Axtarış
The search found 105783 results in 0.028 seconds.
Search results
Kavani və Neymar pula görə mübahisə edib
PSJ-nin futbolçuları Neymar və Edinson Kavanini arasındakı münaqişənin əsl səbəbi müəyyənləşib.
Qol.az-ın "L'Equipe”yə istinadən yaydığı xəbəeə görə, buna klub rəhbərliyi tərəfindən bombardir üçün nəzərdə tutulan 1 milyon 500 min avro məbləğində pul mükafatı səbəb olub. Məhz buna görə Kavani Fransa çempionatının 6-cı turunda "Lion”la ev oyunu zamanı penaltinin Neymarın yerinə yetirməsinə mane olub.
Bundan sonra oyunçular paltardəyişmə otağında mübahisə ediblər. Onların əlbəyaxa olmasına isə PSJ-nin kapitanı Tiaqu Silva imkan verməyib.Muxalifet2 - 19-09-2017
"Azərbaycanlı müğənnilərin çoxu "mamaroza"dır, insan alveri də buna göz yumur" - Əməkdar artist
Azərbaycanın əməkdar artisti Cavanşir Məmmədov həmkarları haqda sərt fikirlər səsləndirib.
Azxeber.com-un məlumatına görə, müğənni qonaq olduğu verilişlərin birində bəzi həmkarlarının insan alveri ilə məşğul olduğunu deyib: "Bu gün onlarla məşhur müğənni, prodüser, təşkilatçı var ki, insan alveri ilə məşğuldur, ona-buna qız daşıyır. Şou-biznesdə olan "mamaroza" və "paparoza"lar heç bir sahədə yoxdur. İnsan alveri və əlaqədar qurumlar şou aləmində reyd keçirsə, bir gecədə onlarla şəxs həbs edilə bilər. Əminəm ki, bu olandan sonra müğənnilər sakitləşər".Muxalifet - 19-09-2017
Saakaşvili Kiyevdədir
Ukraynanın Odessa vilayətinin keçmiş qurbenatoru, “Yeni qüvvələr hərəkatı” Partiyasının lideri Mixeil Saakaşvili Kiyevdədir.
“Report” “gordonua.com” sayıtna istinadən xəbər verir ki, bunu onun mətbuat katibi Darina Çij bildirib.
Bu gün o, Ukrayna vətəndaşlığından məhrum edilməsinə dair vəkilləri ilə birlikdə Kiyevdə mətbuat konfransı keçirəcək.
Məlumata görə, Saakaşvili sentyabrın 20-də Dneprə səfər səfər edəcək.Muxalifet2 - 19-09-2017
Abid Şərifov Bakının 1-ci mikrorayonunun yenidən qurulması məsələsinə aydınlıq gətirib
“Hazırda Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakının 1-ci mikrorayonun yenidən qurulması ilə bağlı hazırlıq işləri aparılır”.
APA-nın xəbərinə görə, bunu baş nazirin müavini Abid Şərifov deyib.
O bildirib ki, dövlət məsələ ilə bağlı icazə verib, qərar çıxarıb.Muxalifet2 - 19-09-2017
"Kürdlərin referendumu gərginliyə səbəb olacaq" - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın baş naziri Heydər əl-Abadi ilə əlaqə saxlayaraq, Kürdüstanın müstəqilliyinə dair təyin olunan referendumla bağlı müzakrə aparıb.
“Anadolu” nəşri xəbər verir ki, rəsmi Ankara və Bağdad referendumun regionda gərginliyə səbəb olacağı qənaətindədir.
Ərdoğan və əl-Abadi İraqın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıblar. Onlar, həmçinin İraq Federal məhkəməsinin referendumun keçirilməsinin dayandırılması barədə qərarını alqışlayıblar.Muxalifet - 19-09-2017
İşləmək üçün Türkiyəyə gedən azərbaycanlı çayda boğuldu
Trabzonda azərbaycanlı çayda boğulub.
