Axtarış
The search found 105779 results in 0.066 seconds.
Search results
“Rusiya ilə “S-400”-lə bağlı müqavilə imzalanıb, artıq girov da qoyulub” - ƏRDOĞAN
Rusiya prezidentinin köməkçisi: “Müqavilə artıq imzalanıb və icrası istiqamətində hazırlıq gedir”
“Türkiyə “S-400” zenit-raket kompleksi almaq üçün Rusiya ilə müqavilə imzalayıb, artıq girov da qoyulub”.
"Hürriyet" qəzeti xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.Muxalifet - 12-09-2017
Ağdaşda çaqqallar toya hücum edib - 5 NƏFƏR XƏSARƏT ALIB
Yaralılara quduzluq əleyhinə vaksinlər vurulub
Ağdaş rayonunda çaqqallar toy mərasiminnin keçirldiyi mağara hücum edib.
Hadisə gecə saatlarında rayonun Bulaqotu kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin ərazisində keçirilən toy mərasiminə qəfil hücum edən çaqqallar beş nəfər yerli sakinə xəsarət yetiriblər.
Yaralılar:
1942-ci il təvəllüdlü Kamilə Şəmi qızı Qarayeva,
2001-ci il təvəllüdlü Vüqar Yadigar oğlu Hacıyev,
2008-ci il təvəllüdlü Sultan Əziz oğlu Əzizov,Muxalifet - 12-09-2017
Abbas Abbasov yeni görkəmdə - FOTO
Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun sosial şəbəkədə yeni görkəmdə fotosu yayılıb.
Onun bu fotosunu oğlu, keçmiş deputat Aydın Abbasov özünün facebook səhifəsində yayıb. Şəkildən də göründüyü kimi baş nazirin sabiq birinci müavini tamam yeni görkəmdədir, onun üzündə saqqal var.
Aydın Abbasov atasının fotosuna belə bir şərh yazıb: “Allah valideynləri qorusun, onlar tətilə davam etsinlər”.Muxalifet - 12-09-2017
"Çelsi" - "Qarabağ" matçını necə izləmək olar?
Bu gün "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq və Londonda "Çelsi"nin qonağı olacaq.
Azarkeşlər qarşılaşmanı bir çox telekanal vasitəsi ilə izləyə biləcək.
Bakı vaxtı ilə saat 22.45-də başlayacaq qarşılaşmanı ölkəmizdə Az.TV yayımlayacaq. Türkiyədə matçı "Tivibu Spor 4" vasitəsi ilə izləmək mümkün olacaq.Muxalifet - 12-09-2017
ABŞ Dövlət Departamenti Saakaşvilinin Ukraynaya daxil olması barədə
ABŞ Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin ətrafında vəziyyəti müşahidə edir.
Bu barədə danışan ABŞ dövlət katibinin müavini Bricit Brinksin sözlərinə görə, siyasətçinin mümkün ekstradisiyası məsələsi yalnız Ukraynanın və Gürcüstanın işidir.Muxalifet - 12-09-2017
İsraildən ETİRAF: “PKK İsrailin xarici siyasətinə xidmət edir”
Yair Golan: “PKK bizim üçün terrorçu təşkilat deyil”
“PKK bizim üçün terrorçu təşkilat deyil və İsrailin xarici siyasətinə xidmət edir”.
"Haber7" xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələri Baş Qərargahı rəisinin müavini Yair Golan ötən gün ABŞ paytaxtı Vaşinqtonda Yaxın Şərq Araşdırma İnstitutunda keçirilən toplantıda bildirib.
O, sentyabrın 25-də İraqın şimalında kürdlərin idarə etdiyi bölgədə keçirilməsi nəzərdə tutulan referenduma da toxunub. Y.Golan deyib ki, tütün kürdlərin iştirakı ilə Böyük Kürdüstan qurulmalıdır.Muxalifet - 12-09-2017
MİT-in sabiq 63 əməkdaşının həbsi üçün sanksiya verilib
Xüsusi xidmət orqanının keçmiş əməkdaşları 2016-cı il iyulun 15-də dövlət çevirilişinə cəhddə iştirak etməkdə ittiham olunurlar
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (Milli İstiqbarat Təşkilatı-MİT) Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən 63 keçmiş əməkdaşının tutulması barədə sanksiya verilib.
