Axtarış
The search found 105783 results in 0.022 seconds.
Search results
Deputatın 654 min dollarlıq evləri barədə QƏRAR - Vətəndaşların mənzilləri əlindən alındı
Deputatın 654 min dollarlıq mənzil davası ilə bağlı məhkəmə qərar çıxarıb.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı İqbal Məmmədov Xətai rayonu, F.Bayramov küçəsi 1156 ünvanındakı 4 saylı çoxmərtəbəli binada yerləşən üç, dörd və beşotaqlı üç mənzili sahiblərinin əlindən alması ilə bağlı Nərimanov Rayon Məhkəməsi qərar çıxarıb.
Bildirək ki, deputat iddia edir ki, 2008-ci ildə müqavilə bağlayıb, 654 min dollar pul verib və həmin üç mənzili alıb. Deputat mənzillərin orada yaşayan şəxslərdən alınıb, ona verilməsini istəyirdi.Muxalifet3 - 19-09-2017
Peşmərgə azərbaycanlıların partiyasına hücum etdi
Bir qrup peşmərgə Türkman Milliyətçi Hərəkat Partiyasına hücum edib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi söyləyib. O, peşmərgənin partiyanın binasının önündən keçərkən ofisi atəşə tutduğunu bildirib:
“Partiya binasında olan türkman təhlükəsizlik qüvvələri bu atəşə cavab veriblər. Nəticədə qarşıdurma böyüyüb. Atışma nəticəsində kürd dilində danışan 1 şəxs ölüb, 2 nəfər isə yaralanıb”.Muxalifet2 - 19-09-2017
“Gazelli” zavodunda baş vermiş yanğın söndürüldü - VIDEO
“Gazelli Group”da baş verən yanğın söndürülüb.
Bunu “Gazelli Group”un İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yelena Eyvazlı deyib.
O bildirib ki, təxminən 1 saat əvvəl şirkətə məxsus anbarların birində qısaqapanma baş verib. Yanğının qarşısı tez bir zamanda alınıb: “Nəticədə insanların səhhətinə və anbarda saxlanılan məhsullara ziyan dəyməsinin qarşısı alınıb”.
Şöbə müdirinin sözlərinə görə, yanğın nəticəsində insanların xəsarət alması barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir.***16:43
Bakıda "Gazelli"nin zavodu yanır
Muxalifet2 - 19-09-2017
Karapetyan Türkiyənin erməni deputatını qəbul etdi
Ermənistanın Baş naziri Karen Karapetyan Türkiyə parlamentinin erməni əsilli deputatı Karo Paylanla görüşüb.
Axar.az xəbər verir ki, siyasətçilərin görüşü bağlı qapılar arxasında baş tutub.
Qeyd edək ki, Paylan Türkiyədəki kürdlərin Xalqların Demokratik Partiyasının üzvüdür. O, İrəvana Ermənistan-Diaspor Ümumerməni Forumunda iştirak üçün gəlib.Muxalifet2 - 19-09-2017
İsrail İran PUA-sını vurdu
İsrail ordusunun üzərində uçan və Suriyadan ölkəyə girməyə çalışan PUA-nı vurub.
Axar.az xəbər verir ki, ordu yaydığı yazılı açıqlamada İsrail hava məkanına girməyə çalışan PUA-nın məhv edildiyini bildirib.
Açıqlamada sözügedən PUA-nın İran istehsalı olduğu və daha çox Hizbullah tərəfindən istifadə edildiyi qeyd olunub.Muxalifet2 - 19-09-2017
Как Китай и Россия ответят Трампу в ООН?
Cəbhəboyu zonada yeni hərbi hissə açılıb
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılışını ediblər.
MN-dən APA-ya verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi istifadəyə verilən yeni qərargah, əsgər yataqxanaları, tədris kompleksi, sıra meydanı, tibb məntəqəsi, idman şəhərciyi, eləcə də digər xidməti və inzibati obyektlər ilə tanış olaraq müvafiq tapşırıqlar verib.Muxalifet2 - 19-09-2017
“Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyasının qərarı təəssüf doğurur” - Nazim İbrahimov
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyasının birinci instansiya məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin ləğvi barədə qərarını qüvvədə saxlamasına münasibət bildirib.
