Axtarış

The search found 105783 results in 0.025 seconds.

Search results

  1. ​Ərdoğan İraq kürdlərini referendumdan imtina etməyə çağırdı

    Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Şimali İraq Kürd Muxtariyyətini müstəqillik ideyasından və referendum keçirmək planından imtina etməyə çağırıb.
    Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxışı zamanı bildirib.

    Muxalifet2 - 20-09-2017

  2. Biləsuvarda ağır yol qəzası: 4 nəfər ölüb - YENİLƏNİB

    Biləsuvarda ağır yol qəzası nəticəsində ölən 4 nəfərdən ikisinin adı məlum olub.

    "Report"un Aran bürosu xəbər verir ki, bunlar Qasımov Samir Əzizulla oğlu və Nağıyev Çingiz Xudaverdi oğludur.

    Onların hər ikisi Lənkəran sakinidir.

    *** 08:52

    Hazırda bir qadın yaralı ağır vəziyyətdə xəstəxanaya gətirilib
     
    Biləsuvarda ağır yol qəzası nəticəsində 4 nəfər ölüb.
    Qəza minik və yük maşınlarının toqquşması nəticəsində baş verib.
    *** 07:58

    Muxalifet - 20-09-2017

  3. ​Bu gün UEFA Azərbaycan üçün tarixi qərar verə bilər

    Bu gün İsveçrədə UEFA-nın 13-cü Növbədənkənar Konqresi və İcraiyyə Komitəsinin iclası işə başlayacaq
    Cenevrə şəhərindəki "President Wilson" otelində təşkil olunacaq Konqresə Avropa futbol qurumuna 55 üzv milli assosiasiyadan nümayəndələr qatılacaqlar. AFFA-nı prezident Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov təmsil edəcək. Toplantıda əvvəlcə FİFA Şurasına avropalı üzv seçkisi keçiriləcək. 2017 - 2021-ci illər üçün mandata yeganə namizəd Rusiya Futbol İttifaqından Aleksey Sorokindir.

    Muxalifet3 - 20-09-2017

  4. Meksikada zəlzələ: 149 NƏFƏR ÖLÜB

    Yeraltı təkanların gücü 7,1 maqnituda olub
     
    Yeni məlumatlara görə, Meksikada güclü zəlzələ nəticəsində azı 149 nəfər həyatını itirib.
    Bu barədə ölkənin Qəza-Xilasetmə Xidmətinin rəhbəri Luis Felipe Puenteyə istinadən RİA "Novosti" məlumat yayıb.
    "Hazırda 139 nəfərin öldüyü xəbər verilir: 64 nəfər Morelos ştatında, 36 nəfər Mexiko şəhərində, 29 nəfər Puebla ştatında, 9 nəfər Mexiko ştatında və 1 nəfər Qerrero ştatında", - deyə Puentenin "Twitter"də yazdığı məlumatda bildirilir.

    Muxalifet - 20-09-2017

  5. Maduro Trampı "yeni Hitler" adlandırıb

    Amerika lideri Venesuelada baş verənləri qəbuledilməz sayıb
     
    Venesuela prezidenti Nikolas Maduro bildirib ki, onun amerikalı həmkarı Donald Tramp beynəlxalq siyasətdə "yeni Hitler"dir.
    Bu barədə "EFE Noticias" məlumat yayıb.
    "Beynəlxalq siyasətdə yeni Adolf Hitler, özünü dünyanın sahibi hesab edən Donald Trampın arqessiv nitqi Venesuela xalqına qarşı yönəlib, lakin heç kim bizi hədələyə bilməz", — deyə Maduro bildirib.

    Muxalifet - 20-09-2017

  6. ​Messi "Barselona" - "Eybar" matçında poker edib - VİDEO

    "Barselona" futbol üzrə İspaniya çempionatının V turunda "Eybar"ı darmadağın edib.
    "Report" xəbər verir ki, Barselona şəhərinin "Kamp Nou" stadionunda keçirilən görüş ev sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.
    Kataloniya komandasının heyətində Lionel Messi poker edib, digər iki qolu Denis Suares və Paulinyo vurub. Qonaqların yeganə qoluna Serxi Enriç imza atıb.
    "Barselona" bu qələbədən sonra xallarının sayını 15-ə çatdıraraq turnir cədvəlinə liderliyini davam etdirir. "Eybar" 6 xal ilə 13-cü mövqedə qərarlaşıb.
    İspaniya - Primyera. 5-ci tur

