Xanım İbrahimova Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
13-09-2017 21:40

Prezident İlham Əliyev sentyabrın 13-də sərəncam imzalayıb
Prezident İlham Əliyev sentyabrın 13-də Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında yeni fövqəladə və səlahiyyətli səfirinin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Dövlət başçısı İlham Əliyev Xanım Məmməd qızı İbrahimovanı Azərbaycanın İsveçrədəki səfiri təyin edib.
Qeyd edək ki, X.İbrahimova bundan əvvəl Azərbaycanın Avstriyadakı səfirliyində müşavir vəzifəsində işləyib.