Muxalifet2 - 19-09-2017
Azərbaycanlı dustaq Rusiyada məhkəmə zalından qaçdı
Moskva şəhəri, Naqatinsk rayon məhkəməsində müttəhimlər kürsüsündə əyləşən şəxs barəsində hökm oxunan kimi məhkəmə zalından qaçıb.
Muxalifet.az virtualaz.org-aistinadən xəbər verir ki, təqsirləndirilən şəxs əslən Azərbaycandandır. O, qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə hakim qarşısına çıxarılıb. Məhkəmə icaraçılarının zalda yoxluğundan istifadə edən məhbus icazəsiz şəkildə binanın birinci mərtəbəsinə enib. Oradansa mühafizə postunu keçərək küçəyə çıxıb.Muxalifet2 - 19-09-2017
İran emissarları haram yolla pul qazanmaqda FETO-çuları geridə qoyub – ŞOK FAKTLAR
Bakıda toplanılan “xüms” və “zəkat” pulları İran molla rejiminin casusluq və kəşfiyyat maraqlarına yönləndirilir
Yəqin ki, bir çoxlarınız orta məktəbdə oxuduğunuz dərsliklərdən, baxdığınız filmlərdən, Qədim Misir, Mesopotomiya, Yunanıstan kimi antik dövlətlərdə kahinlərin fironları və hökmdarları neçə idarə etdiyi, xalqın əmlakını, qazancını və zəhmətini necə mənimsəyərək onları əsrlər boyu qula çevirdiyindən xəbərdarsınız.Muxalifet3 - 19-09-2017
Azərbaycan Premyer Liqasında VI turun oyun cədvəli açıqlanıb
Azərbaycan Premyer Liqasında VI turun oyun cədəvli açıqlanıb.
3 günü əhatə edəcək tura Sumqayıtda start veriləcək.
Sentyabrın 22-də eyniadlı komanda "Qarabağ"ı qəbul edəcək. Ağdam komandası sentyabrın 27-də İtaliya "Roma"sı ilə Çempionlar Liqası qarşılaşmasına çıxacağından, daha tez oynayacaq.
Həftənin son matçı isə “Qəbələ” və “Neftçi” komandaları arasında olacaq.
Azərbaycan Premyer Liqası
VI tur
22 sentyabr (cümə)
19:00. “Sumqayıt” – “Qarabağ”
“Kapital Bank Arena”
23 sentyabr (şənbə)
17:30. “Səbail” - “Kəpəz”Muxalifet2 - 19-09-2017
Dilqəmin oğlu ATƏT-in sammitində: İstəyirəm ki...
Erməni girovluğunda saxlanan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov ATƏT-in Varşavada keçirilən toplantısında çıxış edib.
Muxalifət.az Teleqraf.com-a istinadən xəbər verir ki, o, atasının Kəlbəcərdə öz anasının qəbrini ziyarət edərkən ermənilər tərəfindən oğurlandığını bildirib.