    Muxalifet3 - 20-09-2017

  7. ​“Rusiyada terror təhlükəsi realdır” – QABİL HÜSEYNLİ

    Rusiyada terror təhlükəsi realdır. Buna görə də Rusiyanın güc strukturları, xüsusi xidmət orqanları yüksək hazırlıq vəziyyətinə keçirilib.
    Bu sözləri politoloq Qabil Hüseynli son günlər Rusiyada anonim zənglərlə bomba xəbərdarlığının çoxalmasına münasibət bildirərkən deyib. O bildirib ki, buna əsas səbəb Rusiyanın Suriyadakı mövqeyidir:

    Muxalifet3 - 20-09-2017

  8. Sarkisyandan Türkiyəyə qeyri-ciddi təhdid

    Sarkisyan: "Ermənistan Türkiyə ilə diplomatik münasibətləri pozmağa hazırdır"
     
    "Ermənistan Türkiyə ilə diplomatik münasibətlərin qurulmasına dair 2009-cu ildə imzalanmış protokolları ləğv etməyə hazırdır".
    Bu bəyanatla Ermənistan prezidenti Serj Sarqsyan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxış edib.
    Ermənistan prezidenti sənədlərin ratifikasiyası istiqamətində irəliləyiş olmayacağı təqdirdə Türkiyə hakimiyyətini belə bir addım atacaqları ilə hədələyib.

    Muxalifet - 20-09-2017

  9. ​Nişanlı qız toydan əvvəl hamilə qalırsa… - SAATLI FACİƏSİ

    12 yaşlı qızın atalığından hamilə qalması uşağın anası ilə arasında olan uçurumdan xəbər verir. Bu analar və qızlar arasında ünsiyyət, dostluq probleminin nəticəsidir. Anaların ikinci dəfə ailə qurduğu insana həddindən artıq etibar etməsi qızların bu vəziyyətə düşməsinə səbəb olur.
    Bu sözləri Axar.az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova son dövrlər artan qadın intiharları və zorlama faktları ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, ananın məşğulluğu, məsuliyyətsizliyi bu cür hallarla nəticələnir:

    Muxalifet3 - 20-09-2017

  10. "Azərbaycanın ərazi bütövlüyü Cənubi Qafqazda sabitliyin açarıdır" - Ərdoğan

    Ona görə biz Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha çox işləməliyik
     
    "Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü Cənubi Qafqazda regional sabitliyin açarıdır".
    Bunu Türkiyə prezidenti çərşənbə axşamı BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxışı zamanı bildirib.
    "Ona görə biz Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli istiqamətində daha çox işləməliyik. Biz unutmamalıyıq ki, bu gün məhəl qoymadığımız hər bir böhran, sabah qlobal miqyas ala bilər", - deyə Türkiyə prezidenti bildirib.

    Muxalifet - 20-09-2017

  11. ŞƏKİDƏ DƏHŞƏT: 32 yaşlı kişi özünü körpüdən atdı

    Şəkidə 32 yaşlı kişi intihar etmək məqsədi ilə özünü körpüdən atdı.
    APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gecə saat 02.00 radələrində rayonun Qoxmuq kənd sakini, 1985-ci il təvəllüdlü Xəyyam Ümidvar oğlu Daşdəmirov idarə etdiyi minik avtomobili ilə Kiş çayı üzərində inşa edilən simvolik “Qoxmuq” körpüsünə gəlib. O, avtomobildən düşərək intihar etmək məqsədi ilə özünü körpüdən atıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Xəyyam Daşdəmirov Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.

    Muxalifet2 - 20-09-2017

  12. “Azersun Holding”ə məxsus 3 müəssisə birləşir

    Bakı Qida və Yağ Fabriki yenidən təşkil olunur
     
     “Azərsun Holding” MMC-yə məxsus “Bakı Qida və Yağ Fabriki” MMC yenidən təşkil olunur.
    Bu barədə “Report” Vergilər Nazirliyinə istinadən xəbər verir.
    Məlumata görə, holdinqə daxil olan “Svit Star” və “Fermer Yağ İstehsalat Birliyi” MMC-lər “Bakı Qida və Yağ Fabriki”nə qoşulur. Kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 92 ünvanına bildirə bilərlər

    Muxalifet - 20-09-2017

  13. Almaniyanın 2 şirkəti Azərbaycan bazarını tərk edir

    Almaniyanın sement istehsalı ilə məşğul olan “HeildelbergCement AG” şirkətinin Azərbaycandakı filialı ləğv olunur.
     
