Axtarış
The search found 105783 results in 0.033 seconds.
Search results
Azərbaycanlı dustaq Rusiyada məhkəmə zalından qaçdı
Moskva şəhəri, Naqatinsk rayon məhkəməsində müttəhimlər kürsüsündə əyləşən şəxs barəsində hökm oxunan kimi məhkəmə zalından qaçıb.
Rusiya KİV xəbər verir ki, təqsirləndirilən şəxs əslən Azərbaycandandır. O, qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə hakim qarşısına çıxarılıb. Məhkəmə icaraçılarının zalda yoxluğundan istifadə edən məhbus icazəsiz şəkildə binanın birinci mərtəbəsinə enib. Oradansa mühafizə postunu keçərək küçəyə çıxıb.
Hadisə ilə bağlı yoxlamalar aparılır.Muxalifet - 19-09-2017
Ermənilərin hədələdiyi tarixçi Baş Prokurorluğa müraciət etdi
Rusiyada erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran Oleq Kuznetsov Baş Prokurorluğa müraciət edərək ermənilər tərəfindən ölümlə hədələndiyini bildirib.
Muxalifet - 19-09-2017
"ABŞ II İsrail yaradır" – CƏNNƏTİ
Amerika bölgədə yeni bir İsrail yaratmaq niyyətindədir. Bu sözləri İranda Üləma Məclisinin 91 yaşlı rəhbəri axund Əhməd Cənnəti sentyabrın 18-də qurumun iclasında çıxış edərkən deyib. O, İraq Kürd Muxtariyyətinin yaxın günlərdə keçirmək istədiyi müstəqillik referendumundan danışıb. “Amerika İraqı parçalayıb Kürdistanı bu ölkədən ayırmaqla bölgədə yeni bir İsrail dövləti yaratmaq istəyir. Əlbəttə ki, amerikalıların bu cəhdi nəticə verməyəcək və hesab edirəm ki, biz İraq Kürdistanının əhalisinə dəstək verməliyik.
Muxalifet2 - 19-09-2017
Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub
Bakı-Supsa magistral neft kəmərindən oğurluğa cəhd olub.
APA-nın yerli bürosu Gürcüstanın İctimai televiziyasına istinadən xəbər verir ki, hadisə Gürcüstanda baş verib.
Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi tapşırıqlar departamentinin Kvemo Kartli bölgəsi üzrə əməkdaşları neft kəmərinə montaj edilmiş boru və alətlər aşkar ediblər. Hadisə yerinə “BP” şirkətinin mühafizəçiləri də baxış keçirib.
Faktla bağlı istintaq aparılır.Muxalifet2 - 19-09-2017
Baş Prokurorluqdan “Turan” agentliyi barədə AÇIQLAMA
““Turan” İnformasiya Agentliyində aparılan yoxlamalarla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılmış informasiyalar həqiqəti əks etdirmir”.
Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, hazırda Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində cinayət işinin istintaqı davam etdirilir və nəticəsi barədə əlavə məlumat veriləcək.
Həmçinin bildirilib ki, “Turan” İnformasiya Agentliyi barədə hər hansı məhdudiyyət tədbirləri keçirilmir.Muxalifet - 19-09-2017
Nalbandyan Dağlıq Qarabağın statusu haqda nə deyib?
Yerevanda Ermənistan-Diaspora 6-cı Ümumerməni Konfransında çıxış edən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərin qaytarılmasından başqa, tənzimləmənin digər elementlərinə də toxunub.
“Azadlıq” radiosunun erməni xidmətinin məlumatına görə, o sentyabrın 18-dəki çıxışında deyib.Muxalifet - 19-09-2017
Ərdoğan Əsədlə görüşəcəkmi? - RƏSMİ AÇIQLAMA
Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Suriya lideri Bəşər Əsədlə görüşməyi planlaşdırmır.
Publika.az xəbər verir ki, bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Əl-Monitor” nəşrinə müsahibəsində deyib.
Daha əvvəl Ərdoğanın özü KİV-də yayılan xəbərləri təkzib edib. İddiaya görə, Türkiyə prezidenti Rusiya tərəfinin xahişi ilə Əsədlə gizli görüş keçirib.Muxalifet2 - 19-09-2017
Gənc Tamaşaçılar Teatrı oktyabrda beynəlxalq festivalda iştirak edəcək
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabrda üçüncü beynəlxalq teatr festivalında iştirak edəcək.