Türkiyə KİV xəbər verir ki, çay tarlasında işləyən azərbaycanlı sərinləmək üçün çaya enib və bu zaman boğulub. O, kəndlilər tərəfindən çıxarılaraq xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib. Adı dəqiq məlum olmayan şəxsin cənazəsi yaxınları tərəfindən Azərbaycana gətirilib.Muxalifet - 19-09-2017
“İsraili yerlə-yeksan edəcəyik” - İran generalı
Gələcək 25 il ərzində “İsrail” adlı bir şeyin olmayacağı onun tam 25 il yaşayacağı demək deyil. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iranlı general Əbdürrəhim Musəvi söyləyib. Onun sözlərinə görə, İsrail kiçik xətaya yol versə, Hayfa və Tel-Əviv şəhərləri yerlə-yeksan olacaq. O, İsrailin ömrünün son günlərini hesablaması gərəkdiyini bildirib.
Muxalifet2 - 19-09-2017
Rusiya Azərbaycanın diaspora təşkilatını bağladı
Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyası Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi barədə məhkəmə qərarını qüvvədə saxlayıb.
İşə Ali Məhkəmənin Rəyasət Heyətində baxılacaq. Lakin Rəyasət Heyətində baxılacaq tarix yaxın müddətdə məlum olacaq.
Xatırladaq ki, mayın 15-də Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatını ləğv edib. Buna səbəb kimi Azərbaycan diaspor təşkilatının Rusiya qanunvericiliyini pozması göstərilib. ÜAK bu qərardan apellyasiya şikayəti verib.Muxalifet - 19-09-2017
“Kanal 13”ün direktorunun məhkəməsinin vaxtı məlum olub
“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəməsinin vaxtı məlum olub.
Bu barədə virtualaz.org saytına vəkil Cavad Cavadov məlumat verib.
Vəkilin sözlərinə görə, “Kanal 13”ün rəhbəri Əziz Orucovun barəsində olan cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin icratına verilib. Məhkəmənin hazırlıq iclası sentyabrın 27-nə təyin edilib.Muxalifet - 19-09-2017
Saakaşvili Kiyevdə mitinq keçirir - VİDEO
“Sol qüvvələr hərəkatı”nın lideri Mixail Saakaşvili Kiyevdə - Prezident Administrasiyasının qarşısında görüş keçirir.
Həmin görüşün canlı yayımını diqqətinizə çatdırırıq.Muxalifet - 19-09-2017
Məhkəmə-Hüquq Şurasına dövlət orqanı statusu verilir
Azərbaycanda Məhkəmə-Hüquq Şurasına dövlət orqanı statusu verilir.
Bununla bağlı Azərbaycan Prezidenti tərəfindən “Dövlət qulluğu haqqında” qanuna əlavələr təklif edilir.
Layihəyə əsasən, qanunun 8-ci maddəsinin (Dövlət orqanlarının təsnifatı) 1-ci bəndinə (təsnifatlaşdırılan dövlət orqanlarının siyahısı) “məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurası” sözləri əlavə edilir.
Hazırda isə Azərbaycanda dövlət orqanlarının təsnifat siyahısına görə qurumlar yalnız bunlardır:Muxalifet - 19-09-2017
“Gürcü Arzusu” Marneuli ilə bağlı qərarını dəyişməyəcək
Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısı vəzifəsinə namizədi ilə bağlı qərarı dəyişməz olaraq qalacaq.
APA-nın yerli bürosunun məlumatına əsasən, bunu partiyanın liderlərindən biri Mamuka Mdinaradze deyib. “Partiyanın Marneuli rayon icra başçısı vəzifəsinə namizədi Teymuraz Abasov olacaq. Onun qalib gələcəyi təqdirdə, keçmiş namizəd Amiran Giorqadze Marneuli sakrebulosuna başçılıq edəcək”, - deyə o, söyləyib.Muxalifet2 - 19-09-2017
Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı Bakıya gəlir
Pakistan Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Süheyl Amanın Azərbaycana səfəri başlayır.
