ABŞ-dan Saakaşvili ilə bağlı Ukrayna prezidentinə məsləhət

Kurt Volker: “Mixeil Saakaşviliyə məhkəmədə vətəndaşlığı uğurunda mübarizə aparmağa icazə verilməlidir”
 
 “Ukrayna prezdenti Pyotr Poroşenko Mixeil Saakaşvili məsələsini dramatikləşdirməkdənsə, ölkənin idarə edilməsi və korrupsiyaya qarşı mübarizə ilə məşğul olmalıdır”.
Bunu ABŞ Dövlət Departamentinin Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kurt Volker deyib.
P.Poroşenkoya məsləhət verən diplomat vurğulayıb ki, Ukrayna hüquqi dövlət olmaq istəyirsə, M.Saakaşviliyə məhkəmədə vətəndaşlığını bərpa etmək uğurunda mübarizə aparmağa şərait yaradılmalıdır.