qarşıdurma davam edir.
     

    Muxalifet2 - 28-10-2017

  8. Azərbaycandan Litvaya çağırış

    Azərbaycan Litvaya Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə istehsal edilən məhsulların idxalı, ixracı və satışının qarşısının alınması xahişi ilə müraciət edib.
    Vergilər Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, bu müraciət Vilnüsdə ikitərəfli əməkdaşlıq üzrə Azərbaycan-Litva hökumətlərarası komissiyasının V iclası çərçivəsində edilib.
    Tərəflər iclasın nəticələrinə dair protokol imzalayıblar. Həmçinin iclas çərçivəsində bir sıra sazişlər imzalanıb.

    Muxalifet2 - 28-10-2017

  9. ​"Zirə" və "Kəpəz" qalib gəldi

    Oktyabrın 28-də futbol üzrə Topaz Premyer Liqasında X turunun ikinci gününün sonuncu qarşılaşmasında “Zirə” klubu doğma meydanda “Qəbələ”ni qəbul edib.
    Muxalifet.az xəbər verir ki, baş hakim Fariz Yusifovun idarə etdiyi görüşdə ev sahibləri 2:1 hesabı ilə qalib gəliblər.
    Görüşdə hesabı 18-ci dəqiqədə ev sahibləri açıblar. Milan Duriç 11 metrlik cərimə zərbəsindən vurduğu qolla “Zirə”ni hesabda önə çıxarıb. Qarşılaşmanın 38-ci dəqiqəsində “Zirə” ikinci topu qonaqların qapısından keçirib. Sadio Tounkara adını taploya yazdırıb.

    Muxalifet2 - 28-10-2017

  10. ​İstanbulda həyəcan: İŞİD üzvlərinə məxsus...

    Türkiyənin İstanbul şəhərində həyəcanlı anlar yaşanır.
    Muxalifet.az xəbər verir ki, İstanbulun Bayrampaşa səmtindəki ticarət mərkəzlərindən birində avtomobil dayanacağında şübhəli avtomobil aşkarlanıb. Polis ərazini nəzarətə alıb, araşdırma aparılır. Dayanacaq və ətrafında geniş təhlükəsizlik tədbirləri görülüb.
    Araşdırma nəticəsində məlum olub ki, avtomobil 2 İŞİD üzvünə məxsusdur. Avtomobildə bomba və ya silah olub-olmaması ilə bağlı araşdırma gedir.
     

    Muxalifet2 - 28-10-2017

  11. ​Deputat mübahisə etdiyi sürücünü döydü – Video

    Deputat onunla mübahisə edən sürücünü döyüb.
    Muxalifet.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Rusiyanın Çelyabinsk bölgəsində baş verib.
    Olayın görüntüləri sosial şəbəkədə paylaşılıb. Deputatın adı açıqlanmır.
    Məlumatlara görə, faktla bağlı Çelyabinsk polisi araşdırmalara başlanıb.
    Həmin görüntüləri təqdim edirik:

     

    Muxalifet2 - 28-10-2017

  12. ​Türkiyənin müdafiə naziri: Azərbaycan xalqının hər hansı tələbi Türkiyə üçün əmrdir

    Azərbaycan xalqının hər hansı tələbi Türkiyə üçün əmrdir.
    Muxalifet.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakıda keçiriləcək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısında iştirak etmək üçün ölkəmizə səfəri əsnasında Türkiyənin müdafiə naziri Nurəddin Canikli deyib.
    Nazir qeyd edib ki, torpaqların azad olunması üçün güclü dövlət olmaqla yanaşı, ölkənin müdafiə və hərbi sistemini də gücləndirmək lazımdır: "İşğal altındakı Azərbaycan torpaqları gec-tez azad olunacaq".

    Muxalifet2 - 28-10-2017

  13. ​Əcnəbilərin evindən dollar oğurlayan şəxs tutuldu

    Oktyabrın 26-da Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Salyan rayon sakini Elman Axundova məxsus “BYD” markalı avtomobildən 9242 manat pul oğurlanıb.
    Muxalifet.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Röyal Həsənov tutulub.

    Muxalifet2 - 28-10-2017

  14. ​Fariz Nəcəfov: Mən danışsam...