"Anadolu" agentliyi xəbər verir ki, xüsusi xidmət orqanının keçmiş əməkdaşları 2016-cı il iyulun 15-də dövlət çevirilişinə cəhddə iştirak etməkdə ittiham olunurlar.Muxalifet - 12-09-2017
Vergilər Nazirliyi vergi ödəyicilərinə vaxt verib
Vergilər Nazirliyi qarşıda duran vəzifələrlə bağlı hazırlanmış Tədbirlər Planını təsdiq edib
Vergilər Nazirliyində dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və Nazirliyin qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Bu barədə Nazirliyin media və kommunikasiya mərkəzindən məlumat verilib.
Kollegiyaya sədrlik edən vergilər naziri Fazil Məmmədov çıxışı zamanı 2017-ci ildə Azərbaycan iqtisadiyyatında müsbət dinamika müşahidə edildiyini deyib.Muxalifet - 12-09-2017
Son bir ildə 151 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib
Daha 82 nəfər cinayət məsuliyyətinə cəlb olunub
“Dünyanın müxtəlif yerlərində hərbi-siyasi qarşıdurmaların, terror fəaliyyətinin acı nəticələri məsafələrdən asılı olmayaraq ölkəmizin də təhlükəsizliyinə təsir göstərir”.
Bunu Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən "Vətəni müdafiəyə daim hazırıq" adlı Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumunda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini, general-mayor İlqar Musayev deyib.Muxalifet - 12-09-2017
Xələc həbsxanasında əsgər yoldaşını güllələyən şəxs tutuldu - RƏSMİ AÇIQLAMA
Salyanda həbsxanada baş vermiş silahlı insidentlə bağlı cinayət işi başlanıb.
Respublika Hərbi Prokurorluğundan verilən məlumata görə, sentyabrın 10-da saat 05:30 radələrində Mühafizə Alayının Salyan rayonu ərazisində yerləşən bölüyünün kiçik çavuşu Əmrah Müftəliyevin mübahisə zəminində əsgər yoldaşı Əyyam Əyyubluya qarşı avtomat silahdan atəş açaraq ona xəsarətlər yetirməsi faktına görə barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanııb və Ə. Müftəliyev şübhəli şəxs qismində tutulub.Muxalifet - 12-09-2017
Tiflisdə azərbaycanlı qətlə yetirilib
Gürcüstanın paytaxtı Tiflis şəhərinin Abanotubani rayonunda ötən gecə azərbaycanlı odlu silahla qətlə yetirilib.
Onun meyiti “Toyota” markalı avtomobildə aşkar olunub. Həmin şəxsin Rusiyada cinayət əməllərinə görə axtarışda olduğu bildirilir.
Digər məlumatlara əsasən, qətlə yetirilən şəxs Azərbaycan vətəndaşıdır.
Hadisə şahidlərinin sözlərinə görə, atəş səslərindən öncə qətlə yetirilmiş şəxs başqa şəxslə restoranda olub və onlar mübahisə ediblər.
Bütün gecə ekspert-kriminalistlər hadisə yerində istintaq tədbirləri həyata keçiriblər.Muxalifet - 12-09-2017
Ərdoğan Əsədlə gizli görüşüb?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalı həmkarı Bəşər Əsədlə gizli görüşməsi barədə iddialara aydınlıq gətirib.
Türk lider medianın yaydığı bu məlumatın yalan olduğunu deyib. O, “Mən Əsədlə görüşməmişəm və görüşməyi düşünmürəm”,-deyib.
Qeyd edək ki, bəzi KİV-lərdə yer alan xəbərlərdə R.T.Ərdoğanın Vladimir Putinin xahişi ilə Bəşər Əsədlə gizli görüşdüyü iddia edilmişdi./qafqazinfo.azMuxalifet - 12-09-2017
MEHMAN ƏLİYEVDƏN HƏBSİ İLƏ BAĞLI ŞOK AÇIQLAMA – Həbsin təşkilatçısının adını çəkdi!
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, onun həbsdən azad edilməsi ilə başlanan proses ona və rəhbərlik etdiyi agentliyə qarşı cinayət işinin dayandırılması ilə öz məntiqi həllini tapmalıdır. Bu barədə "Amerikanın Səsi"nin sualının cavabında bildirib.
