Axtarış

The search found 105779 results in 0.024 seconds.

Search results

  1. İspan polisi Barselonanın mərkəzində terrorçu axtarır

    İspaniya polisi Barselona şəhərindəki “La Sagrada Familia” kilsəsinin yerləşdiyi ərazini mühasirəyə alıb.
    Bu barədə Kataloniya polisi öz Twitter hesabında məlumat yayıb.
    Şahidlərin dediyinə görə, çağırışla hadisə yerinə gələn polislər kilsə yaxınlığındakı şübhəli mikroavtobusa baxış keçiriblər.
    Əməliyyat nəticəsində 1 nəfər saxlanılıb.
    Əhali isə ərazidən uzaqlaşdırılıb.
    Hazırda ərazidə təhlükəsizlik tədbirləri aparılır(virtualaz.org).

    Muxalifet2 - 13-09-2017

  2. ​İraq və Suriyada İŞİD üçün 2,5 minə yaxın avropalı döyüşür

    İraq və Suriyada İŞİD terror təşkilatı tərəfində 2,5 minə yaxın avropalı döyüşür.
    Bunu Avropa İttifaqının terrorizmlə mübarizə məsələləri üzrə koordinatoru Jil de Kerşov Almaniyanın “Welt” qəzetinə müsahibəsində bildirib.
    Əvvəllər İraq və Suriyada beş minədək avropalının vuruşduğunu bildirən Kerşov deyib: “Onların 1,5 min nəfəri qayıdıb, min nəfərə qədəri həlak olub. Qalan 2,5 min nəfərin çoxu döyüşlərdə öləcək, yaxud İŞİD tərəfindən qətlə yetiriləcək. Çünki bu təşkılat fərarilərə dözmür”.

    Muxalifet2 - 13-09-2017

  3. ​Bakıdan Nyu-Yorka uçmalı olan təyyarə niyə gecikir? – HAVA LİMANINDAN BİABIRÇI GÖRÜNTÜLƏR

    Bu gün səhər saat 05:00-da Bakıdan Nyu-Yorka uçmalı olan təyyarədə nasazlıq yaranıb. Sərnişinlərin Muxalifet.az-a verdiyi məlumata əsasən, artıq 3 saatdan artıq gecikmə olsa da, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının rəhbərliyi məsələyə tamamilə biganə yanaşır. Belə ki, sərnişinlərə uçuşun nə vaxt baş tutacağı haqda heç bir dəqiq məlumat verilmir. Sadəcə o deyilib ki, Nyu-Yorka uçmalı olan “Boeing 787 8 Dreamliner” təyyarəsində nasazlıq yaranıb, Londondan yeni təyyarə gəlməsini gözləyirlər.

    Muxalifet2 - 13-09-2017

  4. "Türkiyə heç vaxt köməksiz olmayacaq"

    Türkiyə milli istehsalı bütün sahələrdə həcmini artıracaq
     
    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Ziqmar Qabrielin Türkiyəyə silah satışının dondurulması barədə verdiyi açıqlamaya münasibət bildirib.
    "Anadolu" agentliyi xəbər verir ki, o, bu qərarın ilk növbədə milli müdafiə sənayesini gücləndirəcəyini qeyd edib.
    "Türkiyə milli istehsalı olan məhsulların bütün sahələrdəki həcmini artıracaq. Biz özümüzün təyyarə və helikopterlərimizi istehsal edirik.Türkiyə heç vaxt köməksiz olmayacaq," - deyə M. Çavuşoğlu bildirib.

    Muxalifet - 13-09-2017

  5. "Çempionlar Liqasının qalibi olmağa namizəd komanda ilə oynadıq" - Qurban Qurbanov

    Qarabağın baş məşqçisi səhvlərdən danışıb
     
    "Çempionlar Liqasının qalibi olmağa namizəd bir komanda ilə oynadıq. "Çelsi”nin gücü hər kəsə məlumdur. Təbii ki, müəyyən səhvlər etdik, bu da bizim turnirdə ilk oyunumuzun olması ilə bağlıdır".
    Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda İngiltərədə "Çelsi"yə 0:6 hesabı ilə uduzduqları oyundan sonra deyib.

