Axtarış

The search found 105783 results in 0.026 seconds.

Search results

  1. Azərbaycan gömrükçüləri 21 ədəd mobil telefon aşkar etdi - QAÇAQMALÇILIQ

    Dövlət Gömrük Komitəsi (DGK) Yevlax Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilmiş mobil telefonlar və aksesuarlarının realizə edilməsinin qarşısını alıblar. “Report” DGK-ya istinadən xəbər verir ki, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan vətəndaşının idarə etdiyi "Toyota Land Cruiser Prado" markalı avtomobilini Mingəçevir şəhəri, Heydər Əliyev prospektində gömrükçülər saxlayıb və nəqliyyat vasitəsi gömrük baxışı keçirilməsi məqsədilə Yevlax Gömrük İdarəsinin inzibati binasını

    Muxalifet2 - 19-09-2017

  2. “Ermənistan hakimiyyəti tamahkar və acgözdür” - Erməni diasporunun nümayəndəsi

    Zare Palyan: “Serj Sarqsyan və II Qareqendən həqiqəti deyəcəklərini gözləmirəm”
     
    “Ermənistanda hakimiyyət hədsiz dərəcədə xəsislik edir və ölkədəki mövcud vəziyyət prezident Serj Sarqsyanı, eləcə də başqa məmurları silkələməlidir”.
    Ermənistanın “Haykakan Jamanak” qəzeti xəbər verir ki, bunu ABŞ-dakı erməni diasporunun nümayəndəsi Zare Palyan sentyabrın 18-də Yerevanda başlayan VI “Ermənistan-Diaspo” forumundakı çıxışı zamanı bildirib.

    Muxalifet - 19-09-2017

  3. Universitetin həyətində tələbə bıçaqlandı - VƏZİYYƏTİ AĞIRDIR

    Azərbaycanda tələbə universitetin həyətində bıçaqlanıb.
    Muxalifet.az xəbər verir ki, hadisə Lənkəran Dövlət Universitetinin (LDU) həyətində baş verib.
    Belə ki, universitetin 3-cü kurs tələbəsi Zəka Həmidov tələbə yoldaşı tərəfindən bıçaqlanıb.
    Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
    Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, yaralı çoxlu qan itirib və vəziyyəti ağırdır.

    Muxalifet - 19-09-2017

  4. MƏTBUATIN HƏDƏFİNDƏ OLAN MƏMURLAR

    Dəyərli oxucular! Bu gündən etibarən Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gələcək. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim edəcək. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da müəyyən etmiş olacaqsınız.

    Muxalifet3 - 19-09-2017

  5. ZİYA MƏMMƏDOV EVİNİ SATIŞA ÇIXARDI – 750 minə

    Sabiq Nəqliyyat naziri Ziya Məmmədov evini satışa çıxarıb.
    O,”Nizami” metro stansiyasının yaxınlığında, Xarici İşlər Nazirliyinin arxa tərəfində yerləşən tikilidəki 250 kv.m sahəsi olan mənzilini 750 minə satır.
    Z.Məmmədovun evini hansı səbəbdən satdığı açıqlanmır. /Unikal.org

    Muxalifet2 - 19-09-2017

  6. “Gürcüstanda bir oğru var, o da baş nazirdir” – AZƏRBAYCANLI DEPUTAT

    Bir neçə gün bundan əvvəl Tbilisidə  qətlə yetirilmiş Azərbaycan vətəndaşının kimliyi barədə məlumat verilmişdi.
     
    Məlumata görə, öldürülən şəxs, 1975-ci il təvəllüdlü Elçin Məmmədovdur. Həmçinin,  Məmmədovun adı “qanuni oğru” Rövşən Lənkəranskinin qətlində hallanıb. Güllələnən Məmmədov 2015-ci ildən Rusiyada axtarışda imiş. Yayılan xəbərə görə, Elçin Məmmədov kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun sağ əli olub.
     Ümumiyyətlə, son zamanlar azərbaycanlı “vorzakon”ların Gürcüstanda aktivləşməsi barədə xəbərlər yayılır.

    Muxalifet - 19-09-2017

  7. "Palmali" "Lukoil"dən 2 mlrd. dollar tələb edir

    "Palmali" şirkətlər qrupunun törəməsi "Palmali Denizçilik" "Litasco" şirkətini ("Lukoil" şirkətinin törəməsi - red.) məhkəməyə verib. "Muxalifət.az" Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, "Palmali"nin London Arbitraj Məhkəməsində qaldırdığı iddiada qeyd edilib ki, "Litasco" Xəzər dənizində daşımaçılıqla bağlı razılaşmanın şərtlərini pozub. "Palmali" "Litasco"dan 2 mlrd. dollarlıq təzminat tələb edir. Qeyd edək ki, "Lukoil" və "Palmali Denizçilik" cari ilin aprel ayında 10 illik neft və neft məhsullarının daşımasını həyata keçirmək üçün müqavilə imzalayıblar.

