“Mercedes” 64 yaşlı kişini vuraraq öldürüb - SABİRABADDA

Sabirabadda piyadanın ölümü nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə Hacıqabul-Bəhramtəpə magistral yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində, Nizami kəndi ərazisində baş verib.
 90 UU 813 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili  yolu keçən Hacıbəbir kənd sakini 1953-cü il təvəllüdlü  Məmmədov Ramiz Allahverən oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
 Hadisə ilə bağlı araşdırma aparılır. /apa