Axtarış

The search found 105783 results in 0.03 seconds.

Search results

  1. Bərzaninin planı faş oldu – İŞİD bəhanəsi ilə Kərkükü işğal etməyə hazırlaşır

    Yaxın Şərqi sürü ilə bürüyən terror təşkilatlarının vahid mərkəzdən idarə edildiyi bir daha aşkar oldu – hədəfdə Azərbaycan da var
     
    ABŞ-ın minlərlə tır silah, peşəkar hərbi təlimçilər və s. vasitəsi ilə dəstəklədiyi PYD/PKK terror təşkilatı İŞİD bəhanəsi ilə Tel Abyad, Aynel Arab və Hasekeni işğal eləmişdi. Hurriyyet.org xəbər verir ki, eyni oyunu indi Bərzani Kərkük ilə oynamaq istəyir. Mosul ilə Telaferdə təslim olan İŞİD terrorçuların Kərkükə göndərilməsi, Peşmərgə ilə PKK-nın da bunu bəhanə edib şəhərə hücum etməsi nəzərdə tutulurmuş,

    Muxalifet2 - 19-09-2017

  2. “Qarabağ”ın oyununa 45 min bilet satıldı

    "Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma” ilə matçına bu günə qədər satılan biletlərin sayı açıqlanıb. Bu barədə məlumatı “Qarabağ” futbol klubunun rəsmi səhifəsi yayıb. Məlumata görə, sentyabrın 27-si baş tutması nəzərdə tutulan görüşə bu günə qədər 45 000 bilet satılıb. Qeyd edək ki, azarkeşlər biletləri satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Ötən gündən etibarən onlayn olaraq əldə edilən vauçerlərin biletə dəyişdirilməsinə də başlanılıb.

    Muxalifet2 - 19-09-2017

  3. Zakir Həsənov düşmənlə üzbəüz hərbi hissələrdə - FOTOLAR

    Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrin cəbhəboyu zonada yerləşən hərbi hissələrinin döyüş qabiliyyəti, şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığı, həmçinin mülki əhalinin təhlükəsizliyinin təmin olunması şəraitini yoxlamaq məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətindəki bölmələrdə olub.

    Muxalifet2 - 19-09-2017

  4. ​TRAMPın qırmızı düymədən istifadə edə bilməməsi dünyanı QORXUYA SALIB - VİDEO

    ABŞ prezidenti Donald Tramp ilk dəfə BMT-nin qərargahına gəldiyi zaman ona mikrofonu tənzimlənməkdə yardım lazım olub. Əslində bu olay diqqətçəkən bir məsələ olmasa da, blogerlər, jurnalistlər və sosial şəbəkə istifadəçisi olan yüz minlərıə insan bunu tam fərqli şəkildə yorumlayıb
    Hurriyyet.org-un xarici mətbuata istinadla verdiyi xəbərə görə, insident Donald Trampın BMT-də ilk çıxışı zamanı baş verib. Müzakirənin əsas mövzusu Cənubi Koreya olub. Çünki Ağ Evlə Kim Çen In arasındakı gərginlik heç vaxt bu həddə çatmayıb və nüvə müharibəsi təhlükəsi bu qədər real olmayıb.

    Muxalifet2 - 19-09-2017

  5. Dünya Bankı Azərbaycanda 11 layihə həyata keçirməkdədir

    Dünya Bankı əməkdaşlığa başladığı andan 50-dən çox layihənin icra edib. Bu barədə sentyabrın 19-da Azərbaycan və Dünya Bankının əməkdaşlığının 25 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.
    Onun sözlərinə görə, hazırda Dünya Bankı Azərbaycanda 1,4 milyard dollar dəyərində 11 layihəni həyata keçirir.

    Muxalifet2 - 19-09-2017

  6. “İran nüvə proqramına dair yenidən danışıqlar aparmayacaq” - Vilayəti

    “İran heç vaxt nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət planı ilə bağlı yenidən danışıqlar aparmayacaq”.
    APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti Fransanın müzakirələrin yenidən aparılmasına dair təklifinə münasibət bildirərkən deyib.
    O bildirib ki, İran müzakirələrin yenidən aparılmasını heç vaxt qəbul etməyəcək: “Müzakirələr bir dəfə aparılıb. İran və 5+1 ölkələri uzunmüddətli müzakirə aparıb və müsbət nəticə əldə olunub".