    Muxalifet2 - 19-09-2017

  8. Bakıda geylərin kütləvi həbsi - Aralarında QİÇS xəstələri də var

    Daxili İşlər Nazirliyinin müvafiq qurumları Bakı şəhərində gecələr “fəaliyyət” göstərən cinsi azlıqlara qarşı geniş əməliyyat keçirib.
     
    BakuPost.az-ın məlumatına görə, milli-mənəvi dəyərlərin qorunması istiqmətindəki tədbirlər çərçivəsində keçirilən reydlər zamanı son bir həftə ərzində 100-ə yaxın cinsi azlıq nümayəndəsi saxlanılıb.
    Məsələnin daha ilginc tərəfi odur ki, saxlanılan şəxslərin məcburi müayinəsi zamanı həm polisi, həm də həkimləri şoka salacaq faktlar aşkarlanıb.

    Muxalifet - 19-09-2017

  9. Özünü 17-ci mərtəbədən atdı - Bakıda DƏHŞƏTLİ İNTİHAR

    Bakıda dəhşətli intihar hadisəsi baş verib.
     
    Lent.az xəbər verir ki, naməlum şəxs özünü Nəsimi rayonu ərazisində, Akademik Mirəli Qaşqay küçəsi 36 ünvanındakı 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib. İntihar edən şəxsin 30-35 yaşlı kişi olduğu və həmin ünvandakı binada yaşamadığı bildirilir.
    Hadisə şahidləri bildiriblər ki, həmin şəxs sakinlərdən birinin kodlu qapını açaraq binanın dəhlizinə daxil olması zamanı fürsətdən istifadə edərək içəri keçib və vaxt itirmədən liftlə yuxarı qalxaraq özünü atıb.

    Muxalifet - 19-09-2017

  10. ​VERGİLƏR NAZİRLİYİNDƏN ŞOK QƏRAR - “Turan”a qarşı sanksiya bərpa olundu!

    Vergilər Nazirliyinin Bakı şəhər lokal gəlirlər departamenti “Turan” agentliyinə qarşı 2014-2015-ci illər üçün 37 kin manat məbləğində vergi sanksiyalarını bərpa edib.
    Muxalifet.az xəbər verir ki, sentyabrın 18-də “Turan” agentliyinin ünvanına Vergilər Nazirliyindən 15 sentyabr tarixli üç məktub daxil olub. Məktublarda yazılıb ki, agentliyin 27 253 manat məbləğində ödənilməmiş borcu var və ödənilməmiş borcun faizi olaraq, əlavə 9 294 manat da ödəniş edilməlidir. Saytın elektron poçtuna da Vergilər Nazirliyindən eyi məzmunda məktub daxil olub.

    Muxalifet2 - 19-09-2017

  11. ABŞ orduya 700 milyard dollar ayırır

    ABŞ Senatı orduya 2018-ci maliyyə ilində 700 milyard dolların ayrılmasını təsdiqləyib. Bu barədə informasiyanı “Assoşeyted Press” agentliyi yayıb. Qanun layihəsinin lehinə 89 senatorun səs verdiyi açıqlanıb. Yeni qanun layihəsində əsas xərclərin Şimali Koreyaya qarşı raketdən müdafiə sistemlərinin genişləndirilməsi və hərbçilərinin maaşlarının ödənilməsinin təşkil edəcəyi vurğulanıb.

    Muxalifet2 - 19-09-2017

  12. Prodüser xəstə uşağa kömək adı ilə dələduzluq etdi

    Bakıda prodüser xəstə uşağa kömək adı ilə dələduzluq etdi
     
    Prodüser Zaur Məmmədov tanınmış müğənnilərin adından istifadə edərək dələduzluq edib. “Qafqazinfo” xəbər verir ki, o, ağır xəstəlikdən əziyyət çəkən 3 yaşlı körpənin müalicəsinə pul toplamaq üçün tanınmışların iştirakı ilə konsert təşkil edəcəyini vəd verərək Bakı sakini Nuriyyə Quliyevanın pulunu mənimsəyib. 

    Muxalifet - 19-09-2017

  13. Azərbaycanlı oliqarx 10 nəfərin QƏTLİNDƏ İTTİHAM OLUNUR

    Azərbaycanlı oliqarx Telman İsmayılov axtarışa veriləcək.
     
    Bu barədə Rusiyanın "Rosbalt" agenttliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
    Agentliyin məlumatına görə, azərbaycanlı biznesmen tezliklə axtarışa veriləcək. Hazırda onunla bağlı 5 maddə üzrə istintaq aparılar. İsmayılov Rusiya Cinayət Məcəlləsinin 210 (cinayətkar qruplaşma qurmaq), 105 (qəsdən adam öldürmə), 222 (qanunsuz silah saxlama), 172 (qanunsuz bank faliyyəti) və 167 (özgə əmlakının yandırılması) maddələri ilə ittiham olunur.

