Axtarış

The search found 105783 results in 0.016 seconds.

Search results

  1. Daha bir ölkə Pxenyanın diplomatını ölkədən qovur

    İspaniya Xarici İşlər Nazirliyi Şimali Koreya səfirini arzuolunmaz şəxs elan edib.
    Axar.az xəbər verir ki, bu barədə informasiya nazirliyin rəsmi Tvitter səhifəsində yer alıb. Rəsmi Madrid həmçinin səfirin səlahiyyət müddətinin 30 sentyabrda bitəcəyini söyləyib.
    Qeyd edək ki, bundan öncə Küveyt Şimali Koreya səfirini ölkədən qovmuşdu.

    Muxalifet2 - 19-09-2017

  2. Kürdlərin müstəqillik referendumu NƏ VƏD EDİR?

    "Economist" yazır ki, Kürdüstanın müstəqillik referndumu tamamilə əks-nəticələrə gətirib çıxara bilər.
     
    Məqalədə deyilir ki, nəhəng neft ehtiyatlarına və Kərkük şəhərinin qeyri-müəyyən statusuna görə bu regionu həmişə barıt çəlləyinə bənzədiblər.
    Çoxmillətli Kərkük Kürd Muxtar Regionunun hüdudlarından kənardadır və Bağdad ərəb hökuməti də bu əraziyə iddialıdır. Yerlilər üçün bu ziddiyyətlərin faydası da var: Kürd peşmərgə qüvvələri buranı mühafizə edir, Bağdad hökuməti isə bütün maliyyə xərclərini çəkir.

    Muxalifet - 19-09-2017

  3. SAATLIDA DƏHŞƏTLİ QƏZA: ölən və xəsarət alanlar var

    Saatlıda ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 18-də saat 20 radələrində Saatlı rayonunun Azadkənd kəndi ərazisində kənd sakinləri Şakir Cabbarovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Salman Qasımovun idarə etdiyi “Belarus-80” markalı traktor toqquşub. Nəticədə Ş.Cabbarov hadisə yerində ölüb, 3 sərnişini xəstəxanaya yerləşdirilib. Saatlı RPŞ tərəfindən araşdırma aparılır.

    Muxalifet2 - 19-09-2017

  4. “Saytlara kim deyib axı Fuad xərçəngdir? – HƏKİM DANIŞDI

    Mən xalq artisti Fuad Poladovun xərçəng olub-olmadığını deyə bilmərəm. Bu sirri sizə verə bilmərəm. Bəlkə o insan özü bunu bilmir? Təsəvvür edin, onu eşidəndən sonra nələr baş verə bilər? İnsan mənən ölər. Mən xəstənin sirrini verə bilmərəm. Sadəcə deyirəm ki, müalicə olunur.
    Bu sözləri Milli Onkologiya Mərkəzinin baş onkoloqu Azad Kərimli Teleqraf.com-a danışarkən deyib. O, xalq artistimizin xərçəng olması ilə bağlı saytlarda gedən xəbəri təsdiq etmədiyini açıqlayıb:

    Muxalifet - 19-09-2017

  5. Payız sessiyasının ilk plenar iclasının vaxtı açıqlandı - Milli Məclis

    Azərbaycan Milli Məclisinin payız sessiyasının ilk plenar iclasının vaxtı məlum olub.
    “Report”un xəbərinə görə, plenar iclas oktyabrın 2-də keçiriləcək.
    Parlamentin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya həmin gündən sonra gələn ilk birinci iş günü öz işinə başlayır.

    Muxalifet2 - 19-09-2017

  6. Rusiya Təhlükəsizlik Xidməti türk şirkətinə basqın etdi

    Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Türkiyənin “Renesans İnşaat” şirkətinin Sankt-Peterburqdakı baş ofisinə basqın edib.
    Axar.az xəbər verir ki, şirkətin xaricə 1,7 milyard dollar köçürməkdə ittiham olunduğu bildirilib. “Renesans” isə bu ittihamları qəti şəkildə rədd edib. Şirkətə yaxın olan bəzi mənbələr bu basqının Rusiyadakı rəqib şirkətlərin yalan şikayəti əsasında həyata keçirildiyini iddia ediblər.
    Basqın zamanı əldə edilən dəlillərin istintaq prosesində istifadə olunacağı qeyd olunub.