    Muxalifet - 13-09-2017

  6. ABŞ-da "İrma" qasırğası qurbanlarının sayı 55-ə çatıb

    Qasırğa qurbanların ümumi sayı 55-dir
     
    ABŞ-nın Florida ştatında tüğyan edən "İrma" qasırğası qurbanlarının sayı 12 nəfərə çatıb.
    "RT"-ə istinadən xəbər verir ki, qasırğa qurbanlarının ümumi sayı 55 nəfərdir.
    ABŞ prezidenti Donald Tramp "İrma" və "Xose" qasırğalarından zərər çəkmiş insanlara maddi yardımın göstırilməsinə dair fərman imzalayıb.

    Muxalifet - 13-09-2017

  7. Daha bir xarici şirkət Azərbaycan bazarından gedir

    "Colgate-Palmolive Temizlik Ürünleri Sanayi ve Ticaret Anonim” şirkəti Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğunu elan edir.
     
     Bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.
    Nümayəndəlik cari ilin sentyabr ayının 15-dən ləğv olunacaq.
    Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44 ünvanına bildirə bilərlər.

    Muxalifet - 13-09-2017

  8. 54 yaşlı kişi elektrik vurmasından ölüb - ŞƏKİDƏ

    Şəkidə 54 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
     
    Sentyabrın 12-də saat 22.00 radələrində Şəki şəhər sakini, 1963-cü il təvəllüdlü Fərahim Sadəddin oğlu Cəbrayılovu şəhərin Nəriman Nərimanov küçəsində 12 saylı məktəbin yaxınlığında elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.
     Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb.

    Muxalifet - 13-09-2017

  9. Bakıda avtomobil 3 qadın vurub

    Hadisələr Nizami, Sabunçu, Xəzər rayonlarında qeydə alınıb
     
    Bakıda 3 qadını avtomobil vurub.
    Piyada vurulması ilə nəticələnən hadisələr Nizami, Sabunçu, Xəzər rayonlarında qeydə alınıb.
    Belə ki, Nizami rayonu ərazisində, metronun "Koroğlu" stansiyasının yaxınlığında yolu keçən Ələkbərova Ərkinaz Nağı qızını "Opel" markalı avtomobil vurub. Hadisəni törədən sürücü yaralını xəstəxanaya yerləşdirib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.
    Digər hadisə isə Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində qeydə alınıb.

    Muxalifet - 13-09-2017

  10. "Qızıl ayaq" mükafatı hansı futbolçuya nəsib olacaq... – Namizədlərin siyahısı

    Qalib səsvermə yolu ilə müəyyən ediləcək
     
    2017-ci ildə "Qızıl ayaq" mükafatına iddialı olan 10 futbolçunun adı məlum olub.
    Mükafata yaşı 28-dən az olmamaq şərtilə, futbolun inkişafına töhfə vermiş oyunçuya təqdim edilir.
    Namizədlərin siyahısına Lionel Messi, Lui Suares (hər ikisi "Barselona"nın futbolçularıdır), Kriştian Ronaldu, Serxio Ramos ("Real"), Manuel Noyer, Aryen Robben ("Bavariya"nın təmsilçiləri), İker Kasilyas ("Portu"), Tyaqo Silva ("PSJ"), Yaya Ture ("Mançester Siti") və Andrea Pirlo ("Nyu Yorks siti") daxil edilib.

    Muxalifet - 13-09-2017

  11. Turistlər Azərbaycanda nədən şikayətçidirlər?

    Azərbaycanda 5 ulduzlu otellərə gələn turistlərə 2-3 ulduzlu otellərin xidməti göstərilir.
     
    Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

    Muxalifet - 13-09-2017

  12. "İŞİD vəsaitlərini Avropa ölkələrinə köçürür"

    Məğlubiyyətə uğradığını güman edən İŞİD terror qruplaşması nəzarət etdiyi ərazilərdən maliyyə vəsaitlərini Avropa ölkələri də daxil olmaqla, başqa ölkələrə köçürməyə başlayıb.
     
    “RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya XİN-in yeni çağırış və təhlükələr departamentinin direktor müavini Dmitri Feoktistov bildirib.
    Onun sözlərinə görə, silahlıların nəzarətində olan ərazilərdən maliyyə vəsaitlərinin geriyə axını ilk dəfədir ki, qeydə alınır.

    Muxalifet - 13-09-2017

  13. Restoran və dönərxanalarda əhaliyə at-eşşək əti yedizdirilir - AÇIQLAMA

    Azərbaycanda dana və quzu ətinin bahalaşmasının at və eşşək ətinin satış arealının genişlənməsinə rəvac verdiyi bildirilir. 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiyalarından əvvəl 7 manat - 7 manata 50 qəpiyə satılan dana əti hazırda 11 manat 50 qəpik - 12 manata, 8 manat-8 manat 50 qəpiyə satılan quzu əti isə  12-13 manata  təklif edilir.
     