Pakistanın Azərbaycandakı səfirliyindən Trend agentliyinə verilən məlumatına görə, səfər çərçivəsində tərəflər Bakı və İslamabad arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Səfər zamanı iki ölkə arasında hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi də aparılacaq.
Pakistanlı komandanın səfəri sentyabrın 22-dək davam edəcək.Muxalifet2 - 19-09-2017
Hadı Rəcəbli hakimiyyət saytlarını “mənəviyyatsız” adlandırdı
“Allahşükür Paşazadə Moskvada gedib orda görüşlər keçirəndən sonra belə təxribatlara başladılar”
“Dünyanın heç bir ölkəsinin dini liderini bilərəkdən, özlərindən düşünülmüş şəkildə bəzəyib belə ortaya qoymurlar. Bu iyrənc hərəkətdir. Allahşükür Paşazadə bizim xalqın dini lideridir. Dünya onu qəbul edib”.
Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin Lənkərandan olan deputatı Hadi Rəcəbli Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə bağlı mətbuata yazılanlara münasibət bildirərkən deyib.Muxalifet - 19-09-2017
MDB gömrükçüləri Qəbələdə toplaşır
Sentyabrın 20-də Azərbaycan Respublikasının Qəbələ şəhərində Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 16-cı iclası keçiriləcək.
Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, tədbirdə MDB üzv dövlətlərin - Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin başçıları, eləcə də müşahidəçi qismində Latviya və Estoniya gömrük xidmətlərinin nümayəndələri iştirak edəcək.Muxalifet2 - 19-09-2017
Россия может стать посредником между США и Северной Кореей
Rusiya hərbi gəmiləri Bakıya gəlib — FOTO + VİDEO
Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Velikiy Ustyuq” kiçik raket gəmisi və “MB-58” dəniz yedəyi dostluq səfəri ilə sentyabrın 19-da Bakıya gəliblər.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Qonaqlar Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə gül dəstələri qoyublar.Muxalifet - 19-09-2017
Tələbənin qətlindən sonra Corciyada etirazlar başlayıb
ABŞ-ın Corciya Texnologiya Universitetində tələbələr etiraz aksiyası keçirib.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, etirazlar polisi tərəfindən tələbənin güllələnməsindən sonra başlayıb.
Universitetin rəsmiləri dünən axşam kampusdakı güclü etirazlar səbəbindən tələbələri küçələrə çıxmamağa çağırıblar. Etiraz aksiyası zamanı polis avtomobili yandırılıb.
İstintaqın məlumatına görə, 21-yaşlı Skaut Şults polisə zəng edərək silahlı şəxs haqında məlumat verib. Polislər Şultsun təsvirinə uyğun olan tələbəni sentyabrın 16-da gecə saatlarında güllələyib.Muxalifet2 - 19-09-2017
Bakıda FUTBOL BAYRAMI - UEFA qərar verdi
Çempionlar Liqasının 2018/2019-cu il mövsümünün final oyunu Bakıda keçiriləcək.
Bununla bağlı "Onda Cero" radiosu məlumat yayıb.
“UEFA-nın qərarını sabah açıqlayacağına baxmayaraq, kütləvi informasiya vasitələri artıq bununla bağlı məlumatlar əldə edib. Qərara əsasən, Bakının “Olimpiya” stadionu Madridin “Vanda Metropolitona” və “Atletiko” arenalarını geridə qoyub. Çünki digər namizədlər UEFA-nın tələblərinə tam cavab vermir”.Muxalifet - 19-09-2017
"Rus dilini zibilliyə ata bilərsiniz" - Trofimçuk
Rus dili artıq heç kimə lazım deyil.
Bu sözləri öz Feysbuk səhifəsində rusiyalı politoloq Qriqori Trofimçuk paylaşıb.Muxalifet - 19-09-2017