    Muxalifet2 - 19-09-2017

  7. Yeni silahlarımız Ermənistanı VAHİMƏYƏ SALDI

    Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərə başlaması Ermənistanda ciddi qorxuya səbəb olub.
     
    Ermənistan mediası “Azərbaycan sürətli müharibəyə hazırlaşır” deyə yazır.
    İrəvanın qorxuya düşməsinin səbəbi isə təlimlərdə Azərbaycanın silah arsenalına qatdığı Çexiya istehsalı olan “Dana” özüyeriyən artilleriya qurğularının da iştirak etməsidir.

    Muxalifet - 19-09-2017

  8. "MODERN XİLAFƏTİ BƏRPA ETMƏYİN VAXTI ÇATIB" - Sərdar Cəlaloğlu

    “Bu gün modern xilafətin yaranmasını müsəlman dövlətlərinin başlıca vəzifəsi hesab edirəm”
     
    “Son 50 ildə dünyada yalnız müsəlmanların tərəf olduğu münaqişələr mövcuddur”

     
    “Azərbaycan daxilində nə qədər problemlərimiz olsa da, eyni zamanda dünyada da çox ciddi proseslər gedir. Bu proseslərin bizi maraqlandıran hissəsi Yaxın Şərq məsələsi, o cümlədən də sərhədlərimizdən uzaqda olan müsəlman ölkələrindəki vəziyyətdir. Açıq şəkildə göstərilir ki, son 50 ildə dünyada yalnız müsəlmanların tərəf olduğu münaqişələr mövcuddur”.

    Muxalifet3 - 19-09-2017

  9. “Bərzani Turqut Özalın əlini öpürdü” – Sabiq müşavir

    Məsud Bərzani ilk dəfə Türkiyəyə Prezident Turqut Özal dövründə gəldi və ona “hər əmrinizə hazıram” dedi.
     
    Bu sözləri “Sözcü” qəzetinə açıqlamasında İraq Kürd Muxtar Vilayətinin lideri Məsud Bərzani ilə Türkiyənin ilk təmasını quran və Prezident Turqut Özalla görüşdürən eks-müşavir Qaya Toperi söyləyib.
    “Özal PKK ilə mübarizədə yardımçı olmaq sözünü aldıqdan sonra Bərzaniyə dəstəyini verdi. Kürd lider o vaxtlar Səddam Hüseynin təzyiqlərinə məruz qalırdı. Səddam yox olan kimi o da üzünü Türkiyədən çevirdi.

    Muxalifet - 19-09-2017

  10. Myanma hökuməti müsəlmanlara yardıma icazə vermədi - BMT-yə ETİRAZ

    Myanma hökuməti Arakanda müsəlmanlara humanitar yardım aparılmasına icazə vermir. Bunu BMT-nin sözçüsü Stefane Dujarric gündəlik mətbuat konfransında bildirib. Onun sözlərinə görə, BMT Myanma hökumətindən Arakan əhalisinə humanitar yardım aparılması ilə bağlı icazə istəyib: “Hökumət BMT-nin istəyini təmin etmədi.

    Muxalifet2 - 19-09-2017

  11. Beynəlxalq Bank özəlləşdirilir - NAZİR

    Maliyyə Nazirliyi Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi strategiyasının hazırlanmasını planlaşdırır.
    Trend-in məlumatına görə, bunu jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib.
    Onun sözlərinə görə, bu prosesə beynəlxalq nüfuza malik məsləhətçilər qatılacaq.

    Muxalifet2 - 19-09-2017

  12. Beynəlxalq Bank özəlləşdirilir - Nazir

    Maliyyə Nazirliyi Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi strategiyasının hazırlanmasını planlaşdırır.
     
    Trend-in məlumatına görə, bunu jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib.
    Onun sözlərinə görə, bu prosesə beynəlxalq nüfuza malik məsləhətçilər qatılacaq./axar.az

    Muxalifet - 19-09-2017

  13. Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər

    Çempionlar Liqasının 2018-19 mövsümünün final matçının harada keçiriləcəyinə böyük ölçüdə aydınlıq gəlib. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin həlledici oyununun Bakı Olimpiya Stadionunda baş tutmaq ehtimalı artıb.
    Çünki digər namizəd “Vanda Metropolitano” stadionu UEFA-nın tələblərinə tam cavab vermir. Madrid şəhərindəki arenanın 7000 VİP tutumu var ki, bu da çox az hesab olunur.

