Ağmeşə qruplaşması məhv edildi - ƏMƏLİYYAT

Türk ordusu İraq və Suriya sərhədinin yaxınlığında yerləşən və əhalisinin əksəriyyəti kürdlərdən, ərəblərdən ibarət olan Siirt vilayətində əməliyyat keçirib.
Muxalifet.az Axar.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı 12 PKK-çıdan ibarət Ağmeşə qruplaşması tamamilə məhv edilib. Qruplaşmaya aid xeyli silah-sursat ələ keçirilib.
Onların bölgədə genişmiqyaslı terrorlar həyata keçirməyə hazırlaşdıqları bildirilib.