Kürdoğlu Əsgərov əlavə edib ki, hazırda atasının vəziyyəti ağırdır:Muxalifet2 - 19-09-2017
Şadlıq evinin qarşısında ağır qəza: qadın öldü - BAKIDA
Bakı şəhərinin Nərimanov rayonu ərazisində ağır yol qəzası baş verib. Muxalifet.az xəbər verir ki, Heydər Əliyev prospektində ("Günəş" şadlıq sarayının qarşısı) "VAZ 2104" markalı minik avtomobili yolu keçməyə çalışan qadını vurub. Ağır xəsarət alan yaşlı qadın hadisə yerində ölüb. Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb. Aparılan araşdırmalar nəticəsində ölən qadının 1949-cu il təvəllüdlü Balayeva Pakizə Əliheydər qızı olması müəyyən edilib./lent.az/
Muxalifet2 - 19-09-2017
Güney Azərbaycanda kütləvi aksiyaya ÇAĞIRIŞ
Azərbaycan Milli Hərəkatının bir qrup fəalı Urmu gölündə dərinləşən böhranla bağlı bütün şəhərlərdə dinc kütləvi etiraz aksiyaları planlaşdırır. Muxalifet.az Axar.az-a istinadən xəbər verir ki, fəallar bununla bağlı Güney Azərbaycanın müxtəlif şəhərlərində bildiriş yayaraq hər kəsi dinc və mədəni etirazlara qatılmağa çağırıblar. Dinc etiraz aksiyası sentyabrın 23-ü, yerli vaxtla saat 17:00-a planlaşdırılır. Yığıncağa qatılacaq kəslərdən böyük şəhərlərdə yalnız Valilik binaları qarşısında toplaşmaları xahiş edilib.
Muxalifet2 - 19-09-2017
"Gazelli Group"a məxsus anbarda yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib - RƏSMİ AÇIQLAMA
“Gazelli” kosmetika zavodunun anbarında baş verən yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, tüstüdən zəhərlənən 1 qadın və 9 kişiyə yerində yardım göstərilib. Onların hamısının vəziyyəti yüngül olub, heç kim xəstəxanaya aparılmayıb. İlkin tibbi yardım göstərildikdən sonra onlar evə göndəriliblər. "Gazelli Group" şirkətinin mətbuat xidmətinin rəhbəri Yelena Sidorenko "Facebook" səhifəsində yazıb ki, şirkətə məxsus anbarların birində qısaqapanma baş verib.
Muxalifet2 - 19-09-2017
Ağmeşə qruplaşması məhv edildi - ƏMƏLİYYAT
Türk ordusu İraq və Suriya sərhədinin yaxınlığında yerləşən və əhalisinin əksəriyyəti kürdlərdən, ərəblərdən ibarət olan Siirt vilayətində əməliyyat keçirib.
Muxalifet.az Axar.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı 12 PKK-çıdan ibarət Ağmeşə qruplaşması tamamilə məhv edilib. Qruplaşmaya aid xeyli silah-sursat ələ keçirilib.
Onların bölgədə genişmiqyaslı terrorlar həyata keçirməyə hazırlaşdıqları bildirilib.Muxalifet2 - 19-09-2017
Prezident bir qrup şəxsi təltif etdi - SİYAHI
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Muxalifet.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar mühəndis”Alıyev Nadir Əli oğlu
Hüseynov Şahmar Şəmistan oğlu
Hüseyn-zadə Rəfiqə Abdul Ağa qızı
Lətifov Yaşar Aydın oğlu
Süleymanov Fuad Salman oğlu
Muxalifet2 - 19-09-2017
Tutulan futbolçu sərbəst buraxılmayıb - DIN-dən TƏKZİB
Daxili İşlər Nazirliyi oğurluğa görə tutulan futbolçu Nicat Muxtarovun sərbəst buraxılması barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib ki, sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində Nicat Muxtarovun sərbəst buraxılması barədə yayılan informasiyalar həqiqəti əks etdirmir:Muxalifet - 19-09-2017
Sabunçuda mənzildə meyit aşkarlanıb
Bakının Sabunçu rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumat daxil olub.
Muxalifet.az FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb.
Mənzildə 1955-ci il təvəllüdlü Muradov Ramiz Bayram oğlunun cəsədi aşkar edilərək, aidiyyəti üzrə təhvil verilib.Muxalifet2 - 19-09-2017
Azərbaycanda 200 manatlıq əskinaslar buraxıla bilər
Azərbaycan Mərkəzi Bankı gələcəkdə 200 manat dəyərində əskinasların buraxıla biləcəyini istisna etmir.
Bunu Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev deyib.
Bununla belə o qeyd edib ki, hazırda hökumətdə bununla bağlı müzakirələr aparılmır.Muxalifet - 19-09-2017