Rusiya və Hindistan birgə HƏRƏKƏTƏ KEÇİR - FOTO

Bu gün "İndra-2017" hərbi təlimləri başlayır.
Rusiya Sakit Okean Donanması və Hindistan Hərbi Dəniz Qüvvələrinin hərbi gəmilərinin birlikdə keçirəcəyi təlimlər ölkənin Primorski vilayətində start götürüb.
Məlumat Rusiyanın Müdafiə Nazirliyi tərəfindən yayımlanıb. Təlimlərdə Rusiya-Hindistanın böyük sayda hərbi donanması, şəxsi heyəti və iki ölkənin quru qoşunları, aviasiya texnikası da iştirak edir.
"İndra-2017" təlimlərinin oktyabr ayının 29-a qədər davam edəcəyi qeyd olunub.