    Vergilər Nazirliyi xəbər verir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanına bildirə bilərlər.

    Muxalifet - 20-09-2017

  14. Netanyahu İsrail-Azərbaycan münasibətlərini BMT-də nümunə gətirib

    İsrail Azərbaycan və Qazaxıstan kimi müsəlman ölkələri ilə əməkdaşlığı genişləndirib.
     
    Bunu İsrailin baş naziri Binyamin Netanyahu ötən gün BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxışı zamanı bildirib.
     İsrailin müsəlman ölkələri ilə münasibətlərindən söz açan Binyamin Netanyahu, ölkəsinin Azərbaycanla əlaqələrini nümunə gətirib: “Biz, Azərbaycan və Qazaxıstandakı müsəlman dostlarımızla əməkdaşlığımızı genişləndirmişik”. 

    Muxalifet - 20-09-2017

  15. Ebrü Gündeş illər sonra Bakıda - VİDEO

    Tanınmış türkiyəli müğənni Ebru Gündeş illər sonra Bakıya gəlib.
    Publika.az xəbər verir ki, ifaçı paytaxt məkanlarının birində toy məclisinə qatılıb.
    Aytac və Kənan cütlüyünün toyunda sevilən hitlərini və Azərbaycan mahnıları səsləndirən ifaçı gecə saatlarında vətəninə qayıdıb.
     

    Muxalifet3 - 20-09-2017

  16. Salyanda dəhşətli qəza: 4 qadın ölüb – FHN-in məlumatı

    Fövqəladə Hallar Nazirliyi Ələt-Astara yolunda 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.
     

    Muxalifet - 20-09-2017

  17. ​Qapalı məkanlarda siqaretin ardınca SULU QƏLYAN QADAĞASI

    Azərbaycanda qapalı məkanlarda sulu qəlyanın qadağan edilməsi ilə bağlı "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinə edilən təklif nəzərə alınıb və layihəyə müvafiq dəyişiklik edilib.
    Muxalifet.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.
    M.Quliyev qeyd edib ki, sulu qəlyan da insan sağlamlığı üçün zərərlidir: "Ona görə sulu qəlyanın da qadağan edilməsi ilə bağlı məsələ yeni hazırlanmış qanun layihəsinə daxil edilib".

    Muxalifet3 - 20-09-2017

  18. ​3-cü dəfə özündən 20 yaş gənc qızla evlənən məşhur aparıcının MÖHTƏŞƏM TOYU - FOTO/VİDEO

    Xəbər verdiyimiz kimi dünən Sen Trope kurort mərkəzində 250 nəfərin iştirakı ilə Acun Ilıcalının təmtəraqlı toy mərasimi baş tutub.
    Şeyma Subaşı ilə evlənən aparıcının toyu bir çox məqamlarla yadda qalıb. İlk növbədə onu qeyd edək ki, toyda Hadisə, Eser Yenenler, Mustafa Sandal, Murad Boz, Aslı Enver kimi bir çox məşhurlar iştirak edib. Səhər qədər davam edən toydan maraqlı kadrları qonaqlar instaqramda paylaşıb.

    Muxalifet3 - 20-09-2017

  19. Mehman Əliyev: “İstəyirlərsə, gedib təzədən türmədə oturum...”

     “Turan” agentliyinin direktoru Mehman Əliyevin azadlığa çıxmasından bir həftə ötsə də, bu müddət ərzində onunla bağlı bir-birindən fərqli, ziddiyyətli xəbərlər açıqlanıb. İlk olaraq “Turan” İA-nın heç bir vergi borcu olmadığı, ittihamın isə qüvvədən düşdüyü xəbəri yayıldı. Ardınca bank hesablarından həbs götürüldüyü məlum oldu. Son olaraq sentyabrın 19-da prokurorluq “Turan”la bağlı cinayət işi istintaqının davam etdirildiyini açıqladı.
     

    Muxalifet - 20-09-2017

  20. ​Avtobus sürücüsünün döyülmə anının YENİ GÖRÜNTÜLƏRİ

    Sentyabrın 18-də Memar Əcəmi metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı, “10 TG 034” nömrə nişanlı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən döyülməsi ilə bağlı yeni görüntülər yayılıb.
    Mudaxile.az həmin görüntüləri təqdim edir:

    Muxalifet3 - 20-09-2017

Pages