    Muxalifet2 - 19-09-2017

  7. Ana doğuşdan sonra öldü - SABİRABADDA

    Sabirabad rayonunda ana doğuşdan sonra ölüb.
    "Report"un məlumatına görə, sentyabrın 10-da İmişli rayonunun Qaraqaşlı kənd sakini İranə Usubəli qızı Əzizova doğuş üçün Sabirabad rayon doğum şöbəsinə yerləşdirilib. İ.Əzizova orada oğloan uşağı dünyaya gətirib. Doğuşdan sonra ananın vəziyyəti normal olsa da qadın bir gün sonra xəstəxanada müəmmalı şəkildə ölüb. Körpənin vəziyyətinin yaxşı olduğu və bu gün xəstəxanada evə buraxıldığı bildirilib.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 19-09-2017

  8. Dələduzluqda təqsirləndirilən bələdiyyə sədrinə daha bir cinayət işi açıldı

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq bələdiyyə sədri Vaqif Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. "Report"un məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən iclasda şahidlərin məhkəməyə gəlmədiyi elan olunub. Məhkəmədə o da məlum olub ki, sabiq bələdiyyə sədri barəsində yeni cinayət işi açılıb. O, yenə də dələduzluqda təqsirli bilinir. Onun barəsində açılan cinayət işi üzrə istintaq başa çataraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə oktyabrın 3-dək təxirə salınıb.

    Muxalifet2 - 19-09-2017

  9. Klinton yeni kitabının təqdimatında prezident Trampı tənqid edib

    Öz yeni kitabını təqdim edən ABŞ Demokratik Partiyanın sabiq prezidentliyə namizədi Hillari Klinton prezident Donald Trampı tənqid etməyə davam edir.
    Bazar ertəsi Vaşinqtonda auditoriya qarşısında çıxış edən sabiq dövlət katibi Tramp və onun komandasının fəaliyyətinin ictimai maraqlar üzərində qurulmadığını bildirib.
    “Bu prezident və ona alternativ reallıqda xidmət edən insanlar ölkənin gələcəyini aşkar təhlükə altına qoyurlar.”

    Muxalifet2 - 19-09-2017

  10. Şəmsəddin Hacıyevə görə universitetdən BAŞ PROKURORLUĞA ŞİKAYƏT

    Hesablama Palatasının növbəti Kollegiya iclasında dövlət büdcəsindən Azərbaycan Dövlət İqtisad Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair aparılmış auditin nəticələri üzrə Hesabat müzakirə olunub.
     

    Muxalifet - 19-09-2017

  11. Moskvada nə baş verir? - 8 idarə təxliyə olundu

    Moskvada səhər yenə həyəcanlı açılıb. Trend-in məlumatına görə, paytaxt hüquq-mühafizə orqanlarından verilən xəbərə görə, Moskvada minalanmış obyektlər barədə anonim zəng alındıqdan sonra 8 idarənin əməkdaşları təxliyə edilib.
    Məlumata görə, partlayıcı qurğuların Lyublino, Vnukovo, Basmannıy, Boqorodskoye, Kuzminki, Naqorniy, Solnsevo və Lefortovo rayon idarələrinə qoyulması barədə anonim zənglər qəbul olunub.
    Qeyd olnur ki, anonim zənglərlə əlaqədar hər idarədən 50-250 adam təxliyə edilib.

    Muxalifet2 - 19-09-2017

  12. Keçmiş MTN əməkdaşları ifadə verdi - GENERALLARIN MƏHKƏMƏSİNDƏ

    Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. “Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə sabiq MTN əməkdaşları ifadə verib.

    Muxalifet2 - 19-09-2017

  13. Oğurluğa görə həbs olunan futbolçu sərbəst buraxıldı

    İki gün əvvəl Sumqayıt şəhərində kabel oğurluğuna görə polis tərəfindən saxlanılan dəstə üzləri arasında olan peşəkar futbolçu Nicat Muxtarov sərbəst buraxılıb.
     
    Muxalifet.az xəbər verir ki, bu barədə "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli özünün feysbuk səhifəsində məlumat verib. O bildirib ki, futbolçu polis idarəsindən buraxılıb.
    Qeyd edək ki, Nicat Muxtarov "Sumqayıt" futbol klubunun üzvüdür.

