Axtarış
The search found 105779 results in 0.028 seconds.
Search results
İvanka Trampla FED prezidenti arasında MƏXFİ GÖRÜŞ
FED prezidenti Canet Yellenin iyul ayında İvanka Tramp ilə gizli görüş keçirdiyi bəlli olub. Hurriyyet.org xəbər verir ki, bu görüşdən sonra Yellenin növbəti dövr üçün də FED rəhbəri vəzifəsində qalacağına qərar verildiyi iddia edilir.
ABŞ prezidenti Donald Trampın FED rəhbəri Janet Yellenin ikinci dövr üçün namizədliyini vermək fikrində olmasını deməsindən bir həftə əvvəl, iyul ayında İvanka Tramp ilə görüş keçirdiyi aşkara çıxıb.Muxalifet2 - 12-09-2017
Mehman Əliyevin işi üzrə Avropa Məhkəməsinə şikayət veriləcək
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev sentyabrın 11-də azadlığa buraxılandan az sonra Bakı Apellyasiya Məhkəməsində onun tutulmasının qanunsuz sayılması barədə şikayətə baxılıb.
Belə ki, avqustun 24-də Mehman Əliyevin şübhəli şəxs qismində tutulması haqqında müstəntiq qərar qəbul edib.
Mehman Əliyevin vəkilləri bu qərarı Yasamal Rayon Məhkəməsində mübahisələndirib. Müdafiə tərəfi qərarın qanunsuz sayılmasını istəsə də, məhkəmə şikayəti təmin etməyib. Apellyasiya şikayəti də həmin məhkəmə qərarından verilib.Muxalifet - 12-09-2017
100 hektar torpağı olan fermerin bütün ərazisi əlindən alınıb - ŞAMAXIDA
Şamaxıda vaxtilə 100 hektarlıq otlaq ərazisi olan Əbilcan İsmayılov indi bu torpaqlarını itirdiyini deyir.
Onun sözlərinə görə, əlində olan son 20 hektar ərazi ötən həftənin ortaları "şumlanıb".
"Traktorun qabağına çıxdım, tutub apardılar. 16 yaşlı nəvəmi də tutdular", sonradan azad edildiyini deyən 78 yaşlı fermer BBC Azərbaycancaya danışır.
Şamaxı rayon icra hakimiyyətindən məsələ ilə bağlı günlərdir ki, şərh almaq mümkün olmayıb.Muxalifet - 12-09-2017
Yazıçılar Birliyindən Hacıbala Abutalıbova qarşı SƏRT BƏYANAT
Azərbaycan Yazıçılar Birliyinin katibliyi son günlər «26» kafesi ilə bağlı yaranan qalmaqalla bağlı iclas keçirib və bəyanat yayıb.
Bəyanatda deyilir:Muxalifet - 12-09-2017
İraqda kürdlərin referendumu rədd edildi
İraq parlamenti İraq Kürd Muxtariyyətində sentyabrın 25-də keçirilməsi planlaşdırılan müstəqillik referendumunu rədd edib.
Bununla bağlı İraq parlamentində səsvermə keçirilib.
Referendum səs çoxluğu ilə rədd olunub.
Qərardan sonra 328 yerlik parlamentdə 168 nəfər kürd deputat zalı tərk edib.Muxalifet - 12-09-2017
Hakim 5 yaşlı uşağını öldürən ananı azad etdi
Bakıda 5 yaşlı uşağını boğaraq öldürməkdə təqsirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
O, bildirib ki, Nazilə Qulubəyova hadisəni törədən zaman anlaqsız vəziyyətdə olub:
“Buna görə də o, cinayət məsuliyyətindən azad edilməlidir”.
Prokuror Nazilə Qulubəyovanın ixtisaslaşmış psixiatriya stasionar müəssisəsinə müalicəyə göndərilməsini istəyib.Muxalifet - 12-09-2017
Qarabağ futbolçusu Polşa mətbuatına nələr danışdı?
İndi biz "Çelsi", "Roma" və "Atletiko"ya qarşı oynayacağıq. Hər 3 klub Avropa nəhəngidir. Kağız üzərində bu komandalara qarşı heç bir şansımız yoxdur.