Teatrın Mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 4-9-da Ukraynaın paytaxtı Kiyev şəhərində keçiriləcək “Mariya” Beynəlxalq Monotamaşaları Festivalında Azərbaycan və Kalmıkiya respublikalarının əməkdar artisti Şövqi Hüseynov Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə ölkəmizi təmsil edəcək.Muxalifet2 - 19-09-2017
"Bu siyasi məsələdir" - MEHMAN ƏLİYEV
Turan informasiya agentliyinə yenidən vergi sanksiyası təyin olunub, bu barədə agentliyə Vergilər Nazirliyindən daxil olan rəsmi məktubda bildirilib.
"Məktubda deyilir ki, agentlik 27 min 253 manat borca və üstəlik 9.294 manat faizə malikdir", - Turan agentliyinin direktoru BBC Azərbaycancaya bildirib.
Mehman Əliyevin sözlərinə görə, ötən həftə 11 sentyabr tarixli məktubda Vergilər Nazirliyi 37 min manat məbləğində sanksiyanın ləğvini təsdiqləmişdi. Bundan sonra agentliyin hesabları açıldı.Muxalifet - 19-09-2017
Müsavat seçki islahatları ilə bağlı yeni layihə təqdim etdi
Bu gün Müsavat Partiyası seçki islahatları mövzusuna həsr olunan tədbir keçirib.
Tədbirdə Müsavat başqanı Arif Hacılı, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, MSDM-in sədri İsa Qəmbər, Müsavat başqanının müavini Elman Fəttah, MNTK üzvü Çingiz Alı çıxış ediblər.Muxalifet - 19-09-2017
Саакашвили намерен инициировать процедуру импичмента
Михаил Саакашвили заявил, что его главная цель - поднять народ.
Одним из требований, которое экс-глава Одесской ОГА Михаил Саакашвили вместе с соратниками выдвинет на предстоящих акциях протеста, будет инициирование процедуры импичмента против президента Украины Петра Порошенко. Об этом Саакашвили сказал сегодня, 19 сентября, на брифинге у Администрации президента.Muxalifet - 19-09-2017
Саакашвили пока поживет в Черкасской области
Политик в Киеве потребовал документы, на основании которых он был лишен гражданства Украины.
Экс-глава Одесской ОГА, лидер партии Рух новых сил Михаил Саакашвили будет проживать в Черкасской области. Об этом он заявил в ходе брифинга возле Администрации президента в Киеве
"Сегодня ночью я уезжаю опять (из Киева – ред.). Я обоснуюсь в центре Украины, в Черкасской области, и буду ездить оттуда по всей Украине", – сказал политик.Muxalifet - 19-09-2017
"ABŞ təhlükə yaranacağı təqdirdə, KXDR tamamilə məhv ediləcək" – TRAMP
Rəsmi Pxenyan özünü məhvetmə siyasətini həyata keçirir
"ABŞ özü və ya müttəfiqləri üçün təhlükə yaranacağı təqdirdə, Şimali Koreyanı tamamilə məhv etmək məcburiyyətində qalacaq".
TASS-ın verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının ümumsiyasi müzakirələri zamanı deyib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar böyük güc və dözümlülüyə sahibdir: "Lakin özümüzü və müttəfiqlərimizi müdafiə etməli olsaq, Şimali Koreyanı tamamilə məhv etməkdən başqa çıxış yolumuz qalmayacaq".Muxalifet - 19-09-2017
"ÜAK-ın ləğvi qeyri-dost addımdır" – AZƏRBAYCAN XİN
"Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə qərar təəccüb, ciddi sual və dərin təəssüf doğurur".
Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a müsahibəsində deyib
- Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə birinci instansiya məhkəməsinin qərarı Rusiya Ali Məhkəməsinin Apelyasiya Kollegiyası tərəfindən qüvvədə saxlanılıb. Bu barədə nə deyərdiniz?Muxalifet - 19-09-2017
Ərdoğan ABŞ-ı terrorçuları silahlandırmaqda ittiham etdi
Ərdoğan mühafizəçilərinə silah satmaq istəməyən ABŞ-ı sərt tənqid etdi
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan mühafizəçilərinə silah satmaqdan imtina edən ABŞ-ı sərt tənqid edib.