    Muxalifet - 19-09-2017

  14. Dünya Bankı Azərbaycanda iqtisadi artımın bərpasına dəstəyini davam etdirəcək

    Azərbaycanda iqtisadi artımı tez bərpa etmək üçün Maliyyə Sabitliyi Şurası ilə əməkdaşlığı davam etdirəcəyik.
    "Report" xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi deyib.
    Onun sözlərinə görə, təmsil etdiyi qurumun Azərbaycanla icra etdiyi 41 layihə artıq yekunlaşıb:

    Muxalifet2 - 19-09-2017

  15. "Roma"nın futbolçusu "Qarabağ"la oyun haqda: "Çox çətin qarşılaşma olacaq"

     “Çox çətin qarşılaşma olacaq. “Qarabağ” qrupdakı ilk matçda “Çelsi”yə 0:6 hesabı ilə məğlub olub. Bu, London komandası üçün parlaq qələbə idi”.
     
    Bunu “Roma”nın yarımmüdafiəçisi Kevin Strotman apasport.az saytının sorğusuna cavabında deyib.
     Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alan İtaliya təmsilçisi növbəti matçını Azərbaycan çempionuna qarşı keçirəcək.

    Muxalifet - 19-09-2017

  16. Özəl mühafizə xidmətinin sabiq bölmə rəisinin məhkəməsi davam etdirilib

    Bakı Ağır Cinayətlər Məhkəməsində “Azər Mühafizə” MMC özəl mühafizə şirkətinin Şirvan bölməsinin sabiq rəisi Namiq Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Muxalifet2 - 19-09-2017

  17. ABŞ İsraildə ilk hərbi bazasını açdı

    ABŞ ilk dəfə olaraq İsrailin cənubunda daimi hərbi bazasını açıb.
    Bu barədə informasiyanı İsrail Silahlı Qüvvələrinin mətbuat xidməti yayıb. Bazanın İsrail hava hücumundan müdafiə üzrə hərbi hissələrindən birinə inteqrasiya olunacağını bildirilir.
    Qeyd edək ki, İsrail ABŞ-ın Yaxın Şərqdə ən yaxın müttəfiqi hesab edilir (axar.az).

    Muxalifet2 - 19-09-2017

  18. Döyülən sürücü ilə bağlı polisə müraciət edilib - VİDEO

    Bakı Nəqliyyat Agentliyi bazar ertəsi axşamı döyülən sürücü ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
     
    Sosial şəbəkələrdə yayılan videoda marşrutun sürücüsü arxa qapıdan avtobusa daxil olan sərnişinə etiraz etdiyi eşidilir. Bir müddət sonra başqa bir sərnişin ön qapıdan gələrək sürücünün üz nahiyyəsinə zərbələr endirir. Digər sərnişinlər müdaxilə edərək onu uzaqlaşdırır.
    Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev BBC Azərbaycancaya bildirib ki, hadisə sentyabrın 18-i saat 17:30-da 135 saylı avtobusda baş verib.

    Muxalifet - 19-09-2017

  19. Xalq artisti Fuad Poladovda xərçəng xəstəliyi aşkarlanıb

    Xalq artisti Fuad Poladovda xərçəng xəstəliyi aşkar olunub.
    Bu barədə APA-ya Milli Onkologiya Mərkəzindən məlumat verilib.
    Mərkəzdən bildirilib ki, xərçəng Fuad Poladovun ağciyərinin sol payında aşkarlanıb. Xalq artisti iyulun 12-də Milli Onkologiya Mərkəzində qeydiyyata alınıb: “Fuad Poladov sonuncu dəfə avqustun 30-da I Kimyaterapiya Şöbəsində yataq şəraitində müalicə alıb”.
    Qeyd edək ki, xəbəri ilk olaraq APA TV yayıb.

    Muxalifet2 - 19-09-2017

  20. "Rosneft" kürdlərlə 1 milyard dollarlıq razılaşma imzaladı

    Rusiyanın öncül neft şirkətlərindən olan "Rosneft" 25 sentyabrda keçirilməsi planlaşdırılan müstəqillik referendumundan əvvəl İraq Kürdistan Regional Hökuməti (İKRH) ilə bir milyard dollardan artıq məbləğə malik təbii qaz boru kəməri razılaşmasını imzalayıb.
     
    İKRH 2014-cü ildən başlayaraq Bağdaddakı mərkəzi rəhbərlikdən asılı olmayaraq müstəqil şəkildə neft ixrac edir. Rosneft də bu il bu ərazidən neft alan şirkətlər arasına daxil olaraq gələcəkdəki neft alış-verişi qarşılığında regional hökumətə yüz milyonlarla dollar kredit verib.

    Muxalifet - 19-09-2017

Pages