Muxalifet2 - 12-09-2017
Məhkəmə Mehman Əliyevin həbsini qanunsuz saymadı – SON XƏBƏR
Dünən azadlığa buraxılan “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin növbəti məhkəməsi keçirilib.Musavat.com xəbər verir ki, Mehman Əliyev azadlığa buraxılandan az sonra Bakı Apellyasiya Məhkəməsində onun həbsinin qanunsuz sayılması haqda şikayətə baxılıb.
Bildirək ki, M.Əliyev bu il avqust ayının 24-də şübhəli şəxs qismində saxlanılıb.
Mehman Əliyevin vəkilləri bu qərarı Yasamal Rayon Məhkəməsində mübahisələndiriblər.Muxalifet2 - 12-09-2017
Rusiya xüsusi xidmət orqanlarının əməliyyatı: “Azərbaycan landromatı”
Landromat: Jurnalist araşdırması, yoxsa, xüsusi xidmət orqanlarının “dubinkası”?
Landromat, yaxud da “çirkli pulların camaşırxanası” – ilk dəfə bu termin Roman Aninin jurnalist araşdırmasında peyda oldu, o, rusiyalı məmur-oliqarxların “Moldova sxemi” ilə pulları yumasını aşkara çıxarmışdı. Bu məqaləni həm də “Moldova camaşırxanası” adlandırırdılar.Muxalifet2 - 12-09-2017
Yazıçılar Birliyi ləğv olunur? - İclas başladı
“Sahil” bağı ətrafında yerləşən Yazıçılar Birliyinin binasındakı “26” adlı kafenin fəaliyyəti dayandırılsa da, söz-söhbətlər səngimək bilmir.
Yazıçı Çingiz Abdullayev bir neçə gün bundan əvvəl adıçəkilən kafenin Yazıçılar Birliyi ilə heç bir əlaqəsinin olmadığını söyləmişdi. Lakin mətbuatda dərc edilən sənəddə kafenin Yazıçılar Birliyinə aiddiyatı olduğu bəlli olub.Muxalifet - 12-09-2017
Bakıya gələn gəmini partlatmaq istədilər - Göyərtəsində 170 sərnişinlə
Türkmənistandan Bakıya gəlməyə hazırlaşan gəmidə terror aktının qarşısı alınıb.
İnsident avqustun 28-i qeydə alınıb. Ölkənin xüsusi xidmət orqanları Türkmənbaşı limanındakı “Bəxtiyar” adlı bərəyə partlayıcı keçirməyə hazırlaşan iki qardaşı saxlayıblar. Bildirilir ki, qardaşlar iki müxtəlif yerə bilet alıblar və partlayıcı maddələri ayrı-ayrılıqda içəri keçirərək bombanı bortda quraşdırmağı planlaşdırıblar. Onların planına əsasən, bomba Türkmənistan sularında partladılmalı idi.Muxalifet - 12-09-2017
Rusiyada güllələnən azərbaycanlı çempiona görə 200 soydaşımız tutuldu
Azərbaycan diasporunun nümayəndəsi Ramil Caniyevin Rusiyanın Çelyabinsk şəhərində qətlə yetirilməsi sərnişindaşıma bazarı uğrunda gedən müharibə ilə əlaqəli olduğu bildirilir.
Baku.ws xəbər verir ki, bu barədə ura.ru saytı hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən xəbər yayıb.
Daxili İşlər Nazirliyinin cinayətlə bağlı yaydığı qısa məlumatında qeyd olunur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları miqrasiya haqqında qanunvericiliyinin pozulması faktının yoxlanılmasə üzrə operativ-profilaktiv tədbirləri həyata keçirib.Muxalifet - 12-09-2017
Van Damın oğlu həbs olundu
Döyüş filmlərinin tanınmış ulduzu Jan Damın oğlu, 21 yaşlı Nikolas Van Varenberq həbs olunub.
O, Arizona ştatının Tempe şəhərində öz otaq yoldaşını bıçaqla hədələməkdə təqsirli bilinir.
Polis aktyorun oğlunu saxlayıb./modern.azMuxalifet - 12-09-2017
Rusiyada ən qatı cinayətkarların saxlanıldığı həbsxananın azərbaycanlı rəisi - FOTO
Rusiyada 56 saylı cəzaçəkmə müəssisəsi daha çox “Qara Berkut” adı ilə tanınır. Xüsusilə ağır cinayətlər törətmiş şəxslərin saxlanıldığı bu həbsxanada hazırda 260 məhkum çəza çəkir.
Muxalifet - 12-09-2017