Ərdoğan ABŞ-ı rəsmi Ankaranın terror təşkilatı hesab etdiyi Suriya kürdlərinin özünümüdafiə qüvvələrini pulsuz silahlandırmaqda ittiham edib:
“Əgər biz ABŞ-dan silah ala bilmiriksə, niyə görə o silahlar pulsuz olaraq Suriyadakı terrorçulara verilir?”Muxalifet - 19-09-2017
Hakimiyyət daxilində “Turan”la bağlı SAVAŞ – VERGİLƏR NAZİRLİYİ NƏ ETMƏK İSTƏYİR?!
Mehman Əliyev: “Bu, onu göstərir ki, qərar siyasidir”
Sərdar Cəlaloğlu: “Bu, ölkədə hüququn işləmədiyini, hər şeyin göstərişlə olduğunu sübut edir”
Arif Hacılı: “Bu gün hakimiyyətin siyasi qərarları bir mərkəzdən verilmir”
Vergilər Nazirliyinin Bakı şəhər lokal gəlirlər departamenti “Turan” agentliyinə qarşı 2014-2015-ci illər üçün 37 min manat məbləğində vergi sanksiyalarını bərpa edib.Muxalifet3 - 19-09-2017
Kollegiya vəkili cəzalandırmadı – “İşgəncə” açıqlamasına görə
Vəkil Qobustan həbsxanasında məhbusa işgəncə verildiyini bildirib
Sentyabrın 19-da Vəkillər Kollegiyasının İntizam Komissiyasında Penitensiar Xidmətin rəis müavini Oqtay Məmmədovun 10 avqust 2017-ci ildə vəkil Yalçın İmanov haqqında Vəkillər Kollegiyasına etdiyi şikayətlə bağlı rəy müzakirə edilib.Muxalifet - 19-09-2017
Dəhşətli qəzada həlak olan qadınların hamısı EVRASCON şirkətinin işçisidir - YENİLƏNİB
İndicə aldığımız məlumata görə, qəzada həlak olan hər 4 qadın Salyan rayon sakinidir. Onlar Ələt-Astara avtomobil yolunu çəkən EVRASCON şirkətinin düşərgəsindəki yeməkxanada aşpaz işləyirlərmiş.
Onların mindiyi maşını sürən 27 yaşlı Saatlı rayon sakini Hüseynov Babək Xanəhməd oğlu isə EVRASCON şirkətində fəhlə kimi çalışırmış. O hazırda ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.Muxalifet3 - 19-09-2017
İlham Əliyev BMT-də ümumi müzakirələrin açılışında iştirak edib
Sentyabrın 19-da Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında ümumi müzakirələrin açılışı olub.
Muxalifet.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva tədbirdə iştirak ediblər.
Ümumi müzakirələrin açılışında çıxış edən BMT-nin baş katibi Antonio Quttereş hazırda dünyada bir çox problemlərin olduğunu vurğulayıb, ölkələr arasında etibar və etimadın aşağı düşdüyünü bildirib.Muxalifet3 - 19-09-2017
Bu ölkədə hicaba qadağa qoyuldu – PARLAMNET QƏRARI
İsveçrənin Sankt Qallen bölgəsinin parlamenti ictimai yerlərdə üzün bağlanmasına qadağa qoyulmasını dəstəkləyib.
“RİA Novosti” xəbər verir ki, qadağanın təhlükəsizliyə təhdid yaranacağı halda tətbiq ediləcəyi nəzərdə tutulur. Belə ki, şübhəli hesab edilən müsəlman qadınlar polisin tələbi ilə üzünü açmağa məcbur olacaqlar.
Qanun layihəsi ilk oxunuşda qəbul edilib, 59 deputat “lehinə” və 54 nəfər “əleyhinə” səs verib.
Qadağa çadra geyinən müsəlman qadınlara, habelə etiraz aksiyalarında üzü bağlı etirazçılara da tətbiq ediləcək.Muxalifet3 - 19-09-2017