    "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov "Zirə" oyunundan (1:2) sonra sualları cavablandırıb.
    Muxalifet.az apasport.az-a istinadən həmin müsahibəni təqdim edir:
    - Tribunalarda nə baş vermişdi?
    - Azarkeşlərlə polislər arasında anlaşmazlıq yaranmışdı, danışdıq, polislər sağ olsunlar, bizi başa düşdülər, bir neçə azarkeşimizi götürmüşdülər, onları da buraxdılar. Problem yoxdur.
    - Hakimlərin ikinci hissədəki idarəçiliyini necə dəyərləndirirsiniz?

    Muxalifet2 - 28-10-2017

  15. ​Qərb Ərdoğanı cəzalandırmaq istədi, ancaq...

    Avropa Birliyində bir çox insan Ankarada siyasi azadlıqların pozulmasında Türkiyəni cəzalandırmaq istəyir, ancaq Türkiyənin terror təhdidi ilə mübarizə aparmasına Brüssel əngəl olur.
    Muxalifet.az xəbər verir ki, bu barədə "Voll Strit jurnalında yayımlanan məqalədə bildirilib.
    "AB-nin qarşısında bir Türkiyə problemi var və bu problem heç bir yerə getmək fikrində deyil. AB-dəki bəzi insanlar da 15 iyul dövlət çevrilişinə cəhddən sonra Ərdoğanı cəzalandırmaq istədilər, ancaq daha vacib məsələlər buna qarşı çıxdır", - jurnalda qeyd edilib.

    Muxalifet2 - 28-10-2017

  16. ​Onun məsuliyyətsizliyi sərhəd tanımır - Xalq Partiyası

    İspaniyanın Baş naziri Mariano Raxoy tərəfindən hakimiyyətdən kənarlaşdırılan Kataloniyanın regional hökuməti öz işini davam etməyə cəhd göstərəcək.
    Muxalifet.az xəbər verir ki, Kataloniya hökuməti özünün hakimiyyətdən kənarlaşdırılmasını qəbul etmək niyyətində deyil. Bundan əlavə, Kataloniya parlamenti tərəfindən qəbul edilən müstəqillik haqqında bəyannamədə nəzərdə tutulan bəzi addımları reallaşdırmaq niyyətindədir.

    Muxalifet2 - 28-10-2017

  17. ​Rauf Zeyniyə ağır itki

    Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyninin anası vəfat edib.
    Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, mərhumənin üç və yeddi mərasimi noyabrın 2-də Sumqayıt şəhərindəki “Qayalı” mərasim evində keçiriləcək.
    Allah rəhmət eləsin!
     

    Muxalifet2 - 28-10-2017

  18. Putin üçün döyüşən çeçen ordusu, yaxud Uollesdən Kadırova

    İspaniya milli Kadırov axtarışında

    Muxalifet2 - 28-10-2017

  19. ​"İspaniya bizim tək müttəfiqimizdir"

    AB üçün heç nə dəyişməyib. İspaniya bizim tək müttəfiqimizdir.
     
    Muxalifet.az xəbər verir ki, bu sözləri Avropa Birliyinin sədri Donald Tusk Kataloniyada keçirilən müstəqillik referendumu ilə bağlı açıqlamasında deyib.
    Bunun ardınca Türkiyə, ABŞ, Fransa və Almaniyada da İspaniyanın ərazi bürövlüyünü dəstəkləyən açıqlamalar verilib.
    Qeyd edək ki, oktyabrın 1-də Kataloniyada müstəqillik referendumu keçirilmişdi.
     

    Muxalifet2 - 28-10-2017

  20. NATO helikopteri qəzaya uğradı: Ölən və yaralananlar var

    Əfqanıstanın Loqar vilayətində NATO qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.
    Muxalifet.az xəbər verir ki, qəza nəticəsində 1 amerikalı əsgər ölüb, 6-sı yaralanıb.
    Yaralı əsgərlərin durumlarının yaxşı olduğu, qəzaya səbəb terror aktının olmadığı bildirilib.
    Loqar valisi Məhəmməd Həlim hadisə ilə bağlı açıqlamasında NATO helikopterinin Talibana qarşı hava əməliyyatı zamanı baş verdiyini bildirib.
    Taliban isə helikopteri özlərinin vurduqlarını və hadisədə 43 nəfərin öldüyünü bəyan edib.
     

    Muxalifet2 - 28-10-2017

Pages