    Muxalifet - 13-09-2017

  14. AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri başlayır

    Bu gündən Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin Azərbaycana səfəri başlayır.
     
    Milli Məclisin Mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Modern.az-a deyib ki, həmməruzəçilər Stefan Şennak və Sezar Florin Preda sentyabrın 13-17-də Azərbaycanda səfərdə olacaqlar.
     Həmçinin Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin katibi Delfin Freyman da Azərbaycana səfər edəcək.

    Muxalifet - 13-09-2017

  15. ÜAK-ın yenidən fəaliyyətinə ümid var - AÇIQLAMA

     “Ümumrusiya Azərbaycanlıları Konqresinin yenidən öz işinə davam etməsinə ümid var. Lazım olan sənədlər məhkəməyə yenidən təqdim olunub. Sentyabrın 19-da ÜAK-ın işinə məhkəmədə yenidən baxılacaq”.
     
    Bunu Modern.az-a açıqlamasında ÜAK-ın icraçı katibi İlqar Hacıyev  deyib.

    Muxalifet - 13-09-2017

  16. Putin 2018-ci il prezident seçkilərində iştirak edəcək

     «Kommersant» qəzeti xəbər verir ki, Kremldə seçki kampaniyasının strategiyasını hazırlayıblar. Strategiya iki mərhələdən ibarət olacaq. Ehtimal edilir ki, ölkənin hazırkı Prezidenti seçkilərə müstəil namizəd kimi qatılacaq.
     
    Kremlin mətbuat katibi Dmitri Peskov isə xatırladıb ki, hələlik Putin seçkilərdə iştirak edəcəyi barədə bir söz deməyib.

    Muxalifet - 13-09-2017

  17. Avropa İttifaqı Rusiya təbliğatına qarşı yeni sayt yaradıb

    Avropa İttifaqının xidmətlərindən biri Rusiya tərəfindən yayımlanan dezinformasiyalarla mübarizə aparmaq məqsədilə xüsusi sayt açıb.
     
    «Tədqiqatçıların, jurnalistlərin və dövlət qulluqçularının çoxsaylı xahişlərindən sonra, vahid məlumat bazasının yeni funksiyasını yaratdıq. Baza, reyestrdə 3300 dezinformasmiya halı üzrə «açar sözlər»lə axtarış aparmağa imkan verir» – deyə, saytda bildirilir.

    Muxalifet - 13-09-2017

  18. “MİIYONLARI YEYƏNLƏRDƏ 8 MİN NİYƏ QICIQ DOĞURUR?” - Anar Rzayev od püskürdü

     “Bir qəpik öz xeyrimizə götürürdüksə, lənət olsun…”
     

    Muxalifet - 13-09-2017

  19. Bloger Lapşin İlham Əliyevə müraciət etdi: “Qarabağ Azərbaycan torpağı olub və olacaq”

    Bloger Aleksandr Lapşin əfv edilməsindən dərhal sonra Azərbaycan prezidenti İlham Əliyevə məktub yazaraq, humanizm nümayiş etdirdiyinə görə minnətdarlıq edib.
     
    “Bu gün öyrəndim ki, Siz mənim əfv edilməyim barədə fərman imzalamısınız. Sizə hədsiz minnətdaram. Yəqin ki. həyatım boyunca heç bir hadisəni bu qədər səbirsizliklə gözləməmişəm!” – Lapşinin surəti virtualaz.org-un redaksiyasında olan məktubunda deyilir.

    Muxalifet - 13-09-2017

  20. Saakaşvili qaldığı oteldən yoxa çıxıb

     “Yeni güclərin hərəkatı”nın lideri Mixail Saakaşvili yoxa çıxıb.
     
    Lvovda qaldığı oteldən gecə yarısı çıxan siyasətçi geri qayıtmayıb. Saakaşvilinin vəkili bəyan edib ki, müştərisinin harda olmasından xəbərsizdir, lakin Çernovçıya getmiş ola bilər.
    Hüquq-mühafizə orqanlarındakı mənbələr isə bildiriblər ki, siyasətçi əyalətin sərhədlərini keçməyib.

    Muxalifet - 13-09-2017

Pages