    Muxalifet2 - 19-09-2017

  14. “Qərb-2017”də qəza: Vertolyot jurnalistləri vurdu – Şok video

    Rusiya və Belarusun keçirdiyi “Qərb-2017” hərbi təlimi zamanı Ka-52 vertolyotu Sankt-Peterburqun Lujski poliqonu yaxınlığında dayanıb təlimləri izləyən tamaşaçılara raket zərbəsi endirib.
     
    Raket zərbəsi nəticəsində 2 nəfər ağır yaralanıb. Rusiya mətbuatı atəşin təsadüf nəticəsində açıldığını bildirib.
    Yararlananların hər ikisinin jurnalist olduğu vurğulanıb.

    Muxalifet - 19-09-2017

  15. “Poroşenko Putinin ayaqlarına düşəcək” - Jirinovski

    Qərb Ukrayna torpaqlarına göz dikib.
     
    Bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. Onun sözlərinə görə, Ukrayna Prezidenti Pyotr Poroşenko heç kimə gərək olmayan sözlərlə çıxış edir:
    “Poroşenko zamanı gələndə Vladimir Putinin ayaqlarına düşəcək. O yalvaracaq ki, Ukraynaya rus ordusu yeridilsin və ölkədə nizam bərpa olunsun”.

    Muxalifet - 19-09-2017

  16. “Turan”ın hesablarına yenidən həbs qoyula bilər

    Vergilər Nazriliyinin Bakı Lokal Gəlirlər Departamenti "Turan" İnformasiya Agentliyinə 2014-17-ci illərə aid vergi sanksiyasını yenidən bərpa edib. Bu barədə Turan agentliyi məlumat yayıb.
     
    Məlumatda deyilir ki, sentybarın 18-də agentliyin elektron poçtuna Vergilər Nazirliyindən sentybarın 15-i tarixilə məktub daxil olub. Məktubda deyilir ki, agentlik 27 min 253 manat borca və daha 9.294 manat faizə malikdir.

    Muxalifet - 19-09-2017

  17. Azyaşlı bacı-qardaş bir ayın içində müəmmalı şəkildə ölüb - Sabirabadda

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Həşimxanlı kənd sakini, 2012-ci il təvəllüdlü Əsədli Səma Aqşin qızı yuxudan oyanmayıb.
    Bu gün səhər saatlarında Şirvan şəhər Xəstəxanasına aparılan 5 yaşlı uşağın artıq öldüyü məlum olub.
    Məlumata görə, bir ay əvvəl Səmanın 13 yaşlı qardaşı da ölüb. Onun qıcolmadan öldüyü bildirilir.
    Hazırda ölümlərin dəqiq hansı səbəbdən baş verdiyini aydınlaşdırmaq üçün uşağın meyiti müayinə üçün Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə göndərilib.

    Muxalifet2 - 19-09-2017

  18. Türk ordusu Şimali İraqı vurdu

    Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının düşərgələrini bombalayıb.
    Axar.az xəbər verir ki, hava əməliyyatları zamanı terrorçulara məxsus silah-sursat anbarları, sığınacaqlar, atəş nöqtələri məhv edilib.
    Əməliyyatı uğurla yerinə yetirən qırıcılar

    Muxalifet2 - 19-09-2017

  19. DİN kabel oğurlayan futbolçunun görüntülərini yaydı – FOTO

    Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ölkədə informasiya-kommunikasiya sistemlərinin mühafizəsinin, fasiləsizliyinin, eyni zamanda kibertəhlükəsizliyinin təmin olunması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib.
    Bu haqda Daxili İşlər Nazirliyindən məlumat verilib.
    Belə ki, cari ilin sentyabr ayı ərzində müxtəlif vaxtlarda Sumqayıt telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlanması və nəticədə dövlətə külli miqdarda ziyan vurulması barədə Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ) məlumat daxil olub.

    Muxalifet2 - 19-09-2017

  20. Qonşusunu polisə düzəltmək adı ilə dələduzluq edən şəxs məhkəmə zalında həbs edildi - DƏLƏDUZLUQ

    Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şəhriyar Şükürovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
    "Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
    Məhkəmənin hökmü ilə Ş.Şükürovun barəsində Cinayət Məcəlləsinin 62-ci (cəzadan daha yüngül cəza təyin etmə) maddəsi tətbiq edilib və o, 4 il müddətinə azadlıqdan məhrum olunub. Ş.Şükürov məhkəmə zalında həbs edilib.

    Muxalifet2 - 19-09-2017

Pages