Bu sözləri “Qarabağ” FK-nun dayaq müdafiəçisi Yakub Jezniçak Polşa mətbuatına danışarkən deyib. Onun sözlərinə görə, “Qarabağ”ın qrupdakı vəziyyəti daha çətindir:Muxalifet - 12-09-2017
"Rusiya və İranla fikir ayrılığımız yoxdur" - ƏRDOĞAN
Rusiya ilə Suriya məsələsində heç bir fikir ayrılığımız yoxdur.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. O, həmçinin, Türkiyə ilə İran arasında da heç bir fikir ayrılığının olmadığını bildirib.
Ərdoğan Rusiya, İran və Türkiyə arasında Astana prosesinin bundan sonra da davam etdiriləcəyini söyləyib./axar.azMuxalifet - 12-09-2017
"Avakov mənim səviyyəmdən aşağı adamdır" – SAAKAŞVİLİ
Mənim Ukrayna Prezidenti Pyotr Poroşenko ilə heç bir şəxsi ədavətim yoxdur.
Bunu jurnalistlərə açıqlamasında Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili söyləyib.
“Mən Baş nazir Vladimir Qroysmana hörmət etmirəm, amma onunla da şəxsi ədavətim yoxdur. Mənim sayəmdə o, baş nazir olub. Mən hər şeyi etdim ki, Yasenyuku ortadan götürüm. Mənim hətta Arseni Avakovla da şəxsi ədavətim yoxdur. Bu adam mənim səviyyəmdən çox aşağıdır”, – deyə o bildirib.Muxalifet - 12-09-2017
Kürd lider: “Kürdüstan problemlər yaradacaq”
İraq Kürd Muxtar Vilayətində müstəqilliklə bağlı keçiriləcək referendum regionda yeni problemlərə səbəb olacaq.
Bunu jurnalistlərə açıqlamasında İraq Kürd Muxtar Vilayəti parlamentinin spikeri Yusif Məhəmməd söyləyib. Onun sözlərinə görə, bu problemlər Yaxın Şərqdə müşahidə ediləcək.
Qeyd edək ki, sentyabrın 25-də İraq Kürd Muxtar Vilayəti müstəqilliklə bağlı referendum keçirəcək.Muxalifet - 12-09-2017
Libermandan Suriyaya hədə: Nəticəsi pis olacaq
Şimal qonşumuza bizi təhdid etməməyi tövsiyyə edirəm.
Bunu jurnalistlərə açıqlamasında İsrailin müdafiə naziri Aviqdor Liberman söyləyib.
“Mən Suriyaya bizi sınaqdan keçirməmələrini tövsiyyə edirəm. İsrail dövləti ilə qarşı-qarşıya qalmayın. Ona görə ki, bunun nəticələri çox pis olacaq. Biz bu gün Yaxın Şərqin sülh və ortaq yaşam bölgəsinə çevrilməsini arzu edirik”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Dəməşq Suriyaya bir daha hücum edəcəyi təqdirdə İsrailin ağır cavab alacağını bildirmişdi.Muxalifet - 12-09-2017
"Kiyevə xalqla birlikdə gedəcəm" - SAAKAŞVİLİ
Mixail Saakaşvili Ukraynanın bölgələrini ziyarət etdikdən sonra Kiyevə gedəcəyinə söz verib.
Bu barədə Saakaşvili jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Bütün Ukraynanı kəzdikdən sonra yaxın günlərdə Kiyevə gedəcəm. Böyük şəhərləri və kəndləri gəzərək insanların tələblərini öyrənəcəm. Bundan sonra mən xalqla birlikdə hakimiyyətə onların tələblərini çatdırmaq üçün Kiyevə qayıdacam”, - Saakaşvili bildirib.
Qeyd edək ki, Saakaşvilinin Ukrayna sərhədini keçməsi zamanı onu qarşılamaq üçün çox sayda tərəfdaşı toplaşmışdı.Muxalifet - 12-09-2017
Nüşabə Ələsgərli yol qəzası törətdi - 3 avtomobil toqquşdu
Bakıda zəncirvari qəza yol qəzası baş verib.
Müğənni Nüşabə Ələsgərli Yasamal rayonundakı 3 saylı "ASAN" Xidmətin qarşısında qəza törədib.
