Avropa İttifaqı Rusiya təbliğatına qarşı yeni sayt yaradıb

Avropa İttifaqının xidmətlərindən biri Rusiya tərəfindən yayımlanan dezinformasiyalarla mübarizə aparmaq məqsədilə xüsusi sayt açıb.
 
«Tədqiqatçıların, jurnalistlərin və dövlət qulluqçularının çoxsaylı xahişlərindən sonra, vahid məlumat bazasının yeni funksiyasını yaratdıq. Baza, reyestrdə 3300 dezinformasmiya halı üzrə «açar sözlər»lə axtarış aparmağa imkan verir» – deyə, saytda bildirilir.
«euvsdisinfo.eu» resursunu strateji komunikasiyalar üzrə operativ qrup (Service East Stratcom Task Force) yaradıb. Saytda interaktiv statistika və ingilis, rus və alman dillərində məqalələr təqdim olunacaq.