Rusiya Qafqazdakı ORDUSUNU AYAĞA QALDIRDI

Rusiya ordusunun Çeçenistanda yerləşən qüvvələri həyəcan siqnalı ilə qaldırılaraq Stavropol əyalətində yerləşən poliqona göndərilib.
Təlimlərə 800 hərbi qulluqçu ilə yanaşı 200 hərbi texnika cəlb olunub.
“Rusiya ordusunun 42-ci moto-atıcı diviziyasının bölmələri həyəcan siqnalı ilə qaldırılaraq Stavropol əyalətində yerləşən “Sernovodski” hərbi poliqonuna göndərilib. Moto-atıcı diviziya 200 kilometrlik marş həyata keçirərək hərbi atışlar yerinə yetirib. Hərbi qulluqçular qarşısında hücum və müdafiə döyüşləri zamanı cavab tədbirləri hazırlamaq, düşmənin diversiya-kəşfiyyat qruplarını aşkarlamaq, zərərsizləşdirmək və digər döyüş missiyalarının həyata keçirilməsi tapşırıqları qoyulub”, - hərbi komandanlıqdan bildirilib.
Qeyd edək ki, təlimlər sentyabr ayının 30-na qədər davam edəcək.