Müğənni saytımıza açıqlamasında qəza ilə bağlı bunları deyib:
"Mənə yol verməyən maşına çırpıldım, o da digər maşına dəydi. Hazırda hər şey normaldır".Muxalifet - 12-09-2017
İlham Əliyev: "Avropa İttifaqı ilə yeni müqavilənin yaxın zamanlarda imzalanacağına əminəm"
Prezident İlham Əliyev sentyabrın 12-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskasın etimadnaməsini qəbul edib.
Muxalifet - 12-09-2017
Rusiyada qətlə yetirilən Ramil Canıyevin nəşi Azərbaycana göndəriləcək
Rusiyanın Çelyabinsk vilayətində qətlə yetirilən Ramil Canıyevin cəsədi sentyabrın 14-də Azərbaycana göndəriləcək.
Bu barədə APA-nın Rusiya müxbirinə Çelyabinskdəki Azərbaycan diasporunun rəhbəri, "Ozan" Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Rəfail Quliyev bildirib.
Onun sözlərinə görə, mərhumun cəsədi artıq neçə gündür ki, morqdadır: "Sabah burada vida mərasimi keçiriləcək. Bu həftənin dördüncü günü isə Ramilin cəsədi dəfn olunmaq üçün vətənə, Cəlilabad rayonuna göndəriləcək".Muxalifet - 12-09-2017
Ukraynada Saakaşviliyə görə həbslər başlayıb
Mixail Saakaşvilinin Ukraynaya girişindən sonra ölkədə həbslər başlayıb.
Polis “Şeqini” keçid məntəsəqində yaşanan olaylarla əlaqədar 5 nəfəri saxlayıb. Bildirilir ki, həmin şəxslər sərhədçilərə güc tətbiq ediblər, sərhəddə baş verən olayda aktiv olublar.
Bundan başqa, məlum hadisəni planlamaqda şübhəli bilinən 6 nəfərin, fəal iştirak edənlərdən isə 32-sinin kimliyini müəyyənləşdirmək mümkün olub.Muxalifet - 12-09-2017
Azərbaycanda yumurta bahalaşdı - FOTO
Azərbaycanda yumurtanın qiyməti artıb.
Qiymət artımı broyler şirkətləri tərəfindən edilib. Belə ki, 11-12 qəpiyə satılan yumurta hazırda 16 qəpiyə kimi bahalaşdırılıb.
Şirkətlər qiymət artımını hansı səbəbdən etdiyini açıqlamayıb.Muxalifet - 12-09-2017
"Oğurlanan pasportum Poroşenkodadır" - Saakaşvili
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvili Ukraynada yeni iddia ilə çıxış edib.
Saakaşvilinin iddiasına əsasən onun oğurlanmış pasportu Ukrayna prezidentinin kabinetindədir.
Saakaşvili əvvəlcə pasportunun Ukrayna-Polşa sərhədində Ukrayna hüquq-mühafizə orqanları tərəfindən oğurlandığını bəyan etmişdi.
Bu gün isə Saakaşvili jurnalistlərə müsahibəsində deyib: "Mən dəqiq bilirəm ki, pasportum hazırda Ukrayna prezidentinin kabinetindədir".Muxalifet - 12-09-2017
Lotu Qulinin sağ əli Tiflisdə qətlə yetirildi — Kriminal müharibə alovlanır
Dünən gecə saatlarında Gürcüstanın paytaxtında qətl hadisəsi baş verib.
"Ölkə.Az" xəbər verir ki, Abanotubani rayonunda azərbaycanlı odlu silahla qətlə yetirilib. Artıq öldürülən azərbaycanlının şəxsiyyəti müəyyənləşdirilib.
Gürcüstan mətbuatının xəbərinə əsasən bu, 1975-ci il təvəllüdlü Elçin Məmmədovdur. Elçin kriminal aləmdə "Lotu Quli" kimi tanınan kriminal avtoritet Nadir Səlifovun sağ əlidir. Məmmədovun adı mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin qətlində də hallanır.Muxalifet - 12-09-2017
Lənkəranda ağır qəza: ata öldü, qızı yaralandı - VİDEO
Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük kəndi ərazisindən keçən hissəsində qəza qeydə alınıb.
Muxalifet.az ARB TV-yə istinadən xəbər verir ki, Astara istiqamətində hərəkətdə olan Hirkan qəsəbə sakini Qalib Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Lənkəran istiqamətində hərəkətdə olan Zaur Rzayevin idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.Muxalifet2 - 12-09-2017