    Muxalifet - 19-09-2017

  14. Həmməruzəçilərin Azərbaycana səfəri başa çatdı — Yekun bəyanat səsləndirildi

    Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda Azərbaycana səfərlərinin yekunlarına dair bəyanat yayıblar.
     

    Muxalifet - 19-09-2017

  15. Azərbaycanda qəlyanın tamamilə qadağan olunması təklif edildi - MİLLİ MƏCLİS

    Milli Məclisdə keçirilən müzakirələrdə qəlyanın qadağan olunması təklif edilib.
    “Report”un xəbərinə görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən komitə üzvü Araz Əlizadə deyib ki, qəlyan çəkməyi qadağan etmək lazımdır: “Bu, çox ziyanlıdır. Bunun arxasında kim dayanır bilmirəm, amma yığışdırmaq lazımdır. Deyirlər, bunu turistlər istəyirlər. Ölkəyə gələn hər bir kəs qanuna uyğun davranmalıdır”.
    Komitə sədri Hadı Rəcəbli isə çıxışında deyib ki, ölkədə siqaretə tətbiq olunan qadağalar qəlyana da tətbiq edilir.

    Muxalifet2 - 19-09-2017

  16. Çin bunu da etdi: təkrar istifadə olunan raketlər gəlir

    Çinin“Link Space” müasir texnologiya şirkəti “New Line 1” adlı raket layihəsi hazırlayıb.
    Publika.az xəbər verir ki, dövlət və hərbi qurumların heç bir müdaxiləsi olmadan qurulan özəl şirkət 2020-ci ilə qədər təkrar istifadə edilə bilən raket istehsal edəcək.
    Layihənin təqdimatında raketin ticarət məqsədilə istehsal ediləcəyi açıqlanıb. Bu, ABŞ-dakı “Space X” şirkətinin “Falcon 9” məhsuluna bənzər kosmik sistem olacaq.

    Muxalifet2 - 19-09-2017

  17. “Turan” Vergilər Nazirliyinə qarşı 2 iddia qaldırıb – MƏHKƏMƏ OLACAQ

    Turan İnformasiya Agentliyinin Vergilər Nazirıliyinin departamentlərinə qarşı iki iddiası üzrə 1 saylı Bakı İnizabati İqtisad Məhkəməsində sentyabrın 27-nə və oktyabrın 11-nə hazırlıq iclasları təyin edilib.
     
     Bu barədə Amerikanın Səsinə vəkil Fuad Ağayev bildirib.

    Muxalifet - 19-09-2017

  18. Bu tələbələr təhsil haqqından azad edilə bilər - QANUN

    Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deputat Musa Quliyev Azərbaycanda hamilə və 2 yaşadək körpəsi olan qadınların ödənişsiz əsaslarla oxumasının təmin edilməsini təklif edib. Report xəbər verir ki, o, çıxışında dünyanın bir çox ölkələrində belə qadınların pulsuz təhsil aldığını xatırladıb.

    Muxalifet2 - 19-09-2017

  19. İrəvandan sensasiyalı QARABAĞ GEDİŞİ: torpaqlarımızla bağlı İKİ MÜƏMMA

    Ermənistan xarici işlər naziri Edvard Nalbandyan dünən sensasiya hesab oluna biləcək bəyanat verdi. Erməni nazir Dağlıq Qarabağ münaqişəsinin nizama salınması çərçivəsində işğal altındakı ərazilərin qaytarılmasının mümkünlüyündən danışdı və qeyd etdi: “Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik, nə də inkişaf baxımından təhlükə yaradır. Lakin təfərrüatları açıqlasam, o zaman, danışıqlar dayanar”.

    Muxalifet2 - 19-09-2017

  20. "Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşümüz olacaq" - Amerikalı həmsədr

    ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer sentyabrın 18-dən etibarən həftə ərzində digər həmsədr həmkarları və Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşmək üçün Nyu-Yorkda olacaq. Bu barədə APA-ya amerikalı həmsədr məlumat verib. O, görüşlərin hansı tarixlərdə keçiriləcəyini dəqiqləşdirməyib. Qeyd edək ki, sentyabrın 19-25-də Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində əsas müzakirələr keçiriləcək. Minsk qrupu həmsədrləri sessiya çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü planlaşdırdıqlarını açıqlayıb.

    Muxalifet2 - 19-09-2017

Pages